Bir müddət boşda qalan qalan Xaqani Məmmədovun yeni iş yeri müəyyənləşib. Sport24.az-ın əldə etdiyi məlumata görə, 48 yaşlı mütəxəssis "Neftçi İdman Klubu" Uşaq Futbol Məktəbinin direktoru postuna təyin olunub.
Bundan əvvəl bu vəzifəni icra edən Məhərrəm Həsənov isə yaşla bağlı təqaüdə çıxıb.
Qeyd edək ki, Məmmədov məşqçi kimi "Qəbələ", "Araz-Naxçıvan" kimi klublarda çalışıb. Onun son iş yeri I Liqada mübarizə aparan Ağsu təmsiulçisi "Difai" olub.