"Barselona"nın "El Klassiko"da 2-1 hesablı məğlubiyyətindən sonra gənc Lamin Yamal zəif oyununa görə xeyli tənqid olunub.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, oyunçu özü susmağı seçib, amma atası Munir Nasraui onun adından danışıb.
O, qısa və kobud bir mesaj yazıb: "Cavab oyununda görüşənədək" və açıq şəkildə "Barselona"nın "Real"ı qəbul edərkən qisas almağı planlaşdırdığına işarə edib.
Bu jest başa düşüləndir - ata cəmi 18 yaşında olan oğlunu qoruyur. Amma azarkeşlərin qeyd etdiyi kimi, Yamalın əsas reaksiyası sosial mediada deyil, meydanda olmalıdır.