top
Xaliq Mərdanov Kəpəzdəki Vəzifəsi və Gələcək Planları Haqqında Danışdı Idman.biz
28 sentyabr 2025, 19:19
- ↺ +

Xaliq Mərdanov "Kəpəz"dəki Vəzifəsi və Gələcək Planları Haqqında Danışdı

"Rəqibi analiz etmişdik. Zəif və güclü tərəflərini bilirdik. Həftəiçi məşqlərdə də onun üzərində işlədik. Sadəcə fərdi səhvlərdən qapımızda qollar gördük. Sonda da uduzduq. İstədik ki, dönüş edək. Komandanın içində olan məğlubiyyət ruhunu qələbəyə dəyişək. Təəssüflər olsun ki, alınmadı. Buna vaxt lazımdır. Qismət olsa, gələcək oyunlarda bunu aradan qaldırarıq".

İdman.biz xəbər verir ki, bu sözləri "Kəpəz"in müvəqqəti baş məşqçisi Xaliq Mərdanov deyib. O, Misli Premyer Liqasının 6-cı turunun "Turan Tovuz"la(3:0) oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

- Komandanın Premyer Liqada qalmaq potensialı var? Sizə təklif olarsa, komandanı liqada saxlaya bilərsiz? Hər dəfə sizi təcili yardım kimi çağırırlar, bir oyunluq gəlirsiz...

- Əslində, potensialı var. Fərdi olaraq, keyfiyyətli oyunçularımız var. Sadəcə bunu komanda şəklinə çevirmək lazımdır. Zamana ehtiyac var. Yeni nəfəs lazımdır. Məşqçilərdən söhbət gedir. Özümdən danışmıram. Kimsə gələcək, komandada intizam yaradacaq. Gələcək oyunlarda komanda şəklində özlərini göstərə bilərlər.

- Əsas komandada olan qalibiyyətsizlik seriyası əvəzedici heyətdə də var. "Kəpəz"in əvəzedici heyətinin də cəmi bir xalı var. Bunun səbəbi nədir?

- Komandanın 95 faizi yenidir. Futbolçuların hamısı yenidir, gəncdirlər. U-16, U-17, U-19 heyətlərindən ibarət əvəzedici heyət formalaşdırmışıq. Digər klublara baxsaq, əsas komandadan əvəzedici heyətə 5-6 oyunçu göndərirlər. Biz sırf akademiyamızın öz oyunçularının potensiallarını üzə çıxararaq, əsas komandaya yetişdirmək istəyirik. Heyətimiz gənclərdən ibarətdir. Biz bu dəqiqə nəticə haqda fikirləşmirik. İstəyirik ki, yeni, gənc futbolçular üzə çıxaraq. Gəncə futbolunun keçmişdə olan əzəmətini qaytarmaq istəyirik.

- "Kəpəz"də artıq ənənə halını alıb ki, mövsümün əvvəli pis durumda olur, sonda liqada qalır. Bu dəfə nədən başladız?

- Bu dəqiqə uşaqlarda məğlubiyyət ruhu var. Özlərinə inam itib. İnamı geri qaytarmaq istəyirdik. Bunu etmişdik. Məşqlərdə də bunu bacarmışdıq. Fərdi səhvlər nəticəsində qapımızda qollar gördük. Etdiyimiz analizi yerinə yetirə bilmədilər. Komandada əhval-ruhiyyə normal idi. Futbolda belə hallar olur. Allah qoysa, kimsə gələr və gələcəkdə bunları aradan qaldırar.

- Komandanı neçə oyuna çıxaracaqsız?

- Hələlik mənə 1-2 oyun deyiblər. Bəlkə "Qarabağ"la matça kimsə gələr, yeni nəfəs gətirər. Onu deyə bilmərəm. Hər şey rəhbərlikdən asılıdır. Hazırda mənə tapşırıblar.

- Sizin namizədliyiniz irəli sürülüb?

- Düzü, heç bu haqda fikirləşmirəm. Heç namizədliyimi də irəli sürmürəm. Fikrim ancaq gənc futbolçuları yetişdirib, əsas komandaya verməkdir. Məqsədim budur.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər