Minifutbol üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinin ilk oyun cədvəli açıqlanıb. Sport24.az xəbər verir ki, finala vəsiqə uğrunda mübarizə fevralın 12-də başlayacaq.
Günün ilk matçında "Zirə" – "Aznur"la üz-üzə gələcək. Digər qarşılaşmada isə "Birbaşa Bakı" "Qalaksi" ilə qarşılaşacaq.
Qeyd edək ki, görüşlər Bakı Tennis Akademiyasında baş tutacaq.
Azərbaycan çempionatı
Yarımfinal, ilk oyunlar
12 fevral
19:30. "Zirə" – "Aznur"
21:00. "Birbaşa Bakı" – "Qalaksi"