top
Xulian Alvares Barselonaya keçə bilərmi? Transferin reallıqları və maneələri Idman.biz
17 dekabr 2025, 17:02
- ↺ +

Xulian Alvares "Barselona"ya keçə bilərmi? Transferin reallıqları və maneələri

İspaniyanın "Atletiko Madrid" komandasının hücumçusu Xulian Alvaresin adı "Barselona"nın transfer gündəmində qalmaqda davam edir. Klub rəhbərliyi, xüsusilə prezident Joan Laporta Alvaresin böyük pərəstişkarıdır və onun bu xüsusiyyətinə görə jurnalistlər tez-tez hücumçunun transferi barədə suallar ünvanlayırlar. Dünya çempionunun özünün də uşaqlıqdan "Barsa"ya simpatiyası var və bu katalonlara müəyyən üstünlük verir. Lakin bu transferin taleyi yalnız "Barselona"nın istəyindən asılı deyil və proses həm idman, həm də maliyyə baxımından olduqca mürəkkəb görünür.

Hazırkı mərhələdə "Atletiko Madrid" Xulian Alvaresi satmaq istəmir. Klub daxilində argentinalı futbolçu Antuan Qrizmann sonrası dövr üçün komandanın əsas siması kimi görülür, uzunmüddətli hücum layihəsinin mərkəzinə yerləşdirilib və həm idman nəticələri, həm də kommersiya dəyəri baxımından strateji aktiv hesab olunur. Dieqo Simeonenin planlarında Alvares toxunulmaz fiqur statusuna malikdir və onun gedişi yalnız fövqəladə ssenaridə gündəmə gələ bilər.

Bu ssenari isə "Atletiko Madrid"in mövsümü yenidən titulsuz başa vurması ilə bağlıdır. Belə bir halda klubun idman layihəsi və ümumi strategiyası yenidən dəyərləndirilə bilər. Qeyd edilən vəziyyət Alvaresin ambisiyalarını ön plana çıxara və onu "Vanda Metropolitano"dan ayrılmaq variantını nəzərdən keçirməyə sövq edə bilər. Yəni mümkün satış istəkdən yox, daha çox məcburiyyətdən doğa bilər.

Digər tərəfdən, "Barselona" bu transfer yarışında tək deyil və maliyyə baxımından ən güclü tərəf də sayılmır. Alvaresə maraq göstərən klublar arasında Premyer Liqa nəhəngləri xüsusi yer tutur. "Mançester Siti", "Arsenal", "Çelsi" və "Tottenhem" kimi klublar 90-120 milyon avro aralığında transferləri rahatlıqla həyata keçirə bilir, yüksək maaş və bonus paketləri təqdim etmək imkanına malikdir və maliyyə manevr baxımından "Barselona"nı xeyli üstələyir. Xüsusilə Pep Qvardiolanın Alvaresi yaxşı tanıması cəhətdən "Mançester Siti"nin Alvaresi yenidən komandaya qaytarmaq istəməsi, həm də maliyyə gücü kataloniyalılar üçün ciddi risk faktorudur.

"The Athletic"in yazdığına istinad etsək deyə bilərik ki, "Arsenal"ın baş məşqçisi Mikel Artetanın uzunmüddətli elit 9 nömrə axtarışında olması Alvaresi siyahıya ön sıralara çıxarıb. Rəsmi təklif olmayıb, amma skaut və analitik səviyyədə izləmə təsdiqlənib.

PSJ də bu kontekstdə unudulmamalıdır. Mbappenin gedişindən sonra hücum xəttinə yeni lider axtaran Paris klubu üçün 100 milyon avrodan yuxarı transfer məbləği problem sayılmır. Maaş şərtlərində də PSJ-nin "Barselona"nı rahatlıqla geridə qoyacağı bildirilir.

"Barselona"nın əsas problemi məhz bu məqamda üzə çıxır. Klubun 100 milyon avrodan yuxarı məbləği birdəfəlik ödəmək imkanı yoxdur və La Liqanın 1:1 maliyyə qaydasına tam uyğunlaşma prosesi hələ başa çatmayıb. Maaş limiti də hələ sıx çərçivədədir. Bu səbəbdən Alvares transferi yalnız Robert Levandovskinin satılması, maaş yükünün ciddi şəkildə azaldılması və keçidin mərhələli və ya bonuslu strukturla həyata keçirilməsi şərti ilə mümkün görünür. Lakin bu model "Atletiko Madrid" üçün ən cəlbedici variant sayılmır.

Nəticə etibarilə, hazırkı mənzərədə Xulian Alvaresin "Barselona"ya transferi realdan çox, şərtlərə bağlı riskli layihə kimi qiymətləndirilir. "Atletiko Madrid" onu satmaq istəmir, Premyer Liqa klubları və PSJ maliyyə baxımından açıq üstünlüyə malikdir, "Barselona" isə yalnız "Atletiko"nun titulsuz qalması, oyunçunun şəxsi israrı və Levandovskinin satılması halında real şans qazana bilər. Yəni katalonların Alvares planı idman baxımından yox, daha çox strateji və psixoloji faktorlar üzərində qurulmuş uzunmüddətli gözlənti kimi görünür.

Aqil Tağıyev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Güləş
Bu gün, 09:18

Binev taekvondo federasiyasının prezidenti Sofiyada güllələnib

Güləş
Bu gün, 09:11

Azizli və Süleymanov dünya çempionatında qızıl medal üçün final görüşlərinə çıxacaqlar

Futbol
Bu gün, 09:07

Ronaldo və Messi'nin 13 Qızıl Topu: Mükafatlar və Müzakere

Qarabağ FK
Bu gün, 09:00

Mərdəkanda Sabah – Qarabağ qarşılaşmasında kim üstünlük qazanacaq?

Futbol
Bu gün, 08:40

Chelsea və Liverpoolun 18 yaşlı müdafiəçi Daniele Bançakıya marağı

Futbol
Bu gün, 08:20

Pələnglər Şirlərə qarşı Misli Premier Liqası 9-cu turunda

Futbol
Bu gün, 08:06

Jordi Alba, Hans‑Dieter Fleckin rəhbərliyi altında Barcelona’da gördüyü ən təsirli dəyişiklikləri açıqladı

Futbol
Bu gün, 08:00

"Bernli" baş məşqçisi Niki Hayen klub ilə yollarını ayırdı

Futbol
Bu gün, 07:09

Arteta Everton qələbəsindən sonra Konsa, Magalhaes və Ben White-ı xüsusi təriflədi

Futbol
Bu gün, 06:13

Barcelona Diomandeni, Real Madrid isə Adeyemini imtina etdi

Futbol
Bu gün, 05:14

Fermin Lopes El‑Klasikoda uşaqlıq arzusu ilə çıxış etdiyini söylədi

Futbol
Bu gün, 03:10

FIFA prezidenti Canni İnfantino, İlham Əliyevlə görüşdə futbolun körpülər qurduğunu və dostluqlar yaratdığını qeyd etdi

Digər
Bu gün, 03:02

Antonelli Ostində keçirilən "Formula 1" üzrə ABŞ Qran-Prisinin təsnifat mərhələsini qazanıb

Digər
Bu gün, 02:18

Evloyevin məğlubiyyətsiz seriyası sona çatdı: Volkanovski böyük çempion kimi qalxdı

Futbol
Bu gün, 01:58

Xulian Alvares ‘Atletiko’ azarkeşlərinə üzr istədi: ‘Bu, səhv idi’

Futbol
Bu gün, 01:41

De Zerbi: Tottenhamun 2-0 qalibiyyəti psixoloji irəliləyişimizlə bağlıdır

Digər
Bu gün, 01:25

Flik Mourinyoya cavab verdi: “Ona böyük hörmətim var”

Futbol
Bu gün, 01:17

Ramil Şeydayevin çıxışı ilə Soçi komandası Rusiyada dördüncü qələbəsini qazandı

Futbol
Bu gün, 01:07

Lans 2-1lə Parisə məğlubiyyət qazandı, liderlərə bir xal yaxınlaşdı

Digər
Bu gün, 00:55

Pyotr Yan üçüncü dəfə Dvalişvilini məğlub edərək UFC çempionluq kəmərini uğurla müdafiə etdi

Digər
Bu gün, 00:38

Mourinyo El-Klasiko öncəsi “Barselona”ya söz atdı: “Bizi də bezdirən şeylər var”

Digər
Bu gün, 00:31

Qavi El-Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

Futbol
Bu gün, 00:14

Xabi Alonso “Tottenhem”də 0:2 məğlubiyyətdən sonra komandası performansını tənqid etdi

Qarabağ FK
Dünən, 23:49

“Sabah” “Qarabağ”la oyuna hazırlaşmaq üçün son məşqini tamamladı – FOTO

Oxşar xəbərlər