top
Vüsal İsgəndərlinin milli komanda dəvəti və mövqeyi ilə bağlı fikirləri Idman.biz
29 iyul 2025, 14:37
- ↺ +

Vüsal İsgəndərlinin milli komanda dəvəti və mövqeyi ilə bağlı fikirləri

Hazırda Albaniyanın "Partizani" komandasında çıxış edən Vüsal İsgəndərli Azərbaycan millisinə dəvət almaması ilə bağlı fikirlərini bölüşüb.

İdman.biz xəbər verir ki, 30 yaşlı oyunçu Teleqraf-a açıqlamasında yığmanın baş məşqçisi Fernandu Santuşun mövqeyi ilə razılaşdığını bildirib.

Onun sözlərinə görə, portuqaliyalı mütəxəssis haqlıdır: "Santuş həqiqətən də düz deyir. Baş məşqçi Ufuk Kahraman "Boluspor"da məni yarımmüdafiənin sağında və solunda, müdafiənin solunda və hücumun mərkəzində oynadıb. Halbuki əvəllər "Keşlə"də (indiki "Şamaxı" - red.) olduğum vaxt baş məçqi Tərlan Əhmədov mənə yalnız yarımmüdafiənin sağında və solunda şans verirdi. Məni "Boluspor"a gətirən baş məşqçi Yalçın Koşukavak isə fevralda komandaya yenidən qayıtdıqda hər mövqedə oynadığımı bildi və məni müdafiənin sağında oynatmağa başladı".

İsgəndərli yeni komandasının heyətində daimi oynadığı üçün millidən dəvət gözlədiyini də əlavə edib: "Santuşun klublarında şans qazanmayan futbolçuların yığmaya dəvət olunmayacağına dair açıqlaması ilə tanışam. Bu səbəbdən, klubumda müntəzəm oynayaraq yenidən yığmaya dəvət almağı qarşıma məqsəd qoymuşam. Hazırda xarici pasport problemimin həlli ilə məşğulam. Ümid edirəm ki, sentyabrda başlayacaq 2026-cı il dünya çempionatının seçmə mərhələsinin oyunları üçün milliyə çağırılacağam".

Qeyd edək ki, Vüsal İsgəndərli sonuncu dəfə Azərbaycan milllisinin formasını ötən ilin iyunun 7-də Albaniyaya qarşı yoldaşlıq matçında geyinib. O, yığmanın 1:3 hesabı ilə uduzduğu qarşılşmanın 59-cu dəqiqəsində meydana çıxıb. 30 yaşlı futbolçu bu yay Albaniyanın "Partizani" klubu ilə 1+1 illik müqavilə imzalayıb. O, yeni klubunda ilk rəsmi matçını UEFA Konfrans Liqasının I təsnifat mərhələsində evdə Estoniyanın "Kalyu" klubuna qarşı keçirib. Səfər matçında viza probleminə görə oynaya bilməyən təcrübəli oyunçu cavab görüşündə 90 dəqiqə meydanda olub. İlk matçın əsas vaxtı 1:1, səfər qarşılaşması isə 0:0 hesablı heç-heçə ilə bitib. Əlavə vaxtda isə İsgəndərlinin komandası top buraxaraq, avrokuboklarda mübarizəni dayandırıb.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:05

Koy-Leons Mikelsin "Borussiya Mönhenqladbax"a şəxsi arzusuna baxmayaraq, clubdan rəsmi transfer təklifi olmamışdır

Qarabağ FK
Bu gün, 13:53

“Turan Tovuz”un hücumçusu İbrahima Vadji Fransa mediasında ön plandadır - FOTO

Digər
Bu gün, 13:44

“Sabah”ın müdafiəçisi Bakıda Lamin Yamalı meydanda rahat buraxmayacağına söz verdi

Digər
Bu gün, 13:40

"Ayntraxt" sabiq futbolçusunu idman direktoru postuna dəvət etmək istəyir

Digər
Bu gün, 13:20

"Nyukasl"ın sabiq baş məşqçisi "Mançester Yunayted"in "sükanı arxasına" keçə bilər

Digər
Bu gün, 13:17

“Şəfa”nın baş məşqçisi Vasif Haqverdiyev 5 oyunluq cəzalandırıldı

Formula 1
Bu gün, 13:14

Avstraliya Qran-prisində kenqurunun trasda peyda olması MotoGP məşqini dayandırdı

Digər
Bu gün, 13:13

İntizam Komitəsi iki komandanı texniki məğlubiyyətlə cəzalandırıb

Futbol
Bu gün, 13:06

FİFA U-15 Dünya Çempionatına ev sahipliyi edən Hövsan Yarış Kompleksi hazırdır

Futbol
Bu gün, 13:00

Zirə Sumqayıtı 22 oyunda məğlub edə bilmədi

Futbol
Bu gün, 12:59

Tacikistanlı futbolçu Hüseynconi Bobocan: “Bakıda dünya çempionatı üçün hazırlanan meydançalar gözəldir”

Futbol
Bu gün, 12:50

Sumqayıtın kapitanı İsa Sülumbra U-15 komandasının məşqində iştirak edib

Qarabağ FK
Bu gün, 12:45

“Qarabağ”ın sabiq futbolçusu 6 milyonluq dələduzluğun qurbanı olub

Digər
Bu gün, 12:40

ABL: IV turun ilk mtçında "Sabah" NTD-yə qarşı

Qarabağ FK
Bu gün, 12:35

Şahin Diniyev: "Sabah"ı indiki formasına görə "Qarabağ"dan bir pillə öndə görürəm"

Digər
Bu gün, 12:29

Arda Gülər kamera qarşısına keçdi – 4,5 milyon qazandı

Digər
Bu gün, 12:23

“Barselona”nın əfsanəsi Azərbaycandakı dünya çempionatından danışdı

Futbol
Bu gün, 12:20

FİFA prezidenti Canni İnfantino Asiyada futbolun inkişafına görə minnətdarlığını bildirib

Futbol
Bu gün, 12:14

Türkmənistan U-15 futbol millisinin baş məşqçisi: “Bakıdakı dünya çempionatında dəyərli təcrübə qazanacağıq”

Futbol
Bu gün, 12:00

Qəbələ “Filipe Santosu” geri gətirməyi düşünür

Güləş
Bu gün, 11:59

Ermənistan mətbuatı: Sənan Süleymanov, Amoyana ciddi rəqibdir

Futbol
Bu gün, 11:40

The Athletic sorğusunda Harri Keyn "Qızıl top"a əsas namizəd

Qarabağ FK
Bu gün, 11:29

Ukrayna mətbuatı “Qarabağ”da parlaq çıxış edən Aleksey Kaşuku milli komandaya çağırmağa çağırır

Digər
Bu gün, 11:17

UFC 333: Asəf Çopurov rəsmi çəkiölçməni uğurla keçdi, debütə hazırdır - VİDEO

Oxşar xəbərlər