top
XIII tura sözardı və ya heç-heçələr həftəsi Sport24.az
11 noyabr 2024, 10:00
- ↺ +

XIII tura sözardı və ya heç-heçələr həftəsi

Premyer Liqada XIII tur başa çatdı. Sport24.az xəbər verir ki, yığmanın oyununa görə çempionatda yaranacaq fasilə ərəfəsində baş tutan hesabat turu daha çox "heç-heçələr həftəsi" kimi tarixə düşdü. Yalnız son oyun günündə azarkeşlər hansısa komandanın qələbə qazandığına şahidlik etdi

 

5 dəqiqəlik "Neftçi", xarakter göstərən "Şamaxı"

Görünür Samir Abasov da hələ ki, "Neftçi"nin dərdinə dərman tapa bilmir. Meydan sahibləri matçın ilk 5 dəqiqəsində rəqibi 2 dəfə meydanın mərkəzinə dəvət edəndə çoxları "ağ-qaralar"ın cari mövsümdə ilk böyükhesablı qələbəsini reallaşdıracağını düşünürdü. Ancaq necə deyərlər, sən saydığını say, gör "Şamaxı" və "Neftçi"nin müdafiə xətti nə sayır... Abasovun yetirmələri nəinki böyük hesabla qələbə qazandı, heç üstünlüyünü qoruya bilmədi. "Şirlər" meydan sahiblərinin arxa xəttinin bərbad oyun sərgiləməsindən yararlanıb artıq ilk hissədə buraxılan qolların əvəzini çıxmaqla məğlubiyyətdən qaça bildilər. Emin Mahmudovin "ağsaqqalıq" etdiyi yarımmüdafiəyə də demək olar, heç nə ilə yadda qalmadı. Bu gedişlə "ağ-qaralar" 2024/25 "futbol ili"nin sonunda nə mükafatçılar sırasına düşə biləcək, nə də avrokuboklara vəsiqə qazanacaq. "Neftçi" rəhbərliyinin yegana təsəllisi komandanın hər iki qolunda akademiyanın yetirməsi Murad Məmmədovun müstəsna xidmətidi. Yeniyetmə oyunçu "Şamaxı" ilə görüşdə bir qol və bir məhsuldar ötürmə ilə yadda qaldı.

"Şamaxı"nı isə belə oyuna görə alqışlamaq lazımdı. Ayxan Abbasovun komandası erkən qollardan "sınmadı", xarakter nümayiş etdirərək artıq ilk 45 dəqiqədə rəqibin cavabını verdi və Bakı səfərindən 1 xalla dönməyi bacardı.

 

Qələbə üzünə həsrət qalan "Sabah", özünə gələn "Kəpəz"

Krunoslav Renduliçin artıq kreslosu laxlayıb desək, yanılmarıq. Buna səbəb "Sabah"ın qalibiyyətisz seriyasıdı. "Bayquşlar" sonuncu dəfə 3-cü turda "Neftçi" üzərində qələbəyə sevinib. Sərəncamında yetərində səviyyəli futbolçular olan xorvat mütəxəssis komandanı "qara zolaq"dan çıxara bilmir. "Kəpəz"lə matçda əksəriyyət meydan sahiblərinin rahat qələbə qazanacağını gözləsə də, "bayquşlar" bunu bacarmadılar. Və ən əsası komanda oyun planında gələcəyə ümid vermir. Yalnız futbolçuların fərdi ustalıq səviyyəsi "Sabah"ı daha aşağı pillərə yuvarlanmasına imkan vermir. Hücum potensialı yüksək olan komandanın müdafiəsi bərbad təsir bağışlayır ki, Renduliç geridə qalan turlarda bu "xəstəliyə" əlac tapa bilməyib.

"Kəpəz"ə gəlincə, Azər Bağırov oyundan-oyuna komandanı relsə sala bilir. "Sarı-göylər"in oyun planında da "artırdı" göz önündədi. Ancaq gəncəlilər hələ də autsayderdi və elitaya tərk etməyə ən real namizəddi.

 

B kateqoriyalı tovuzludan Kurban Berdiyevə ağır zərbə

"Səbail"in enişdə olmasını nəzərə alan mütəxəssislər Kurban Berdıyevin rəhbərlik etdiyi "Turan Tovuz"un hesabatda turunda aktivinə 3 xal yazmaqda çətinlik çəkməyəcəyini düşünürdü. Lakin şənbə günü "dənizçilər"in texniki zonasında əsas söz sahibi olan Elvin Məmmədov həmyerlilərinə kiçik şok yaşatmağı bacardı. Komanda onun rəhbərliyi altında ilk "üçlük"də qərarlaşan kollektivə qarşı layiqli mübarizə apardı. Daha istəkli görünən meydan sahiblərini qələbədən bir neçə dəqiqə ayırdı. İlk hissədə heç nə ilə yadda qalmayan qonaqlar, fasilədən sonra özlərinə gəldilər ki, bu da yetərli olmadı. "Bayıl Arena"dakı matç bir daha göstərdi ki, futbol 90 dəqiqədi, bir hissə futbol oynamaqla heç nəyə nail olmaq mümkün deyil.

 

Qələbədən doymayan "Araz-Naxçıvan", sabaha ümid evrən "Sumqayıt"

Həftəiçi III turdan təxirə salınmış matçda "Zirə"ni məğlub edən "Araz-Naxçıvan"ın "qartallar"la görüşdə çox güc itirdiyini nəzərə alsaq, "Sumqayıt"ın Mərdəkandan xal aparmaq şansının olduğunu düşünmək olardı. Lakin ehtimallar özünü doğrultmadı. Düzdü, Elmar Baxşıyevin komandası "kimyaçılar"la görüşdə, xüsusilə də ilk yarıda parlaq oyunla yadda qalmasa da, sonda istəyinə çataraq 3 xalı aktivinə yazdırmağı bacardı. Müdafiənin və qapıçının inamlı oyunu Naxçıvan təmsilçisinə qələbə qazanmaqda kömək etdi.

"Sumqayıt" isə yenilsə də, heç də pis təsir bağışlamadı. Vaqif Cavadovun gəlişindən sonra "kimyaçılar"ın oyununda inkişaf hiss olunur. Komandanın əsas silahı müdafiədən hücuma tez keçməsidi. Çatışmyan cəhət isə son nöqtəni qoya bilməmələridi. Mərdəkandakı matçda qonaqlar yaratdıqları qol imkanlarından istifadə edə bilsəydi, evə əlidolu dönəcəkdilər.      

 

Yorulmaq bilməyən "Qarabağ", fürsəti əldən verən "Zirə"

Cəmi 2 gün öncə Qurban Qurbanovun komandası ağır Norveç səfərindən dönmüşdü. "Zirə" ilə oyuna hazırlaşmaq üçün "süvarilər"in 48 saatdan bir qədər artıq vaxtı var idi. Qısa vaxtda uzun yolçuluğu, iqlim və saat dəyişikliyini nəzərə alıb "qartallar"ın bu görüşdən xal və ya xallar götürəcəyini düşünənlər heç də az deyildi. Düzdü, Rəşad Sadıqovun da komandası həftəiçi "Araz-Naxçıvan"la qarşılaşmışdı. Ancaq etiraf edək ki, Bakıda oynamaqla, uzaq Norveçə səfər etmək, Avropa Liqasında oyun keçirmək müqayisə olunmazdı.

Qurban Qurbanov bu dəfə də rotasiya edərək "Bodo Qlimt"lə matçda ehtiyatda qalan və ya az oynamaq şansı qazanan futbolçuları ilk dəqiqədən meydana buraxmışdı. Lakin bu da ağdamlıların qələbəsinə mane olmadı. İlk dəqiqələrdən üstünlüyü ələ alan, oyun planında "Zirə"dən daha yaxşı təsir bağışlayan, daha təravətli görünən meydan sahibləri qonaqları 4 cavabsız qolla məğlub etdi və liderliyi əldən vermədi.

"Zirə" isə nə qədər də balanslaşdırlmış kollektiv olsa da, hələ də "Qarabağ" səviyyəsinə çatmayıb. Qəsəbə təmsilçisi "Sabah"dan bir qədər də aralanmaq və ilk "üçlük"lə aradakı xal fərqini azaltmaq şansını əldən verdi.  

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 12:25

Conni Uoker 3-cü raundda Valdo Kortes-Akostanı nokautla məğlub etdi

Şahmat
Bu gün, 12:15

Şahmatçımız Nicat Abasov Almaniyadakı Bavariya Açıq Çempionatında ilk məğlubiyyətini aldı

Digər
Bu gün, 12:00

Milli futsal komandası Latviyaya qarşı DÇ-2028 əsas mərhələsində

Futbol
Bu gün, 11:54

Fiorentina azarkeşləri Juventusdan keçən futbolçular üçün “donqardan xilas olmaq” ritualı təşkil edir

Futbol
Bu gün, 11:32

Zəfər Günü: Vətən Müharibəsi İştirakçısı Araz Balayevlə Futbolun Moral Gücü

Futbol
Bu gün, 11:30

Napoli klubunun prezidenti baş məşqçisini mətbuat konfransından çəkdi

Cüdo
Bu gün, 11:29

Bakı şəhərində 483 cüdoçu iştirak edəcək yarış noyabrın 8-də yekunlaşacaq

Futbol
Bu gün, 11:14

Braziliyada 36 yaşlı futbolçu Bismark Vinisius silahlı hücuma məruz qalıb və öldürüldü

Qarabağ FK
Bu gün, 11:00

Turan Tovuz: 10,000 manatlı mükafat, tələskənlik və gələcək uğur üçün dərs

Basketbol
Bu gün, 10:58

Lebron Ceymsin evində şübhəli şəxs oğlu kimi təqdim oldu

Digər
Bu gün, 10:49

Bakıda Zəfər Kuboku çərçivəsində 14 kateqoriyalı yorğa yarışları keçirildi

Güləş
Bu gün, 10:40

İki qızıl medalla Azərbaycan üzgüçüləri Macarıstan Kubokunda qələbə qazandı

Futbol
Bu gün, 10:34

“Sabah” və “Şamaxı” Zəfər turunu yekunlaşdıracaq

Digər
Bu gün, 10:29

Azərbaycan kayakçılarının və kanoeçilerin Batumda beynəlxalq super sprintdə mükafatlar qazanması

Futbol
Bu gün, 10:25

Qubadlıda futbolun zafər sevincinə təsiri: Döyüşçü Araz Balayevin xatirələri

Futbol
Bu gün, 10:12

Manchester United 40 ildən sonra antirekordunu təkrarladı

Futbol
Bu gün, 10:06

Lionel Messi, MLS-in müntəzəm mövsümündə 26 qol vuraraq Qızıl buts mükafatını qazandı

Futbol
Bu gün, 10:00

Eşqin Əhmədov: Milliyə dəvət və debut gözləntiləri

Boks
Bu gün, 09:56

Şara Bullet və Adesanya 5 dekabrda Səudiyyə Ərəbistanında UFC Fight Night-də görüşəcək

Digər
Bu gün, 09:45

Trump, UFC prezidenti Dana White-a Ağ Evdə yüksək vəzifə təklif etdi

Futbol
Bu gün, 09:33

İmişli və Sumqayıt Yevlaxda son oyununda xallıq fərqini görəcək

Futbol
Bu gün, 09:30

Nadir Nəbiyev AFFA baş katibi ilə dörd rayonda futbol infrastrukturu yoxladı

Boks
Bu gün, 09:27

İstanbulda Murad Əliyev qazanan boksçusu fanlar tərəfindən hücum edildi

Minifutbol
Bu gün, 09:22

Azərbaycan futzal milli komandası Latviya ilə qarşılaşacaq: ilk qalibiyyət üçün mübarizə

Oxşar xəbərlər