top
Xoş gəldin, D liqası! İdman.biz
20 noyabr 2024, 14:48
- ↺ +

Xoş gəldin, D liqası!

Düz 19 il əvvəl, 2005-ci oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncam imzalamışdı. Sərəncamın "Azərbaycan Respublikasında futbolun inkişafının əsas istiqamətləri" adlanan 3-cü paraqrafının 9-cu bəndi milli komandaların beynəlxalq yarışlarda, o cümlədən Avropa və dünya çempionatlarında, Olimpiya oyunlarında, klub komandalarının isə Avropa turnirlərində iştirakının təmin edilməsi, "Gözlənilən nəticələr" adlanan 4-cü paraqrafının 7-ci bəndində beynəlxalq arenada ölkənin imicini qorumağa layiq olan beynəlxalq səviyyəli peşəkar futbolçuların hazırlanması müddəaları yer almışdı.

Bu Dövlət Proqramı çox vacib və həmin dövr üçün vaxtında atılmış bir addımdır. Bunun üçün ölkəmizdə idmana daim qayğı göstərən və bunu davam etdirən Prezident İlham Əliyevə ayrıca təşəkkür edirik. Təəssüf ki, proqramı icra etməli olanlar haqqında eyni sözləri demək mümkün deyil.

Proqramın digər müddəalarını yenidən uzun-uzadı yazmağa ehtiyac yoxdur. Azərbaycan yığmasının UEFA Millətlər Liqasında əldə etdiyi nəticələrdən sonra yalnız yuxarıdakı iki fikri əsas götürmək kifayət edir: 6 oyun, 1 heç-heçə, 5 məğlubiyyət. Buraxılan 17 qol, vurulan cəmi 3 top. İsveçdə 0:6 hesablı məğlubiyyətin adı isə fiaskodur. Nə nəticə var, nə peşəkar futbolçu.

10 ili əhatə edən Dövlət Proqramının bəhrəsini indi görməli idik. Azərbaycan yığmasının heyətinin 2000-ci ildən sonra doğulan futbolçular təşkil etdiyini nəzərə alsaq, onlar ilk addımlarını məhz layihənin həyata keçirildiyi dövrdə atıblar. Amma milli komandalarımızın beynəlxalq arenalardakı çıxışlarına diqqət yetirsək, hər şeyin tərs mütənasib təşkil etdiyini görə bilərik. Ölkənin əsas, U-17 və U-19 yığmaları 1 həftə ərzində 8 oyunda qələbə qazana bilməyib. Yalnız yeniyetmələrin son turda heç bir əhəmiyyət daşımayan görüşlərdə heç-heçə əldə etməsinə hansı adı vermək olar? Bu uşaqların bir neçə ildən sonra əsas komandada çıxış edəcəklərini nəzərə alsaq, bizi hansı faciənin gözlədiyinin indidən proqnozlaşdırmaq çətin deyil.

Artıq millimiz D yox, "Cırtdanlar Liqası"nda Lixtenşteyn, Cəbəllütariq, Malta və Andorra kimi komandalarla yarışacaq. Dövlət Proqramı qəbul olunanda Azərbaycan uşaq futbolunun inkişafı və yığmamızın beynəlxalq arenadakı çıxışına böyük ümidlər yaranmışdı. İndi günahkar kimdir? 20 il AFFA-nı idarə edən Rövnəq Abdullayev - Elxan Məmmədov tandemi, həmin dövrdə İcraiyyə Komitəsində yer alanlar bu nəticələrə görə məsuliyyətdən qaça bilməzlər. Onlardan hesabat tələb olunmalı, gələcəkdə eyni səhvlər buraxılmalı deyil. 2005-ci ildə Proqram qəbul olunanda təxminən 15 il boşa verilmişdi, indi məlum olur ki, daha 20 il havaya uçurulub.

Bəs yeni AFFA rəhbərliyi nə edir? Elə qurumun yeni rəhbəri Rövşən Nəcəfin komandası da əvvəlkilərdən geri qalmır. 7 aydan çox keçməsinə baxmayaraq, heç bir ciddi qərar verə bilməyən yeni rəhbərlik hələ beynəlxalq təşkilatların Azərbaycan futbolu barədə yazacağı strategiyanı gözləyir. Yalnız ölkənin əsas milli komandasına Fernandu Santuşun baş məşqçi seçiminə misal göstərmək olar ki, bu addımın da nə qədər uğursuz olduğu qısa müddətdə sübuta yetirildi. Milyonlar ödənilən portuqaliyalı mütəxəssislə yığmamız D Liqasında yuvarlanırsa, artıq deyəcək söz yoxdur.

AFFA rəhbərliyi bir daha yüz ölçüb, bir biçməlidir. Barmaqla sayılacaq qədər uşaq meydançaları, futbol məktəbləri və mütəxəssisləri olan ölkədə futbolda böyük nəticələrin əldə olunması nonsensdir. Böyük pullar əcnəbi mütəxəssislər, futbolçulara deyil ilk növbədə sağlam təməlin atılmasına sərf edilməlidir.

Azərbaycan futbolunda böyük islahatlara ehtiyac olduğu gün kimi aydındır. 30 ili boşa verən AFFA çətin seçim qarşısındadır. Futbol təsərrüfatında baş verənləri nəzərə alsaq, onların da bu məsul vəzifənin öhdəsindən layiqincə gələcəyi inandırıcı görünməyəcəksə, bizə yalnız ümid etmək qalır...

Kamal Rza
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:13

Nigeriyanın 17‑yaş qızlar futbol komandası ilk dəfə dünya çempionu oldu

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Qarabağ FK
Dünən, 22:32

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Dünən, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Oxşar xəbərlər