Xorxe Sampaolinin yeni klubu bəlli olub.
İdman.biz xəbər verir ki, 64 yaşlı argentinalı mütəxəssis karyerasını Fransada davam etdirəcək.
O, "Renn"in baş məşqçisi təyin olunub. Cənubi amerikalı ilə 2026-cl ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Sampaoli bunadək Argentina millisi, "Flamenqo", "Sevilya", "Marsel", "Atletiko Mineyro" və "Santos" kimi komandalara rəhbərlik edib.
Qeyd edək ki, hazırda 11 xala malik "Renn" Liqa1-də 13-cü yerdə qərarlaşıb.
İdman.biz