İsveçrəli mütəxəssis Xerardo Seoane Mönhenqladbax "Borussiya"sının baş məşqçisi vəzifəsindən uzaqlaşdırılıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Borusiyya" isveçrəlinin rəhbərliyi altında cari mövsümdə meydana çıxdığı 3 oyunda cəmi bir xal qazanıb. Bundan başqa komanda rəqib qapısına yol da tapa bilməyib.
Qeyd edək ki, Mönhenqladbax klubunun idman direktoru Roland Virkus yaxın günlərdə yeni baş məşqçini ictimaiyyətə təqdim edəcəklərini bildirib.