top
Xəqani Məmmədov: Azərbaycan hakimləri mövsümə yaxşı hazırlaşmayıblar Idman.biz
03 sentyabr 2025, 21:19
- ↺ +

Xəqani Məmmədov: Azərbaycan hakimləri mövsümə yaxşı hazırlaşmayıblar

Azərbaycan Premyer Liqasında ilk 3 tur geridə qalsa da, hakimlik mövzusu artıq müzakirələrin mərkəzindədir. Klublar, məşqçilər və azarkeşlər hakimlərin qərarlarından narazıdırlar və bunu istər mətbuat konfranslarında istərsə də, informasiya resurslarında səsləndirməkdən çəkinmirlər.

İdman.biz bildirir ki, ötən gün "Neftçi TV" təmsil etdiyi klubun "Turan Tovuz"la keçirdiyi oyunda 2 mübahisəli epizodu (Ribeyronun aldığı qırmızı vərəqə və verilməyən penalti qərarı) türk hakimi Deniz Ateş Bitnelin şərhiylə yayımlayıb. Bu, futbol ictimaiyyətində birmənalı qarşılanmayıb – bəzi hakimlər türk referisini haqlı hesab ediblər, bəziləri isə qərarların düzgün olduğunu bildiriblər. Amma əsas sual cavabsız qalıb – Azərbaycan hakimləri Premyer Liqanın yeni mövsümünə nə dərəcədə hazırdırlar?

Mövzuyla bağlı "Futbolpress.az"a açıqlama verən veteran hakim Xəqani Məmmədov ilk növbədə mübahisəli epizodları şərh edib:

"Sırf "Neftçi"nin matçı barədə deyə bilərəm ki, həm qırmızı vərəqə, həm də verilməyən penalti qərarları düzgün verilib. Epizodlara diqqətlə baxsanız, Ribeyronun hərəkəti rəqibi yüngülcə itələməyi yox, aqressiv zərbəni xatırladır. "Neftçi"nin penalti gözlədiyi vəziyyətdə isə top birinci "Turan Tovuz" müdafiəçisinin ayağına dəyir, sonra isə "Neftçi"nin hücumçusu ona toxunur.

Bir problem də bu prosesə türk hakiminin Hakimlər Komitəsindən qabaq rəy verməsidir. Niyə susurlar? Kimin nə rəy verməsindən asılı olmayaraq, qərarların doğruluğunu futbol qaydaları müəyyənləşdirir. İzahımdan da gördüyünüz kimi, Əliyarın qərarları düzgündür".

Məmmədov onu da qeyd edib ki, ümumilikdə Azərbaycan hakimləri mövsümə yaxşı hazırlaşmayıblar:

"İlk 3 tura baxanda görürük ki, hakimlər mövsümə hazır deyillər. Ümumən mən bəzi hakimlərin beynəlxalq oyunlara təyinat almağı xaricində Azərbaycan hakimlərinin hansısa inkişafa nail olduqlarını da düşünmürəm. Baxın, hələ də bölgələrdən hakimimiz yoxdur. Bu, niyə inkişaf etdirilmir? Niyə bölgələrdə hakim yetişdirilmir?

İlk turlarda hakimlərin müzakirə olunmadığı bir-iki oyun var ki, orada da oyunların özləri o qədər də gərgin keçməyib. Amma oyunlar bir az gərginləşən kimi hakimlərin qüsurları üzə çıxır. Dərd orasındadır ki, bu qədər narazılıq var, amma Hakimlər Komitəsi bu etirazlara, narazılıqlara rəy də bildirmir".

Ekspert qeyd edib ki, həm komitə, həm də hakimlər fasilədən istifadə edib səhvlərini düzəltməlidirlər:

"Mövsüm hələ təzə başlayıb, ona görə də vaxtında müdaxilə edib nəyisə düzəltmək mümkündür. Gərək hakimlər milli fasilədən istifadə edib səhvlərinə baxsınlar, onlardan nəticə çıxarıb sezonun qalan hissələrində daha yaxşı fəaliyyət göstərsinlər.

Çox hakim ictimaiyyətin təzyiqindən danışır, amma nəzərə almırlar ki, 1990-cı illərdə yan hakimlərin arxasında silahlı "OMON"çular dayanıb onlara göstəriş verirdilər. Bəs o təzyiqi hara yazaq?

Hazırda PFL hakimlər üçün hər şəraiti yaradıb, onlardan da asılı olan yeganə şey çıxıb oyunlarını idarə etməkdir. Başqa heç nə".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Olimpiada
Bu gün, 09:13

Məryəm Cavadova 100m sərbəst üzmə yarışına Dakar-2026-da başlayır

Futbol
Bu gün, 09:00

Sumqayıt "Şəfa" ilə qarşılaşacaq

Futbol
Bu gün, 08:43

150 milyon avro təklifinə baxmayaraq, Unai Simonun sadiqliyi

Futbol
Bu gün, 08:40

Tottenham qış transfer dövründə fransalı hücumçunu Krouppini komandaya qatmaq istəyir

Futbol
Bu gün, 08:28

Mançester Yunaytedin baş məşqçi vəzifəsi üçün namizədlər açıqlanıb

Futbol
Bu gün, 08:20

Paulo Fonseka “Sportinq” klubunun baş məşqçisinə təyin edildi

Futbol
Bu gün, 08:05

Raul Albiol UEFA B məşqçi lisenziyası alaraq məşqçiliyə başladı

Futbol
Bu gün, 07:50

Ten Haq yenidən Ronalduyu tənqid etdi: Son 7‑8 ildə nəticə vermir

Futbol
Bu gün, 06:43

“Udineze”də baş məşqçi Kosta Runyayç istefa etdi, yeni məşqçi namizədi Paolo Zanetti

Futbol
Bu gün, 05:37

"Sportinq" futbol klubunun baş məşqçisinin vəzifəsindən çıxarılması azarkeşlərin ağ bayraqlı etirazı nəticəsində

Futbol
Bu gün, 03:21

İstanbulda “Fənərbağça” azarkeş lideri Cem Gölbaşına qarşı silahlı hücum planı aşkar edildi, beş nəfər həbs edildi

Formula 1
Bu gün, 02:33

Ferstappen qalib gəldi, Antonelli isə dünya çempionluğunu qazandı

Futbol
Bu gün, 01:35

Valdas Dambrauskas “Sabah” komandasını tərk edib “Fənərbağça” klubuna baş məşqçi ola bilər

Cüdo
Bu gün, 01:18

İbrahim Talıbov, Dakarda Azərbaycan üçün ilk qızıl medal qazandı

Futbol
Bu gün, 01:06

Unay Emeri, Barselona qarşısında oynamağından əvvəl Aston Villa futbolçularına xəbərdarlıq etdi

Futbol
Bu gün, 00:51

Jose Mourinho Real Madrid‑in 3‑0 qələbəsindən sonra açıqlama verdi

Digər
Bu gün, 00:31

Konor McGregor son döyüşünü planlayır, karyerasını bitirəcək

Formula 1
Bu gün, 00:18

FIA, Antonelli'nin Meksika Grand Prix'sində çempionluk kubokunu təqdim etmə xahişini rədd etdi

Tennis
Bu gün, 00:06

Karlos Alkaras Vyanada ATP 500 turnirini qazandı, karyerasının 28-ci titulunu əldə etdi

Futbol
Dünən, 23:32

“Qızıl top” mükafatının nəticələrini əvvəlcədən təxmin edənlər 200 min dollar qazandı

Cüdo
Dünən, 23:26

Dakar 2026-da Azərbaycan judoçusu İbrahim Talıbovun ilk qızıl medalı

Futbol
Dünən, 22:57

Zamiq Əliyev Qələbəni Qorudu

Cüdo
Dünən, 22:53

Cüdo millisinin baş məşqçisi: Olimpiya çempionu yetişdirmək mənim üçün böyük uğurdur

Futbol
Dünən, 22:31

Arsenal, Liverpul'u səfərdə 1-0 məğlub edərək Premyer Liqada liderliyini möhkəmləndirdi

Oxşar xəbərlər