Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb.
Bu barədə \"Report\"a Peşəkar Futbol Liqasından (PFL) məlumat verilib.
PFL-in qərarına əsasən, noyabrın 19-da 1-ci Liqanın 8-ci turunda baş tutacaq \"Xankəndi\" – \"Karvan-Yevlax\" matçı bu stadionda baş tutacaq.
Qarşılaşma saat 16:00-da start götürəcək.
\"Xankəndi\" klubu bundan sonrakı ev oyunlarını da bu şəhərdə keçirəcək. MOİK klubunun Xankəndi stadionundan istifadəsi isə qış fasiləsindən sonraya nəzərdə tutulur.