top
Xankəndi I Liqaya can atır: Çempionluq hədəfi və hazırlıq prosesi Idman.biz
22 avqust 2025, 09:24
- ↺ +

"Xankəndi" I Liqaya can atır: Çempionluq hədəfi və hazırlıq prosesi

"Komanda olaraq qarşımıza çempion olmaq və əsasən də I Liqaya vəsiqə qazanmaq hədəfini qoymuşuq. Ona görə də komandamız hər bir oyuna ciddi yanaşır. Oyun planında da 90 dəqiqə topa hakim olan, üstün oynayan, pressinq edən bir komanda görəcəksiniz".

İdman.biz xəbər verir ki, bu sözləri Futbolinfo.az-a açıqlamasında "Xankəndi"nin meneceri Rəşad Babayev deyib.

O, mövsümöncəsi hazırlıq planlarından da danışıb: "Hazırlıqlara iyul ayının ortalarında başlamışıq. Məşqlərimiz əsasən Bakı və Abşeronda keçib. Həm fiziki, həm də oyun planında taktiki məşqlərimiz davam edir. Bir neçə dəfə qumda fiziki-gimnastik məşqlərimiz də olub. Komandanı arzuladığımız formada komplektləşdirmək üçün bütün mümkün imkanları səfərbər etmişik. Təklif olunan bəzi yeni futbolçuları baxışdan keçirmişik. Kluba təcrübəli yeni futbolçular cəlb etmişik".

Klub rəsmisi hazırlıq prosesində yoldaşlıq oyunlarından da söz açıb: "Ən son elitadan I Liqaya düşən "Səbail" ilə hazırlıq oyunumuz oldu. Çox maraqlı qarşılaşma alındı. Klubumuzun potensialını dəqiqləşdirmək baxımından əhəmiyyətli oyun idi. "Dinamo" və "Baku Sportinq" klubları ilə danışmışıq, onlarla oynamağı planlaşdırırıq. Hazırda bütün mövqelərdə bir-birini yüksək səviyyədə əvəz edə biləcək futbolçularımız var. Lakin biz də anlayırıq ki, futbol əsas etibarilə qol vurmaq üçün oynanan idman növüdür. Davamlı olaraq qol vurmaq isə istedadlı hücumçunun işidir. Bu mənada hazırda gücləndirilməsi zəruri olan mövqe hücum xəttdir. Bu məsələni də böyük ölçüdə həll etmişik, amma hər tur əlinə düşən qol imkanlarını qola çevirən yaxşı hücumçuya indi hər kəsin ehtiyacı var. Əsas diqqət edilən məqam dözümlülük və 90 dəqiqə üstün oynamağa dayana biləcək gücə sahib olmaqdır. Oyundan fiziki və mental olaraq düşməmək futbolçularımızdan ən çox tələb etdiyimiz elementdir".

Babayev açıq şəkildə çempionluq istədiklərini bildirib: "Təvazökarlıqdan uzaq olsa da və başqalarının haqqına girmədən deyim ki, "Xankəndi" FK olaraq bizim İkinci Liqada vaxt itirmək niyyətimiz yoxdur. Heyətimizi kifayət qədər təcrübəli və istedadlı futbolçularla ona görə komplektləşdirmişik ki, əgər hər hansı fors-major hal olmasa, İkinci Liqa çempionu olub, birbaşa Birinci Liqaya yüksələk. Komanda qarşısında qoyduğumuz hədəf budur. Baş məşqçimiz İbrahim Uzunca və köməkçi məşqçimiz Ceyhun Cavadov da bütün plan-proqramı bu istiqamətdə qurublar. Amma əlbəttə, bu, futboldur, uzun bir marafona çıxırıq, debüt ilimizdir, hər şey mümkündür. Çünki komandamızın potensialını yüksək qiymətləndirirəm. Uşaqlar həm təcrübəlidirlər, həm də istedadlıdırlar. Hansı komandanı təmsil etdiklərinin, hansı klubun formasını daşıdıqlarının məsuliyyətini dərk edirlər. Doğma Xankəndini peşəkar liqada təmsil etmək əlavə bir motivasiya, eyni zamanda qürurdur. Biz inanırıq ki, uzun illərdən sonra Xankəndiyə milli futbol məhz "Xankəndi" FK ilə qayıdacaq".

Rəşad bəy II Liqadakı rəqabətə də münasibət bildirib: "II Liqada güclü və maraqlı kollektivlər var. Hər birinə sayğı duyur və uğurlar arzu edirik. İnanıram ki, çox gərgin, həyəcanlı, maraqlı və rəngarəng bir yarış olacaq. Bizim kimi debüt edən klublar da var, fürsətdən istifadə edib onları da təbrik edirik. Amma bütün bunlara baxmayaraq, deyim ki, bizim kollektivə rəqib varsa, o da elə futbolçularımızın özləridir. Futbolçularımız işin ciddiyyətini yarışın son turuna qədər əldən verməsələr – zərrə şübhə etmirəm ki, belə də olacaq – sonluq "Xankəndi" klubu üçün uğurlu olacaq".

Klub rəsmisi "Xankəndi"nin ev oyunları ilə bağlı suala isə belə cavab verib: "Əslində, bu sualı gözləyirdim, yaxşı elə axıra saxlamısız. Bu gün Azərbaycan futbolu ciddi surətdə infrastruktur problemi yaşayır. Yarışların keçirilməsi üçün yararlı olan stadionlar, meydançalar çox azdır. Təsəvvür edin, biz hələ İkinci Liqadayıq, amma Premyer Liqada 6 oyun sadəcə 3 stadionda keçirilir. Bu, milli futbolumuz adına rüsvayçı bir tablodur. Amma nə edək, məcburuq əlimizdə olan minimum imkanlarla davam edək. "Xankəndi" FK olaraq Xankəndi Şəhər Stadionu ilə bağlı gənclər və idman naziri cənab Fərid Qayıbova rəsmi məktubla müraciət etmişik. Bizə bildiriblər ki, həmin stadionda əsaslı təmir işləri gedir, təmir-bərpa işləri bitdikdən sonra bu məsələ ilə əlaqədar olaraq cənab nazirin yekun rəyi ilə tanış ola biləcəyik. Futbolu sevdiyinə zərrə şübhə etmədiyimiz hörmətli Fərid müəllim də stadionlarla bağlı klublarımızın hansı çətinliklərlə üzləşdiyini bilir. Yenidən həyatın canlandığı Xankəndi şəhərini isə futbolsuz təsəvvür etmək mümkün deyil. Biz ümid edirik ki, bu il olmasa da, növbəti ildən ev oyunlarımızı Xankəndi şəhər stadionunda keçirəcəyik. Öz şəhərimizin azarkeşləri, öz fan-klubumuz qarşısında oynamaq istəyirik. Abşeronda, Bakıda rəqib qəbul etmək istəmirik. Bu, yalnız müvəqqəti ola bilər. "Xankəndi" FK-nın rəhbərliyi klubun inkişafı və böyüməsi üçün bütün plan-proqramını məhz Xankəndi şəhərinə bağlayıb. Buna görə də ümid edirik ki, dövlətimizin aidiyyatı qurumları Xankəndi Şəhər Stadionunda oynamaq icazəsini məhz, şəhəri peşəkar liqada təmsil etməyə başlayan "Xankəndi" futbol klubuna verəcək. Ona qədərsə rəqiblərimizi Bakıda, "Neftçi" Təlim-Məşq Mərkəzinin 4-cü meydançasında qəbul edəcəyik".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:29

Moürinyeu Viníusun meydan vaxtını azaldı: Hər matçda 12 dəqiqədən çox oynamaqdan imtina edir

Futbol
Bu gün, 19:26

Vanspor, Sivassporu 3:1 qələbə ilə məğlub etdi

Futbol
Bu gün, 19:25

Montader Məcidin ölüm təhdidina cavab: İraqın "Hammarby" oyunçusu milli komandanı rədd etdiyinə görə hədələnib

Futbol
Bu gün, 19:15

Zaur Həşimov: "Şəfa" haqqında qərar verən mübahisəli epizodlar səbəbindən iki oyunda 4 xal itirdik

Futbol
Bu gün, 19:13

Rasinq Santander İlk Səfər Qələbəsini Qazanıb

Futbol
Bu gün, 19:09

Manuel Noyer Bayern tarixində ən yaşlı futbolçu oldu

Futbol
Bu gün, 19:01

Maksimov: Zədələr və sadə qollar səbəbindən qələbə almırıq

Cüdo
Bu gün, 18:57

Bakıda cüdo üzrə böyüklər arasında şəhər çempionatı noyabrın 14-15-də keçiriləcək

Futbol
Bu gün, 18:45

Mourino "Real Madrid"də PSJ-nin fiziki yüklənməni idarə etmə strategiyasını tətbiq etdi

Futbol
Bu gün, 18:34

Futbol tarixində ən yadda qalan oyunçu-məşqçilər: Dalqliş, Gullit, Vialli və başqaları

Futbol
Bu gün, 18:31

Tottenham 1-0 Leeds məğlubiyyəti: Noa Okaforun qolu

Güləş
Bu gün, 18:27

Azərbaycan idmançıları Daqarda Olimpiya oyunlarında uğurlu başlanğıc edib

Basketbol
Bu gün, 18:26

“Neftçi” basketbol komandası baş məşqçisinin “İlk 20 dəqiqə kiçik fəlakət idi” açıqlaması

Qarabağ FK
Bu gün, 18:21

Premyer Liqasında Şəfa və Araz-Naxçıvan 2:2 Bərabərlikdə Bitdi

Qarabağ FK
Bu gün, 18:12

"Turan Tovuz"un futbolçusu Xorxe Silvanın "Qarabağ"a qələbədən sonra Benito sportify.az-a müsahibəsi

Futbol
Bu gün, 17:58

Azərbaycan U-19 milli komandası Avropa çempionatı üçün heyəti açıqladı

Digər
Bu gün, 17:57

Sərhədçi 1:0 məğlubiyyə ilə Peşəkar Çövkən Liqasının çempionu oldu

Basketbol
Bu gün, 17:54

NTD baş məşqçisinin məğlubiyyət izahı: Təcrübəsizlik və top itkiləri

Futbol
Bu gün, 17:39

Kriştianu Ronald "Stuntnuts" filmində prodüser olacaq

Voleybol
Bu gün, 17:25

Murov Az Terminal qadın voleybol komandası UNEC-i 3-1 hesabıyla məğlub etdi

Futbol
Bu gün, 16:59

Roma, Çelsi'dən Jamie Gittens'i icarəyə götürməyə yönəldir

Futbol
Bu gün, 16:59

Milan futbolçusu Dieqo Moreyra Ronaldu nümunə hesab edir

Futbol
Bu gün, 16:43

Kocaelispor, Eyüpspor qarşısında 2:0 qələbə qazanaraq cədvəldə beşinci yerə yüksəldi

Voleybol
Bu gün, 16:38

“Turan” qadın voleybol klubu Avropa Kubokunda ikinci mövsümündə yaxşı nəticələr əldə edib - Yelizaveta Rubanın açıqlaması

Oxşar xəbərlər