top
Yassin Benzia: Lion”un futbol akademiyasından çox şey öyrəndim Sport24.az
27 noyabr 2024, 09:00
- +

Yassin Benzia: "Lion”un futbol akademiyasından çox şey öyrəndim"

"Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda Fransanın "Lion"u ilə qarşılaşacaq. Sport24.az xəbər verir ki, Ağdam təmsilçisinin futbolçusu Yassin Benzia klubun saytına bu oyunla bağlı açıqlama verib.

 

Əlcəzairli yarımmüdafiəçi peşəkar karyerasına başladığı, 2011-15-ci illərdə formasını geyindiyi kluba qarşı oynamağa xüsusi önəm verdiyini bildirib: "Mənim üçün "Lion"a qarşı oynamaq çox xüsusi hissdir. Ona görə də bu oyun böyük əhəmiyyət daşıyır. Mən belə oyunları xoşlayıram. Avropa Liqasının Liqa mərhələsindəki rəqiblərimizdən birinin "Lion" olduğunu biləndən bu anı səbirsizliklə gözləyirəm. Mən "Lion"un futbol akademiyasından çox şey öyrəndim. Bu, dünyanın ən yaxşı akademiyalarından biridir. Orada qazandığım biliklər üçün hər zaman "Lion"a minnətdar olacağam".

 

"Lion"dan sonra "Lill" və "Dijon"da da forma geyinmiş Benzia Əlcəzair millisini seçənə qədər Fransanın U-16, U-17, U-18, U-19 və U-21 millilərində çıxış etdiyi üçün bu ölkənin futboluna yaxşı bələddir: "Lion"u və Fransa futbolunu çox yaxşı tanıyıram. Komandamın bu oyunda qələbə qazanması üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. "Lion"a qarşı matç bizim üçün çox vacib oyundur. Hazırda burada oynayıram və "Qarabağ"ı təmsil etdiyim üçün qürur duyuram. "Lion" çox yaxşı heyətə malikdir. Amma biz doğma azarkeşlərimiz önündə oynayırıq. Bizim də güclü komandamız var. Futbolda heç vaxt nə olacağını öncədən bilmək olmaz. Lakin bildiyimiz odur ki, bu oyunda 100 faiz gücümüzü ortaya qoyacağıq".

 

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Lion" görüşü saat 21:45-də başlayacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:56

İtaliya futbolunun əfsanəvi ulduzu Sandro Mazzola vəfat edib

Futbol
Bu gün, 10:40

Keçmiş “Neftçi” yarımmüdafiəçisi Keysuke Honda, Sinqapurda Jurong üçün ilk matçını çıxardı

Qarabağ FK
Bu gün, 10:16

Azərbaycan Premyer Liqası: “Sabah” – “İmişli” 6-cı turda, 20 sentyabr, 19:45, Bank Respublika Arenada

Qarabağ FK
Bu gün, 10:00

Viçko Şevel: “Neftçi olduğumuzu sübut etməli, qürurla startda çıxmaq mənim üçün şərəfdir”

Futbol
Bu gün, 02:17

Xabi Alonso Premyer Liqada ilk beş matçında hər birində iki qol buraxmaq rekordunu qırdı

Futbol
Bu gün, 01:03

Brentford, Çelsini 3-0 məğlub etdi – Qələbəsiz seriya 3 oyuna çatdı

Futbol
Bu gün, 00:33

Bayern'dən Union'a 7-0 dəhşətli qələbə: Olise hətt-rik, Kane dubl, tarixi rekord - VİDEO

Qarabağ FK
Dünən, 23:34

“Qarabağ” və Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev ağır zədədən sonra tribunadan matç izləyir - VİDEO

Futbol
Dünən, 23:24

Qəbələdə Neftçi 3 qolla qalib gəldi - Video icmalı

Futbol
Dünən, 23:19

UEFA Infantino'ya Dünya Kuboku səhmlərinin satışı planına qarşı təzyiq artırır

Qarabağ FK
Dünən, 23:05

Qurban Qurbanov: “1:0 qələbə aldıq, lakin bəzi futbolçular uzun fasilədə istirahətə üstünlük verirlər”

Qarabağ FK
Dünən, 21:35

Premyer Liqa: "Qarabağ" 1:0 hesabıyla "Şəfa"nı məğlub etdi

Futbol
Dünən, 20:36

Azər Məmmədov: “Kəpəz” komandasının kubokun finalında çıxmasını çox istərdim – MÜSAHİBƏ

Futbol
Dünən, 18:59

Tomas Tuhel İngiltərə milli futbol heyətini açıqladı

Futbol
Dünən, 18:26

Gəncəbasar 2 oktyabrda Kəpəzlə təlim mərkəzində yoxlama oyunu keçirəcək

Futbol
Dünən, 18:12

Azərbaycan milli komandası üçün legionerlərin siyahısı açıqlandı: çağırılanlar və kənarda qalanlar

Futbol
Dünən, 15:04

AFFA və PFF rəhbərləri əməkdaşlıq perspektivləri üzrə geniş müzakirə aparıblar - FOTO

Futbol
Dünən, 14:31

Karvan‑Yevlax futbolçusu Ruslan Voronsovla yollarını ayırdı;

Şahmat
Dünən, 11:54

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan kişi və qadın yığmaları üçüncü turda İsveçrə və İsveçlə üz-üzə

Futbol
Dünən, 11:11

Libertadores Kubokunda yarımfinal cütləri açıqlanıb: Flamenqo‑Estudiantes, Palmeyras‑Fluminense qarşılaşacaq

Formula 1
Dünən, 10:05

Formula-1 Qran-prisi zamanı Bakıda yol hərəkəti cədvəli açıqlanıb

Futbol
Dünən, 10:00

“Sumqayıt”da zədəli vitse‑kapitan Roy Kehat komanda ilə məşqlərə qayıdır

Boks
Dünən, 09:48

Azərbaycanın iki boksçusu Avropa çempionatında qələbə qazandı

Qarabağ FK
Dünən, 09:10

Qarabağ – Şəfa: Misli Premyer Liqasının 6-cı turunun ilk oyun günü

Oxşar xəbərlər