top
Xəyal Əliyev: Məqsədimiz qrup mərhələsinə düşmək, arzum legioner həyatı yaşamaqdır Idman.biz
04 iyun 2025, 17:57
- ↺ +

Xəyal Əliyev: "Məqsədimiz qrup mərhələsinə düşmək, arzum legioner həyatı yaşamaqdır"

"Yenidən milli komandaya dəvət aldığım üçün çox xoşbəxtəm. İnşallah, daha yaxşı oynayıb, qələbələr qazanarıq. Bunun üçün bütün gücümüzü meydanda qoymağa hazırıq. Ümid edirəm ki, bu dəfə azarkeşlərimizi sevindirəcəyik".

İdman.biz xəbər verir ki, bunu futbolinfo.az-a açıqlamasında "Sabah"ın yarımmüdafiəçisi Xəyal Əliyev bildirib.

O, ölkə kubokunun finalında "Qarabağ" üzərində qazandıqları 3:2 hesablı qələbəyə də toxunub: "Çox sevincliyəm ki, sona qədər mübarizə aparıb qələbə qazandıq. Əvvəldən çətin olacağını bilirdik, lakin təslim olmadıq. Həftə ərzində bütün diqqətimizi bu oyuna yönəltmişdik. "Sabah" Sumqayıtda kuboku qaldıraraq, yeni bir tarix yazdı. Avropa Liqasına vəsiqəni təmin etdik. İndi bütün fikrimizi Avropa oyunlarına yönəltmişik. Məqsədimiz yaxşı nəticələr əldə edərək qrup mərhələsinə düşməkdir".

Gənc futbolçu cari mövsümün onun üçün uğurlu keçdiyini və qarşıdakı hədəflərindən də danışıb: "Bu mövsüm mənim üçün çox uğurlu keçdi. Həm oyun praktikası, həm də qazandığımız uğurlar baxımından. Hər oyunda çalışıram ki, bir az da irəli gedim, təcrübə toplayım və inkişaf edim. Ümid edirəm ki, bu inkişaf davamlı olacaq. Qarşıda məni gözləyən daha böyük hədəflərim var. Ən böyük arzularımdan biri legioner həyatı yaşamaqdır. Düşünürəm ki, bu, hər bir gənc futbolçunun arzusudur. Mən də bunun üçün çalışıram. Bir gün bu məqsədimə çatacağama və xarici bir klubda oynayaraq həm özümü, həm də Azərbaycan futbolunu layiqincə təmsil edəcəyəmə inanıram".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:46

Murad Məmmədov Pafos üçün məğlubiyyətdən xilas oldu

Cüdo
Bu gün, 22:39

İki Azərbaycan cüdoçusu U-23 Avropa çempionu

Futbol
Bu gün, 22:38

Mourinyo yeddi günə üç matç tənqid etdi

Futbol
Bu gün, 22:24

Rüfət Abdullazadənin komandası 1:1 nəticəni son anda bərabərlədi

Futbol
Bu gün, 22:15

Spalletti: "Napoli qarşısında qələbə üçün rəqiblərdən daha çox istəmək lazımdır"

Olimpiada
Bu gün, 21:59

Dakar 2026‑da Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadənin 800 m sərbəst üzmə yarışı ləğv edildi – məşqçinin etirazı

Futbol
Bu gün, 21:48

Maykl Karrik Çelsiyə 0:2 məğlubiyyətdəki üç əsas səbəbi izah etdi

Futbol
Bu gün, 21:01

"Sabah" klubu "Barselona" ilə UEFA Çempionlar Liqası matçı üçün hazırlanır

Qarabağ FK
Bu gün, 20:45

Yeton Bekiri: "Qarabağ"la 0:0 hesablı heç-heçədə komandamdan razıyam, 1 xala layiq idi"

Futbol
Bu gün, 20:39

Bayer evdə 4-2 məğlubiyyətə məruz qaldı, RB Leypsiq 2-0 qələbə qazandı

Qarabağ FK
Bu gün, 20:36

Qurban Qurbanov: Çatışmazlıqlarımızı Gizlətməyəcəyik

Futbol
Bu gün, 20:35

Maksimov: Cədvəldə sonuncu yerdə olduğumuz üçün futbolçularımız həyəcanlıdır

Futbol
Bu gün, 20:25

Araz-Naxçıvan – Zirə matçı (2:2) video icmalı

Qarabağ FK
Bu gün, 20:10

Çempionatın çətinliyinə qarşı: hər matça maksimum hazırlaşmalıyıq

Futbol
Bu gün, 20:06

"Bolonya" "Montsa"ya qonaq olanda 2:1 hesabıyla qalib gəlmiş və qapıçısının penalti dəf etməsi sayəsində qələbəsini qorumuşdur

Futbol
Bu gün, 20:00

16 yaşlı Cozef Qabriel PSJ və "Bavariya"nı rədd edərək "Real"a yaxınlaşır

Futbol
Bu gün, 19:59

Ceymi Karrager Aston Villa'ya üzr istədi

Futbol
Bu gün, 19:56

Nəriman Axundzadə matçda iştirak etmədi

Qarabağ FK
Bu gün, 19:49

"Qəbələ" ilə "Qarabağ" arasındakı oyun 0:0 hesabı ilə yekunlaşdı

Qarabağ FK
Bu gün, 19:35

“Qarabağ” Qəbələdə “Qəbələ”yə qonaqliq edir və nəticə 0:0 olur

Futbol
Bu gün, 19:35

Messi beşinci sarı vərəqə almasına baxmayaraq, MLS-in "Nümunəvi davranış" qaydası sayəsində cəzadan yayınıb

Basketbol
Bu gün, 19:26

Neftçi 86:84 məğlubiyyə ilə LANDAU Lionsu məğlub etdi

Futbol
Bu gün, 19:16

Bursaspor Türkiyə 1-ci Liqasında Bandırmasporu 3:0 hesabı ilə məğlub edib

Futbol
Bu gün, 19:04

"Atletiko" səfərdə "Levante"ni 2:0 hesabı ilə məğlub edərək La Liqada liderliyə yüksəldi

Oxşar xəbərlər