İngiltərənin "Mançester Siti" komandasının futbolçuları "Everton"a qarşı keçirəcəkləri Premyer Liqanın XVIII turunun matçından əvvəl klubun bazasında gecələyiblər.
"Report" BBC-yə istinadən xəbər verir ki, "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola uğursuz seriyaya görə bu qərarı verib.
Qeyd edək ki, son 12 qarşılaşmada cəmi 1 qələbə qazanan Mançester təmsilçisi Premyer Liqanın turnir cədvəlində 27 xalla 6-cı pillədə qərarlaşıb. Bu gün baş tutacaq "Mançester Siti" - "Everton" görüşü Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.