Albaniya çempionatında 5-ci turun matçları davam edir. Sport24.az xəbər verir ki, Vüsal İsgəndərlinin formasını geyindiyi "Partizani" səfərdə "Bilis"lə üz-üzə gəlib.
Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Əsas heyətdə meydana çıxan Vüsal 20-ci dəqiqədə penaltidən komandasının yeganə qolunu vurub. 61-ci dəqiqədə isə İsgəndərli əvəzlənib.
Qeyd edək ki, 5 turdan sonra aktivində 4 xal olan "Partizani" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.