top
Xayme Syerradan müsahibə: Qəbələyə gəlmək üçün mübarizə apardım Idman.biz
18 avqust 2025, 14:53
- ↺ +

Xayme Syerradan müsahibə: "Qəbələ"yə gəlmək üçün mübarizə apardım

"Qəbələ"nin yeni transferi Xayme Syerranın Sportal.az saytına müsahibəsi

- "Qəbələ"nin heyətində rəsmi matçda debüt etdin. Premyer Liqanın ilk turunda "Karvan-Yevlax"la görüşdə meydanda idin. Debütünü necə dəyərləndirirsən? Hər şey istədiyin kimi alındı?

- Komanda ilə cəmi dörd dəfə məşq etməyimə baxmayaraq, debütümdən çox məmnunam. Baş məşqçinin nə istədiyini başa düşdüm. Onu da yerinə yetirməyə çalışırdım. Təbii ki, həftələr keçdikcə, hər şey daha da yaxşılaşacaq.

- "Karvan-Yevlax"la qarşılaşmada qələbə qazana bilməməyinizi nə ilə əlaqələndirirsən?

- Biz bu görüşdə hətta əhəmiyyətli top fərqi ilə qalib gələ bilərdik. Çünki qol epizodlarımız çox idi. Amma futbol belədir. Hər halda, aktivimizə bir xal yazdırdıq. İşləməyə davam edəcəyik.

- Premyer Liqada ilk matçın idi. Ümumilikdə, Azərbaycan çempionatının ab-havası necə idi?

- Matçda yaxşı ab-hava var idi. Biz ümid edirik ki, növbəti oyunlarda qələbə qazanacağıq ki, azarkeşlərimiz bizi dəstəkləməyə davam etsinlər.

- "Qəbələ" növbəti turda "Zirə" ilə qarşılaşacaq. Onlar haqda məlumatlısan?

- Bəli, "Zirə" haqda məlumatım var. Onların "Hayduk"a qarşı oyununu izləmişdim. "Zirə"nin oyun üslubunu bir az bilirəm. Bu komandanın yaxşı futbolçuları var. Amma biz də, yaxşı futbolçulara sahibik. Hər halda, biz evdə oynayırıq və meydana qalibiyyət üçün çıxacağıq.

- Maraqlıdır, ümumiyyətlə "Qəbələ"yə keçidin necə baş tutdu? "Varajdin"də niyə qalmadın? Səncə, Xorvatiya yüksək liqası Azərbaycan Premyer Liqasından üstün deyil?

- "Varajdin"ə keçdiyim gündən uyğunlaşmaq mənim üçün çətin oldu. Özümü orada xoşbəxt hiss etmirdim. Öz oyunumdan da məmnun kimi görünmürdüm. "Qəbələ"yə keçmək variantı ortaya çıxanda, bura gəlmək üçün mübarizə apardım. Bunu etmək asan deyildi, amma sonda istədiyim alındı və buradayam. Səviyyəyə gəlincə, mən burada daha çox oyun görməliyəm. Hər halda, cəmi bir həftədir buradayam, ona görə də nəsə demək hələ tezdir.

- "Real"ın(Madrid) yetirməsisən. Maraqlıdır, əsas komandaya qədər yüksəlmək şansın olmayıb?

- Xeyr. Amma mən 10 il "Real"ın akademiyasında oynamışam. Orada çox şey öyrənmişəm.

- "Qəbələ"də əsas hədəfin nədən ibarətdir?

- Mənim əsas məqsədim "Qəbələ"nin uğurları üçün hər şeyimi vermək olacaq. Daim peşəkar qalacam və komandamın turnir cədvəlində mümkün qədər yüksəkdə olmasına çalışacam. Ümidvaram ki, hər şey yaxşı alınacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:00

Sassuolo baş məşqçisi Alberto Aquilani vəzifəsindən ayrıldı

Futbol
Bu gün, 06:33

“Manchester United”un möhtəşəm dönüşü Carrickin gələcəyini dəyişə bilər

Futbol
Bu gün, 05:27

Zidane, Qızıl topun həqiqi sahibi Mbappe olduğunu bildirib

Formula 1
Bu gün, 05:21

Hamilton Leclerc ilə gərginliyi aradan qaldıran görüşün detallarını açıqladı

Futbol
Bu gün, 03:38

Ağadadaş Salyanski: Milli komanda dəvəti gözləyirdim – Müsahibə

Formula 1
Bu gün, 02:45

Neymar Formula-1 yarışında San-Paulu Grand Prix-də diqqət mərkəzinə girdi

Futbol
Bu gün, 02:23

Barselona La Liqada 2-1 qələbə qazanaraq Atletico'yi məğlub etdi;

Futbol
Bu gün, 02:23

Manchester United və digər Premier Liqa klubları Vitor Rokenin transferinə maraqlanır

Futbol
Bu gün, 02:03

“Qalatasaray”ın məşhur futbolçusu Cevad Prekazi vəfat edib

Futbol
Bu gün, 01:41

Kivu: Qələbədən sonra futbolçulara daha çox səy göstərmələri üçün xəbərdarlıq edir

Olimpiada
Bu gün, 01:29

Azərbaycanlı sprinter Şuvayev 100 metr finalında yerini tutdu

Futbol
Bu gün, 01:20

Flick, Rafinyanın Barcelona ilə yeni müqaviləsini təqdir etdi

Futbol
Bu gün, 00:58

Bröndbü azarkeşləri Kopenhagen derbisində geniş pirotexniki şou təşkil ediblər

Digər
Bu gün, 00:29

Trampın UFC rəhbərinə mətbuat katibi vəzifəsi təklifi və qarışıqlıq

Futbol
Bu gün, 00:10

Murad Məmmədovun Pafos komandası 4 qol vurdu

Digər
Bu gün, 00:01

9 Noyabr: Azərbaycanda Dövlət Bayrağı Günü

Futbol
Dünən, 23:49

Mahir Emreli, köhnə komandasını məğlub edərək məhsuldar ötürmə ilə yadda qaldı

Futbol
Dünən, 23:45

Mahir Emreli Legiya 4-2 qələbəsində asistlə çıxış etdi

Olimpiada
Dünən, 23:41

Azərbaycan Dakar-2026-da 15 pillə irəliləyiş edərək yeddinci sıraya çıxdı

Futbol
Dünən, 23:18

Sabahın keçmiş kapitanı: Barselona adlarından çəkinməmək lazımdır

Gimnastika
Dünən, 23:06

Azərbaycan gimnastikası Nankində bir qızıl və iki gümüş medalla dünya çempionatını qazanıb

Futbol
Dünən, 22:58

Sabah 2-2 Şamaxı matçı video

Minifutbol
Dünən, 22:58

Elvin Quliyev: “Latviya qarşısında 1:5 məğlubiyyətdə həyəcan var idi, standart vəziyyətlərdə ciddi səhvlər buraxdıq”

Qarabağ FK
Dünən, 22:28

Şəfa-2 və Kəpəz-2 arasında 1:1 heç‑heçə

Oxşar xəbərlər