top
Vüsal Məmmədovdan Vüqar Nadirovun istefası və maliyyə iddialarına cavab: İDMAN.BİZ-ə MÜSAHİBƏ Idman.biz
22 oktyabr 2025, 16:53
- ↺ +

Vüsal Məmmədovdan Vüqar Nadirovun istefası və maliyyə iddialarına cavab: İDMAN.BİZ-ə MÜSAHİBƏ

Azərbaycan futbol çempionatının II liqasında çıxış edən "Şəmkir" klubunun baş məşqçi postundan uzaqlaşdırılan Vüqar Nadirov daha əvvəl İdman.Biz-ə verdiyi müsahibədə klub rəhbərliyinə qarşı bir sıra kəskin fikirlər səsləndirmişdi. O, həmçinin komandanın maliyyələşdirilməsinin tam dayandırıldığını da iddia etmişdi.

İdman.Biz bu məsələyə aydınlıq gətirmək üçün "Şəmkir" klubunun prezidenti Vüsal Məmmədovla əlaqə saxlayıb.

"Düşünürəm ki, Vüqar Nadirovun bu açıqlamaları, ilk növbədə, inciyərək söylədiyi sözlərdir. O, bizə bir qədər incik vəziyyətdə ayrıldı. Mən onu müəyyən qədər anlayıram, çünki cəmi beş tur keçmişdi. Amma o da bizi anlamalı idi - biz belə nəticələr gözləmirdik! Ən əsası, komanda nə bizim, nə də azarkeşlərimizin istədiyi oyunu göstərmirdi. Vüqar yaxşı məşqçidir, yaxşı insandır, amma biz, ilk növbədə, onun işinin nəticələrindən razı qalmadıq. Belə deyək, futbol bəxti ona üzünə gülmədi," – deyə Vüsal Məmmədov bildirib.

Vüqar Nadirov Vüsal Məmmədovla birlikdə

Vüsal Məmmədov klubda maliyyə probleminin olmasına dair iddiaları da təkzib edib.

"Klubumuzun maliyyələşməsinin dayandırılması və ya hansısa maliyyə problemlərinin olması barədə danışmaq, ümumiyyətlə, mümkün deyil! Şəmkir sakinləri buna heç vaxt imkan verməz! Həmçinin maaşların gecikməsi barədə deyilənlər də əsassızdır, mən komanda üzvlərinin maaşlarını hər ayın son günündə, vaxtında ödəyirəm," – "Şəmkir" klubunun prezidenti vurğulayıb.

Vüqar Vüqarlı

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:49

Liverpool məşqçisi Andoni İraola Fenerbahçe qarşısında inamı məhv etməyi tələb etdi

Futbol
Bu gün, 16:40

Liverpool, Valverde üçün 100 milyon avroluq təklif hazırlayır

Futbol
Bu gün, 16:22

Rodri, Atletiko qarşısında yaralanma səbəbindən oyunu buraxa bilər

Futbol
Bu gün, 16:20

Barcelona itkisindən sonra Rodri yaralanıb – Atletico qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:17

Mingəçevir futbolçuları maaş ödənməməsi səbəbindən boykot etdilər, matç oynamadı

Voleybol
Bu gün, 16:10

Ceyran İmanova: “Turan” komandasının əsas hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdır

Futbol
Bu gün, 16:00

“Sabah”ın çempionluq play-offa yüksəlmə ehtimalı 6,8%

Futbol
Bu gün, 15:58

FIFA U-15 dünya çempionatında Azərbaycanlı hakimlərə yüksək qiymətləndirmə verildi

Futbol
Bu gün, 15:50

Bruno Fernandeş: "Roma" üzərindəki qələbədən sonra Maykl Karrikin postunu xilas etmək məcburiyyətində deyildik

Digər
Bu gün, 15:35

Aysel Əhmədli Sofiyada WSF Şotokan karate Avropa çempionatının K10 kateqoriyasında qızıl medal qazandı

Futbol
Bu gün, 15:28

Yamal 20 yaşından əvvəl Çempionlar Liqasında ən çox qol vuran futbolçu oldu

Qarabağ FK
Bu gün, 15:22

Nazim Süleymanov: Sabahın Çempionlar Liqası çıxışını dəyərləndirir və gələcək perspektivlərini paylaşır

Futbol
Bu gün, 15:11

Toral Bayramov: "Sabah" komandasının Norveçin "Viking"ini məğlub edəcəyinə inanıram;

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Futbol
Bu gün, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Oxşar xəbərlər