"İnter Mayami"nin baş məşqçi vəzifəsinə ilk namizədin adı bəlli olub.
İdman.biz xəbər verir ki, Xavinin ABŞ klubuna başçılıq etməsi gündəmə gəlib.
Dünən Xerard Martino komandanın baş məşqçisi vəzifəsini tərk edib. Hazırda işsiz olan Xavinin "İnter Mayami"də yolları yenidən Lionel Messi, Serxio Buskets, Xordi Alba ilə kəsişə bilər. Növbəti namizəd kimi keçmiç "Barselona"lı Xavyer Masçeranonun da adı çəkilib.
Qeyd edək ki, Xavinin son iş yeri "Barselona" olub. 2022/2023 mövsümündə komandaya İspaniya çempionu titulunu qazandıran mütəxəssis ötən mövsümün sonunda istefaya göndərilib.
İdman.biz