Qazaxıstanda "Real Madrid"in baş məşqçisi Xabi Alonsoya təqdim edilən hədiyyə maraqla qarşılanıb.
İdman.biz xarici KİV-ə istinadən xəbər verir ki, oyunsonrası mətbuat konfransı zamanı jurnalistlərdən biri ispaniyalı mütəxəssisə "Bir, iki, üç, irəli Madrid!" səsini çıxaran balıq oyuncaq hədiyyə edib.
Qeyd edək ki, "Bir, iki, üç, irəli, Madrid!" şüarını "Real Madrid"də əvvəl Kriştianu Ronaldu, hazırda isə Kilian Mbappe tez-tez səsləndirir.
Xatırladaq ki, ötən gün UEFA Çempionlar Liqasının 2-ci turunda "Real Madrid" səfərdə "Kayrat"ın qonağı olub. Qarşılaşma İspaniya təmsilçisinin 0:5 hesablı qələbəsi ilə yekunlaşıb.