top
Xaqani Məmmədov: Azərbaycanlı hücumçuların bombardir olmamasının səbəbləri Idman.biz
30 dekabr 2025, 16:30
- ↺ +

Xaqani Məmmədov: Azərbaycanlı hücumçuların bombardir olmamasının səbəbləri

Son illərdə azərbaycanlı hücumçuların bombardir ola bilməmələrinin səbəbi az oynamalarıdır.

Bunu vaxtilə Azərbaycan çempionatının bombardiri olmuş Xaqani Məmmədov deyib.

Sabiq hücumçu azərbaycanlı bombardirlərin ilk "10-luğ"a düşə bilməmələrinin səbəbini həm də limitlə izah edib.

"Son illərdə azərbaycanlı hücumçuların bombardir ola bilməmələrinin səbəbi az oynamalarıdır. Bundan əlavə, limitin də təsiri var. Ona görə də yerli futbolçular itir. Əsas səbəblər bunlardır", - deyə o, "Report"a açıqlamasında bildirib.

Millinin keçmiş futbolçusu akademiyalara fikir verməyin vacibliyini vurğulayıb:

"Qarabağ"ın hücumçusu Nəriman Axundzadə gəncdir. Ola bilər ki, işinə bir qədər məsuliyyətli yanaşmır. Amma əsas problem limit və yerlilərə az şans verilməsi ilə bağlıdır. Azərbaycanda hücumçuların yetişdirilməsinə akademiyalarda fikir verməlidirlər. Çünki bəzi akademiyalarda nəinki Avropa, Azərbaycan səviyyəsində hücumçular yetişdirə bilmirlər. Ona görə də ilk növbədə akademiyalara və orada çalışan məşqçilərə diqqət yetirilməlidir".

O, hücumçu yetişdirmək üçün keyfiyyətli məşqçilərə üstünlük verilməli olduğunu da əlavə edib:

"Deməzdim ən yaxşı klubumuz olan "Qarabağ"ın daha çox yarımmüdafiə xəttinə fikir verməsi Azərbaycan futbolunda hücumçu probleminə yol açır. Çünki bu gün "Qarabağ"ın akademiyasında Nərimandan başqa hücumçular yetişərsə, onları oynada bilərlər. Lakin təəssüf ki, akademiyalardan hücumçular çıxmır. Avropa səviyyəli hücumçular yetişdirmək üçün akademiyalarda keyfiyyətli məşqçilərə yer verilməlidir".

Qeyd edək ki, hazırda Misli Premyer Liqasının bombardirlər siyahısında ilk "10-luq"da yalnız iki azərbaycanlı yarımmüdafiəçi - Toral Bayramov və Emin Mahmudov yer alıblar. Bayramov 7 qola imza atıbsa, Mahmudov rəqib qapılarına 5 dəfə yol tapıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Dünən, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Dünən, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Dünən, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Dünən, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Dünən, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Futbol
Dünən, 20:58

Chelsea qapıçısı Robert Sançes 400 min dollarlıq Ferrari-ni qəzaya saldı - FOTO

Futbol
Dünən, 20:43

Kurtua: “Alonsoya daha çox vaxt verilsə, hər şey alınardı”

Futbol
Dünən, 20:19

Nenad Vukçeviç Azərbaycan U‑19 komandası 7:2 qələbəsindən sonra ikinci hissədə tempi azaldığını bildirib

Qarabağ FK
Dünən, 20:01

“Qarabağ” “Kəpəz” qarşılaşması üçün Azərsun Arena’da məşq başladı – FOTO/VİDEO

Futbol
Dünən, 19:48

Bastian Assomo 21 dəqiqədə dörd qol vurdu

Futbol
Dünən, 19:37

"Neftçi" 4 günlük istirahətdən sonra məşqlərə başladı və növbəti matçına hazırlaşır

Oxşar xəbərlər