Fransanın PSJ klubunun aparıcı futbolçularından hesab edilən Xviça Kvaratsxeliyanın zədəsi sağalıb.
"Report" xəbər verir ki, bu barədə "RMC Sport" nəşri məlumat yayıb.
Gürcü oyunçu sentyabrın 17-də, "Atletiko"ya qarşı keçirəcəkləri Çempionlar Liqası matçında oynamağa hazırdır.
Qeyd edək ki, 24 yaşlı hücumçu "Lans"a iki cavabsız qolla qalib gəldikləri Liqa 1-in IV tur matçında zədə almışdı.
Xviça Kvaratsxeliya PSJ zədə sağalıb