top
Xaqani Məmmədov Ukrayna-Azərbaycan matçının hakimliyi və futbolda siyasətin rolundan danışıb Idman.biz
14 oktyabr 2025, 23:10
- ↺ +

Xaqani Məmmədov Ukrayna-Azərbaycan matçının hakimliyi və futbolda siyasətin rolundan danışıb

"Bir hər şeyi hakimin üstünə atmağa öyrəşmişik. Amma açığı, dünənki idarəçilik doğrudan da zəif idi".

Bunu Sportnet.az-a açıqlamasında beynəlxalq dərəcəli hakim Xaqani Məmmədov Ukrayna və Azərbaycan milliləri arasındakı 2026-cı il dünya çempionatının seçmə qrup matçının hakimliyini dəyərləndirərkən deyib.

AFFA Hakimlər Komitəsinin sabiq sədri bildirib ki, avstriyalı referi Sebastian Gishamer Ukraynaya rəğbətlə yanaşıb:

"Təsəvvür edin ki, ikinci hissəyə artırdığı 5 dəqiqə ərzində 2 dəqiqə dayanma oldu. Lakin o, 5 dəqiqə bitdikdən sonra görüşə heç 10 saniyə də artırmadı. Yəni, idarəçilik zəif idi, hətta bir qədər obyektiv deyildi".

Məmmədov Ukrayna komandalarına meylliliyin bir siyasət olduğunu da dilə gətirib:

"2024/2025 mövsümündə Avropa Liqasının qrup mərhələsinin son turunda "Qarabağ"ın İtaliya "İnter"i ilə oyunda sayılmayan qolunu xatırlayaq. Çexiyalı referi Miroslav Zelinkanı təyin etdilər, o da hansı oyunu çıxardı? Darta-darta Ukrayna "Dnepr"ini qrupdan növbəti mərhələyə, daha sonra finala çıxardılar. İndi futbolu da siyasiləşdiriblər. Ötən gün də Gismaher daha düzgün oyun idarə edə bilərdi, amma etmədi. Simpatiya o tərəfə idi. Halbuki referi obyektiv olsaydı, bəlkə də nəticə başqa cür ola bilərdi".

Sabiq baş hakim Ukrayna millisinin üçüncü qolunun sayılmadığı epizodda VAR müdaxiləsinin ofsayd ehtimalı yox, məhz azərbaycanlı futbolçuya qarşı qayda pozuntusuna görə edildiyini diqqətə çatdırıb: "Bəlkə də o qolda ofsayd yox idi, amma qayda pozuntusu var idi. Mütləq baxılmalı idi və baxdılar da".

Məmmədovun fikrincə, ukraynalı futbolçu Ruslan Malinovskinin Azərbaycan millisinin kapitanı Emin Mahmudova qarşı 45+1-ci dəqiqədə sərt oyununa görə qırmızı yox, sarı vərəqə alması düzgün qərardır:

"Orada qırmızı vərəqəlik davranış yox idi. Ümumiyyətlə, referinin yekun nəticəyə təsir edən səhvləri yox idi. Amma oyunun gedişində qərarlar daha çox ukraynalıların xeyrinə verilirdi. Hardasa verməmək olardısa, onların xeyrinə verirdi. Yaxud da bizim xeyrimizə verməli olduğunu vermirdi. Qollarla bağlı problem yox idi. Oyunun taleyini həll edəcək mübahisəli qərar da olmadı. Sadəcə, bəzi epizodlarda simpatiya Ukrayna tərəfinə idi".

Şahrudin Məhəmmədəliyevə sarı vərəqənin verildiyi epizoda gəldikdə, keçmiş baş hakim bildirib ki, qapıçı kapitan deyilsə, gəlib referidən nəyisə tələb edə bilməz:

"O isə üstəlik, rəqib oyunçunun üstünə gedirdi. Qolkiper qapısını tərk edirsə, hansısa təxribatçı hərəkətə yol verirsə, bu, artıq sarı vərəqədir. Şahrudin o halda gələ bilərdi ki, yaranmış kütləvi toqquşmanın yatırılmasında referiyə kömək edərdi. Amma sən gəlib burda "dava-dava" deyirsən, rəqib oyunçunun üstünə gedirsən, baş hakimdən nəyisə tələb edirsən, aranı qızışdırırsan. Gismaher Şahrudinə dərhal sarı vəqəni düz göstərdi. Hətta yenə sakitləşməsəydi, ikinci sarı vərəqəni alaraq, qırmızı vərəqə ilə meydandan qovulacaqdı".

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Bu gün, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Bu gün, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Bu gün, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Bu gün, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Bu gün, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Bu gün, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Bu gün, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Bu gün, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Bu gün, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Bu gün, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Bu gün, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Bu gün, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Bu gün, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Futbol
Bu gün, 19:38

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb;

Futbol
Bu gün, 19:34

Kolumbiyalı qapıçı David Ospina 38 yaşında karyerasını başa vurdu

Futbol
Bu gün, 19:30

Manchester United'ın yarımmüdafiəçisi Kobbi Meynu PSJ-nin hədəfində

Digər
Bu gün, 19:20

New York marafonunda gənc qız finişə bir neçə kilometr qalmış öldü

Futbol
Bu gün, 19:10

“Mingəçevir” futbolçusu Həsrət Mürsəlov: “Maaş almırıq, pulsuz oynamaq istəmirik” - İDMAN.BİZ-ə açıqlama

Digər
Bu gün, 19:09

Azərbaycan yığma komandasının baş məşqçisi Orxan Mustafayev: Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı idmançılarımız üçün böyük təcrübədir;

Futbol
Bu gün, 19:00

İtalyaın "Milan" klubunun gənc hücumçusu Franchesko Kamarda üçün "Montsa" və "Piza" klubboarı təklif göndərib

Minifutbol
Bu gün, 19:00

Lənkəranda Çexiya yığmasını qəbul edən futzal millimizin məşqçisi: "Tribunadan böyük dəstək alacağımızdan ümidlili"

Futbol
Bu gün, 18:53

"Lion" klubunun baş məşqçisi Paulo Fonseka ilə yollarını ayırdı

Futbol
Bu gün, 18:52

Xarici ekspertlər “Sabah” və “Vikinq” arasındakı çempionlar liqası mübarizəsi üçün proqnozlar veriblər

Oxşar xəbərlər