top
Xabi Alonso Rayo Valyekano oyunu haqqında: Gərgin mübarizə idi Sport24.az
10 noyabr 2025, 16:40
- ↺ +

Xabi Alonso "Rayo Valyekano" oyunu haqqında: "Gərgin mübarizə idi"

Madridin "Real" klubunun ispaniyalı baş məşqçisi Xabi Alonso ötən gün "Rayo Valyekano" ilə baş tutan oyunu(0:0) şərh edib. Sport24.az xəbər verir ki, mütəxəssis oyunun onlar üçün çox gərgin keçdiyini vurğulayıb.

 

"Biz həmişə gərgin oyuna hazır oluruq. Bu il də, əvvəlki mövsümlərdə olduğu kimi, bizim üçün asan olmadı. Bu dəfə də hesabda önə keçmək çətin idi. Görüş çox sürətli keçidlər üzərində qurulmuşdu və meydanda temp olduqca yüksək idi - bu gün hər şey məhz belə idi. Bu oyun "Enfild"də "Liverpul"la (0:1) görüşdən sonra idi və biz yaxşı futbol nümayiş etdirmək istəyirdik. Burada rəqibə istədiyin oyunu qəbul etdirmək çox çətindir. Mən bunu emosional dəyişikliklərlə əlaqələndirmirəm - biz bilirik ki, La Liqada oyunlar bir-birinin ardınca gəlir və bu dəfə qalib gəlmək mümkün olmadı".

 

Təcrübəli mütəxəssis qeyd edib ki, "Kral klubu"nun strateqiyası daha da böyümək, inkişaf etməkdir.

 

Bunun üçün müsbət və konstruktiv özünütənqid vacibdir. Hamımız harada olduğumuzu və nə istədiyimizi bilirik. İndi noyabrdır, qarşıda çoxlu oyunlar var. Özümüzə qarşı tələbkarlığı qorumaq lazımdır, amma bununla yanaşı, təmkin də vacibdir.

 

Bütün ikili mübarizələri qazanmadıq, amma hamısını da uduzmadıq. Bu, gərgin mübarizə idi. Təəssüf ki, keçid fazalarında üstünlüyü ələ ala bilmədik. Məncə, bizdə intensivlik çatışmırdı demək düzgün olmazdı.

 

İkinci hissədə oyun üzərində nəzarət itdi, çoxsaylı keçidlər oldu və epizodlar yaratmaq mümkün olmadı - qarşılaşma xaotik hal aldı.

 

Biz harada olduğumuzu bilirik. Həm uğurlu, həm də çətin anlarda balansı saxlamaq vacibdir. Mövsüm uzun və çətin olacaq. Özümüzə qarşı tələbkarlığımız maksimum səviyyədədir, amma biz bununla yaşamağı və bu şəraitə hazır olmağı bacarırıq".

 

Alonso həmçinin hücum xətti barədə də danışıb:

 

"Meydanda fərqli hücumçularımız var idi və onlar da təhlükə yarada bilirlər".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:20

"Sabah"ın "Vikinq"ə qarşı Çempionlar Liqası görüşündə anşlaq olacaq

Futbol
Bu gün, 14:09

Kriştianu Ronaldu Junior ilk dəfə Portuqaliyanın U-17 millisinə dəvət alıb

Futbol
Bu gün, 14:01

Azərbaycan hakimləri UEFA Avropa Liqasının 4-cü tur oyunlarında rəhbərlik edəcək

Futbol
Bu gün, 14:00

Teneifefin futbolçusu Xesus de Miçel Alameda müalicə aldığı xəstəxanada dünyasını dəyişib

Futbol
Bu gün, 13:55

Gökdeniz Karadeniz: Azərbaycan futbolunda yaşanan inkişaf və Kurban Berdiyevin hamısı

Digər
Bu gün, 13:48

NFL matçında atəşfəşanlıq helikoptere tuş gəldi - VİDEO

Futbol
Bu gün, 13:41

Arteta futbolçularını sınağa çəkdi: Arsenal məşqçisinin maraqlı hiyləsi

Voleybol
Bu gün, 13:40

"Xilasedici" CEV Çempionlar Liqasında "Sportinq"ə qarşı mübarizəyə başlayır

Futbol
Bu gün, 13:26

UEFA Çempionlar Liqasının 4-cü turu: Doqquz qarşılaşma, favoritlər və tarixi rekordlar

Futbol
Bu gün, 13:20

Manchester United, Unai Emery'i potensial baş məşqçi kimi nəzərdə tutur

Futbol
Bu gün, 13:00

Samir Abasov: 'Sabah' 'Vikinq'ə öz oyununu qəbul etdirə bilsə, qələbə qazanacaq

Futbol
Bu gün, 13:00

Mahmud Qurbanov: "Kəpəz"in uğurlarında azarkeşlərinə dəstəyinin birbaşa rolu var

Futbol
Bu gün, 12:58

AFC 2027-ci il Asiya Kubokunun yeni tarixini 23 dekabr 2027 - 21 yanvar 2028 müəyyən etdi

Basketbol
Bu gün, 12:51

LeBron Ceyms Azarkeşlə Toqquşaraq Onun Şərabını İçdi – VİDEO

Futbol
Bu gün, 12:26

AFFA İntizam Komitəsi MOİK-in futbolçusu Zahid Mərdanovu 3 oyunluq, Samuel Nonqoh'u 1 oyunluq cəzalandırıb

Futbol
Bu gün, 12:26

Çempionlar Liqasında "Sabah"ın rəqibi olan "Vikinq"in iki bərabərhüquqlu baş məşqçisi diqqət çəkir

Futbol
Bu gün, 12:18

Şamaxı və Turan Tovuz meydanaya kənar şəxslərin daxil olması səbəbindən cərimələndi;

Qarabağ FK
Bu gün, 12:17

"Qarabağ" klubu 3000 manat pirotehnika, 1500 manat ad yazımı üçün cərimələnib

Qarabağ FK
Bu gün, 12:17

«Qarabağ»ın sabiq qapıçısı Koxalski Polşa Ekstraklasasının 13-cü turunun rəmzi heyətində

Futbol
Bu gün, 12:01

Arif Əsədov "Sabah"ın Viking üzərində səfərdə xal qazanacaacağını əminliklə bildirir

Digər
Bu gün, 12:00

Liverpul

Futbol
Bu gün, 12:00

Kəpəz futbolçuları Şəfa üzərində qələbəyə görə 1300 manat mükafat alıb

Futbol
Bu gün, 11:50

Azərbaycan Premyer Liqasında "Neftçi" – "Kəpəz" matçının biletləri 2 manatdan satışa çıxarıldı

Basketbol
Bu gün, 11:50

Dreymond Qrin NBA matcında rəqiblərlə münaqişəyə girərək meydandan qovuldu

Oxşar xəbərlər