Lamin Yamal ümumi halsızlıq səbəbindən dünən "Barselona"nın məşqini buraxıb.
İdman.Biz-in məlumatına görə, insayderlər qeyd edirlər ki, oyunçu kataloniyalıların növbəti oyununa qədər sağalacaq.
Şənbə günü, 3 yanvarda "blauqrana" İspaniya liqasında səfərdə "Espanyol"la qarşılaşacaq.
"Barselona" 18 oyundan sonra 46 xalla La Liqaya liderlik edir. İkinci yerdə qərarlaşan "Real Madrid" isə dörd xal geridədir.