"Real" yay "transfer pəncərəsi"ndə sol cinah müdafiəçisi və mərkəz müdafiəçisi almağı planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat paylaşıb.
Mənbənin sözlərinə görə, yaxın vaxtlarda rəsmi olaraq Madrid komandasına rəhbərlik edəcəyi gözlənilən Xabi Alonso bu mövqelərin gücləndirilməsini istəyib.
Qeyd edək ki, 35 turdan sonra aktivində 75 xal olan "Real" lider "Barselona"dan 7 xal geri qalmaqla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.