top
“Xankəndi”nin təsisçisi: “Hər şey də gözlədiyim kimi oldu” - MÜSAHİBƏ İdman.biz
26 sentyabr 2024, 14:40
- ↺ +

“Xankəndi”nin təsisçisi: “Hər şey də gözlədiyim kimi oldu” - MÜSAHİBƏ

Region Liqasında debüt edəcək "Xankəndi" futbol klubunun təsisçisi Elnur Məcidovun İdman.bizə müsahibəsi

- "Xankəndi" klubunu yaratmaq fikri necə yarandı?

- "Füzuli" komandasının təsisçisi Vasif İsmayılovla birlikdə idik. Düşündük ki, əgər mümkündürsə bu adda bir klub yaradaq. Bununla bağlı AFFA-ya rəsmi müraciət edib, Region Liqasında çıxış etmək üçün təklif irəli sürdük. Özüm də daim minifutbolun içərisindəyəm. Xankəndinə gedib oradakı stadionu gördüm və şəhəri sevdim. Bu səfərimdən sonra da ancaq beynimdə "Xankəndi" adında bir klub yaratmaq dolaşırıdı. O da qismət oldu.

- Maraqlıdır, özünüz də Xankəndidənsiz?

- ⁠Xeyr, qarabağlıyam. Bərdədə anadan olmuşam. Amma Xankəndini çox sevirəm. O qədər gözəl idi ki, vuruldum bu şəhərə. Stadionu da olduğu üçün bu şəhərə futbolu gətirməyi arzuladım. Hər şey də gözlədiyim kimi oldu.

- ⁠Klubun heyəti ilə bağlı nə deyə bilərsiz? Artıq komanda formalaşıb?

- ⁠Mənim də, eyniylə Vasif bəyin də ətrafında xeyli futbolçu var. Ona görə heyəti yığmaqla bağlı hansısa çətinliyimiz yoxdur. Transferlər rəsmiləşdikdən sonra bu barədə məlumat verəcəyik. Baş məşqçimiz də bəllidir. Futbolçularımızın formasını da artıq hazırlamışıq. Bütün hər şey yüksək səviyyədədir. Bütün detallara həvəskar yox, peşəkar yanaşırıq.

- Klubun əsas hədəfi nə olacaq?

- ⁠Əsas məqsədimiz öz stadionumuzda oyunları keçirməkdir. Sadəcə bəzi səbəblərə görə hazırda orada oynamaq mümkün deyil. Müvəqqəti olaraq Şamaxı şəhər stadionunda çıxış edəcəyik. Məqsədimiz Xankəndidə bazamızı yaradıb, məhz bu regionda futbolu inkişaf etdirərək, kütləviliyinə nail olmaqdır. Bunun üçün də addım-addım irəliləməliyik. Bu il çempion olmaq, ardınca digər liqalarda eyni uğuru təkrarlayıb, Premyer Liqada çıxmaq etmək üçün var gücümüzlə çalışacağıq. Daha sonra "Xankəndi" klubunu bütün Avropada tanıtmağı qarşımıza məqsəd qoymuşuq.

Banuçiçək Hüseynli
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:12

Flik Barselona üçün iki əsas mövqedə yeni oyunçu axtarır

Futbol
Bu gün, 03:12

Arsenalın Martin Subimendi Atletico Madrida transfer ola bilər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Dünən, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Oxşar xəbərlər