top
Vüsalın Boluspor karyerası fiasko - legioner həyatı başa çatacaqmı? İdman.biz
12 noyabr 2024, 09:10
- ↺ +

Vüsalın "Boluspor" karyerası fiasko - legioner həyatı başa çatacaqmı?

Vüsal İsgəndərli bu ilin əvvəlində, daha dəqiqi, yanvarın 3-də Albaniyanın yüksək liqasında çıxış edən "Eqnatiya"dan Türkiyənin 1-ci liqa təmsilçisi "Boluspor"a keçdi.

Elə həmin günün səhəri mövzu haqda "Bir addım irəli, iki addım geri..." sərlövhəli məqalə yazaraq bunun çox yanlış addım olduğunu dedik. Təbii ki, azı həmyerlimiz olduğuna görə fikrimizdə yanılmaq istərdik. Düzü, Vüsalın həmin yazıya gülüş emojisiylə reaksiya verməsi bizi nəinki qıcıqlandırmış, hətta ümidləndirmişdi ki, futbolçumuz özünə inanır və ölkəmizi qardaş Türkiyədə layiqincə təmsil etməklə qərarıyla bağlı neqativ düşüncələri dəyişəcək. Sən demə, hələ az demişik!

O iki yox, daha bir neçə addım gerilədi. Təbii ki, həmin vaxt bu da ehtimallar sırasındaydı. Sadəcə, Vladimir İliç Leninin 1904-cü ilin yazında yazdığı məqalənin sərlövhəsi yetərincə cazibədar görünürdü...

Bəs yanılmadığımızı isbat edən nədi? Sözümüzün canına keçid alaq.

Vüsal İsgəndərli "Boluspor"dan ayrılmağa hazırlaşır. Səbəb ciddidi: baş məşqçisi Ufuk Kahraman ona, demək olar ki, şans vermir. Belə ki, həmvətənimiz "Boluspor"da ümidləri doğrultmur. O, yeni mövsümdə keçirilən 12 matçın səkkizində meydana çıxmayıb. Sonuncu dəfə meydana çıxdığı oyunda isə cəmi 1 dəqiqə oynayıb. Ümumiyyətlə, onun adı son 5 oyunun dördünün iştirak ərizəsinə daxil edilməyib. Birində isə ehtiyat oyunçular skamyasını isitməklə məşğul olub. Mövsümün əvvəlindən bəri mümkün 1080 dəqiqənin yalnız 100 dəqiqəsində tər tökən futbolçu nə qol, nə də məhsuldar ötürmə ilə yadda qalıb (Football-plus.az).

Qeyd edək ki, Vüsal tarixə qovuşan "Rəvan"ın yetirməsidi. 29 yaşlı mərkəz hücumçusu karyerası ərzində "Simurq", "Zirə", "Keşlə" (indiki "Şamaxı), "Keçiörəngücü" (Ankara, Türkiyə), "Sumqayıt" və "Eqnatiya" kimi klubların şərəfini qoruyub. Onun "Boluspor"la müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:32

Zəfər Günü: Vətən Müharibəsi İştirakçısı Araz Balayevlə Futbolun Moral Gücü

Futbol
Bu gün, 11:30

Napoli klubunun prezidenti baş məşqçisini mətbuat konfransından çəkdi

Cüdo
Bu gün, 11:29

Bakı şəhərində 483 cüdoçu iştirak edəcək yarış noyabrın 8-də yekunlaşacaq

Futbol
Bu gün, 11:14

Braziliyada 36 yaşlı futbolçu Bismark Vinisius silahlı hücuma məruz qalıb və öldürüldü

Qarabağ FK
Bu gün, 11:00

Turan Tovuz: 10,000 manatlı mükafat, tələskənlik və gələcək uğur üçün dərs

Basketbol
Bu gün, 10:58

Lebron Ceymsin evində şübhəli şəxs oğlu kimi təqdim oldu

Digər
Bu gün, 10:49

Bakıda Zəfər Kuboku çərçivəsində 14 kateqoriyalı yorğa yarışları keçirildi

Güləş
Bu gün, 10:40

İki qızıl medalla Azərbaycan üzgüçüləri Macarıstan Kubokunda qələbə qazandı

Futbol
Bu gün, 10:34

“Sabah” və “Şamaxı” Zəfər turunu yekunlaşdıracaq

Digər
Bu gün, 10:29

Azərbaycan kayakçılarının və kanoeçilerin Batumda beynəlxalq super sprintdə mükafatlar qazanması

Futbol
Bu gün, 10:25

Qubadlıda futbolun zafər sevincinə təsiri: Döyüşçü Araz Balayevin xatirələri

Futbol
Bu gün, 10:12

Manchester United 40 ildən sonra antirekordunu təkrarladı

Futbol
Bu gün, 10:06

Lionel Messi, MLS-in müntəzəm mövsümündə 26 qol vuraraq Qızıl buts mükafatını qazandı

Futbol
Bu gün, 10:00

Eşqin Əhmədov: Milliyə dəvət və debut gözləntiləri

Boks
Bu gün, 09:56

Şara Bullet və Adesanya 5 dekabrda Səudiyyə Ərəbistanında UFC Fight Night-də görüşəcək

Digər
Bu gün, 09:45

Trump, UFC prezidenti Dana White-a Ağ Evdə yüksək vəzifə təklif etdi

Futbol
Bu gün, 09:33

İmişli və Sumqayıt Yevlaxda son oyununda xallıq fərqini görəcək

Futbol
Bu gün, 09:30

Nadir Nəbiyev AFFA baş katibi ilə dörd rayonda futbol infrastrukturu yoxladı

Boks
Bu gün, 09:27

İstanbulda Murad Əliyev qazanan boksçusu fanlar tərəfindən hücum edildi

Minifutbol
Bu gün, 09:22

Azərbaycan futzal milli komandası Latviya ilə qarşılaşacaq: ilk qalibiyyət üçün mübarizə

Futbol
Bu gün, 09:16

Avropada 28 futbol mübarizəsi: Barselona, Liverpul, Yuventus və digər böyük klublar

Futbol
Bu gün, 09:08

Valverde: 62%-i uzaqdan qollar vurur

Futbol
Bu gün, 09:00

Bayquşlar Şamaxını qarşılaşacaqlar

Futbol
Bu gün, 08:40

UEFA, Arsen Vengeri FIFA prezidenti namizədi olaraq dəstəkləmək istəyir

Oxşar xəbərlər