top
Xarici ekspertlər “Sabah” və “Vikinq” arasındakı çempionlar liqası mübarizəsi üçün proqnozlar veriblər Idman.biz
Bu gün, 18:52
- ↺ +

Xarici ekspertlər “Sabah” və “Vikinq” arasındakı çempionlar liqası mübarizəsi üçün proqnozlar veriblər

UEFA Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turunda keçiriləcək "Vikinq" - "Sabah" qarşılaşması xarici futbol təhlil platformalarının diqqət mərkəzindədir. Oyunun mümkün nəticəsi ilə bağlı açıqlanan proqnozlarda əsasən Norveç təmsilçisinə üstünlük verilir. Bununla belə, bütün hesab proqnozlarında Azərbaycan klubunun qol vuracağı gözlənilir.

İdman.Biz xəbər verir ki, İngiltərənin "Sports Mole" nəşri qarşılaşmanın 2:2 hesablı heç-heçə ilə başa çatacağını proqnozlaşdırıb. Nəşrin mütəxəssisləri hər iki komandanın hücum futbolu nümayiş etdirəcəyini və yekunda xalları bölüşəcəyini düşünürlər.

Maraqlıdır ki, "Sports Mole" qarşılaşmaya həsr etdiyi təhlil məqaləsini "Sabah"ın futbolçusu Timoteuş Puxaçın fotosu ilə təqdim edib.

Digər Britaniya platforması "Squawka" isə "Vikinq"in 2:1 hesablı qələbəsini gözləyir. Saytın hesablamalarına əsasən, meydan sahiblərinin qalib gəlmək ehtimalı 50, heç-heçə 21, "Sabah"ın qələbəsi isə 29 faizdir. Hər iki komandanın qol vurması ehtimalı 73, görüşdə ən azı üç qolun qeydə alınması ehtimalı isə 75 faiz qiymətləndirilir.

Futbol qarşılaşmalarının nəticələrini riyazi alqoritmlər əsasında proqnozlaşdıran "Forebet" platforması da 2:1 hesabını önə çıxarıb. Saytın statistik modelinə əsasən, "Vikinq"in qələbə ehtimalı 39, heç-heçə 36, "Sabah"ın qalib gəlmək şansı isə 25 faiz qiymətləndirilir. Görüşdə 2,5-dən çox qol vurulması ehtimalı 74 faiz göstərilir.

"Betimate" platformasının proqnozu da Norveç klubunun 2:1 hesablı qələbəsidir. Onun statistik modelində meydan sahiblərinin qalib gəlmək ehtimalı 59 faiz, görüşdə ən azı üç qolun vurulması ehtimalı isə 69,1 faiz göstərilir.

"Football-Stats" platformasının hesablamalarında da 2:1 ən yüksək ehtimallı dəqiq hesabdır. Lakin bu nəticənin reallaşma ehtimalı cəmi 9,4 faiz qiymətləndirilir. Saytın əsas proqnozu isə hər iki komandanın qol vurmasıdır. Platforma bu ehtimalı təxminən 62 faiz hesablayır.

"FootballPredictions.bet" də 2:1 hesabını ən mümkün nəticə kimi göstərir. Sayt "Vikinq"in qələbə ehtimalını 47, heç-heçəni 20, "Sabah"ın qalib gəlmək şansını isə 33 faiz qiymətləndirir. Bununla belə, platforma proqnozun etibarlılıq səviyyəsinin aşağı olduğunu qeyd edir.

Beləliklə, dəqiq hesab açıqlayan altı xarici platformadan beşi "Vikinq"in 2:1 hesablı qələbəsini, biri isə 2:2 hesablı heç-heçəni proqnozlaşdırıb. Bütün bu variantlarda "Sabah"ın rəqib qapısına yol tapacağı gözlənilir.

Qeyd edək ki, "Vikinq" - "Sabah" qarşılaşması bu gün Norveçin Stavanger şəhərində keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Minifutbol
Bu gün, 19:00

Lənkəranda Çexiya yığmasını qəbul edən futzal millimizin məşqçisi: "Tribunadan böyük dəstək alacağımızdan ümidlili"

Futbol
Bu gün, 18:53

"Lion" klubunun baş məşqçisi Paulo Fonseka ilə yollarını ayırdı

Futbol
Bu gün, 18:37

Cey-Cey Qabriel “Real Madrid”ə keçidə yaxındır: Gənc hücumçu “Mançester Yunayted”in bütün səylərinə baxmayaraq, La Liqa klubunu seçdi

Tennis
Bu gün, 18:30

İspan çempion Rafael Nadal Realın Direktorlar Şurasına təyin ediləcək

Futbol
Bu gün, 18:24

PSJ 8 dəqiqədə 4 qol vurar, Çempionlar Liqasında tarix yazdı

Futbol
Bu gün, 18:23

Yunay Emeri: "Barselona"ya 0:3 hesabı ilə məğlubiyyətimizi şərh etdi: "Hesab 0:2 olanda belə ümidimi itirməmişdim"

Futbol
Bu gün, 18:09

"Sabah"ın prezidenti Maqsud Adıgözəlov Çempionlar Liqası gəlirlərinin investisiya fonduna yönləndirilməsini açıqladı

Qarabağ FK
Bu gün, 18:05

U-19 "Qarabağ" "Dinamo"ya (Zaqreb) cavab oyununda 0:7 hesabı ilə uduzdu

Futbol
Bu gün, 18:00

Sabah'ın prezidenti: 'Çempionlar Liqasına vəsiqə qazanılsa da strateji dəyişmədik'

Minifutbol
Bu gün, 17:54

Vitali Borisov: Yerli futzalçılar üçün zamana ehtiyac var

Qarabağ FK
Bu gün, 17:54

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb;

Futbol
Bu gün, 17:52

Sabahın U-19 komandası UEFA Gənclər Liqasında Vikinqə 0:5 hesabı ilə məğlub olub

Digər
Bu gün, 17:41

Suraxanı Atma Qovşağında keşirilən seçmə yarışda idmançılar atma bacarıqlarını nümayiş etdiriblər

Futbol
Bu gün, 17:41

Arteta 16 yaşlı Doumenə dəstək verdi: Praqada rekord debut gözlənilir

Gimnastika
Bu gün, 17:32

Azərbaycan tamblinq komandası dünya çempionatının finalına yüksəldi

Tennis
Bu gün, 17:19

Rafael Nadal "Real Madrid"in direktorlar şurasına daxil olacaq

Tennis
Bu gün, 17:06

22 qat Böyük Dəbilqə qalibi Rafael Nadal "Real"ın İdarə Heyətinə təqdim olunacaq;

Futbol
Bu gün, 17:00

Elmar Baxşıyev: Sabahın Norveçdəki 'Viking'e qarşı oyunu üçün şəraitə tez uyğunlaşması vacibdir

Futbol
Bu gün, 16:49

Liverpool məşqçisi Andoni İraola Fenerbahçe qarşısında inamı məhv etməyi tələb etdi

Futbol
Bu gün, 16:40

Liverpool, Valverde üçün 100 milyon avroluq təklif hazırlayır

Futbol
Bu gün, 16:39

Rodri, Barselona futbolçusu, Atletiko qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:22

Rodri, Atletiko qarşısında yaralanma səbəbindən oyunu buraxa bilər

Futbol
Bu gün, 16:20

Barcelona itkisindən sonra Rodri yaralanıb – Atletico qarşı oyunu buraxacaq

Oxşar xəbərlər