"Barselona"nın gənc hücumçusu Lamin Yamalın atası Munir Nasraui İspaniya La Liqasının 10-cu turunda "Real"la keçirilən oyunda (1:2) komandasının məğlubiyyətinə münasibət bildirib.
İdman.Biz xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Nasraui oğlunun "Barselona" formasında olan şəkli ilə paylaşımında yazıb: "Bəxtiniz gətirdi ki, o, hələ cəmi 18 yaşındadır. Barselonada görüşərik".
Qeyd edək ki, Lamin Yamal 2023-cü ildən "Barselona"nın əsas komandasının üzvüdür. O, bütün turnirlərdə 114 oyuna çıxıb, 28 qol vurub və 39 məhsuldar ötürmə edib.