top
Vüsal İsgəndərli Partizani ilə çempionluğa hədəfləyir Idman.biz
07 avqust 2025, 15:45
- ↺ +

Vüsal İsgəndərli "Partizani" ilə çempionluğa hədəfləyir

Albaniya çempionatına qayıdan Vüsal İsgəndərli bu dəfə "Partizani" klubuna keçib.

İdman.biz xəbər verir ki, təcrübəli yarımmüdafiəçi Futbolinfo.az-a açıqlamasında transferi və gələcək planları barədə danışıb.

O bildirib ki, rəhbərlik tərəfindən daha uzunmüddətli müqavilə təklifi alıb: "Sağ olsunlar, mənim istəyimi nəzərə aldılar və hər iki tərəfin razılığı ilə 1 illik uzadıla bilən müqavilə bağladıq. Albaniya mənim üçün uğurlu liqa olub. Buna görə də bura qayıtmaq məndə xoş hisslər yaşadır".

29 yaşlı futbolçu daha əvvəl "Boluspor"da çıxış edib. O, Türkiyə klubu ilə münasibətlərinin xoş notlarla başa çatdığını vurğulayıb: "Boluspor"la müqaviləm ilyarım idi. Müddət başa çatdı və uzatmamaq qərarına gəldim. Çox yaxşı münasibətlə ayrıldıq. Əslində, qışda "Partizani"dən təklif almışdım, lakin həmin vaxt "Boluspor"da qalmağım daha məqsədəuyğun hesab olundu. Yayda isə başqa ölkələrdən də təkliflərim vardı, Albaniyadan isə üç klub maraq göstərmişdi. Sonda "Partizani" mənim üçün ən uyğun variant oldu".

Yeni klubuna uyğunlaşma prosesindən də bəhs edən İsgəndərli hər şeyin qaydasında olduğunu bildirib: "Getdiyim heç bir klubda adaptasiya problemi yaşamamışam. İnşallah, burada da hər şey yaxşı olacaq. Komanda yoldaşlarımla və məşqçilər heyəti ilə münasibətim çox yaxşıdır. Hətta bəziləri əvvəllər "Eqnatiya"da oynadığım vaxt rəqib olduğum futbolçulardır. Fiziki baxımdan bir az geridə idim, çünki komandaya gec qoşulmuşdum. Amma Allaha şükür, indi hər şey qaydasındadır. Yeni mövsümə hazırlıq yaxşı keçdi. Ən əsası, ağır məşqləri zədəsiz başa vurdum. Bu yükləmələrin faydasını qarşıdakı oyunlarda görəcəyik".

Milli komandaya qayıdış barədə də fikirlərini bölüşən yarımmüdafiəçi bu məsələdə əzmlidir: "Baş məşqçimiz Fernandu Santuş hər zaman forma geyinən futbolçuları izləyir və dəvət göndərir. Mən də əlimdən gələni edib milliyə dəvət almağa çalışacağam. Gələcəyi zaman göstərəcək, amma düşüncəm yenə də ölkə xaricində oynamaqdır. Hazırda əsas hədəfim isə komandamla çempionluq yaşamaqdır".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 02:34

“Neftçi”nin baş məşqçisi: “30 dəqiqə pis oynadıq, amma cəmi beş xal fərqi ilə uduzduq”

Futbol
Bu gün, 02:09

“Sabah” UEFA Çempionlar Liqasında pley‑off zonasından kənarda

Futbol
Bu gün, 01:48

Bernardo Silva Real Madrid forması ilə Çempionlar Liqasının ilk qolunu vurar və rekord qırdı

Futbol
Bu gün, 01:29

Harri Keyn Çempionlar Liqasında ardıcıl 10 oyunda qol vuraraq Ronaldun rekorduna yaxınlaşdı

Digər
Bu gün, 01:12

Fabreqas: “Bəzi futbolçularımız üçün bu, Çempionlar Liqasında cəmi üçüncü matç idi”

Digər
Bu gün, 01:10

ÇL: “Real”dan qələbə, MY darmadağın oldu

Digər
Bu gün, 00:51

ABŞ səfirliyi Azərbaycan sumoçusunun tarixi dünya çempionluğu qələbəsini təbrik etdi

Digər
Bu gün, 00:31

Noyer Messi ilə eyni pilləyə yüksəldi - Çempionlar Liqasında tarixi göstərici

Futbol
Bu gün, 00:14

La Liqada “Levante” “Atletik”i 3:1 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 00:05

Fransadakı iğtişaşlar səbəbindən PSJ - "Lion" matcının təxirə salınması nəzərdən keçirilir

Futbol
Dünən, 23:54

Şəki klubunda baş məşqçi Elvin Hacızadənin vəzifəsindən ayrılması

Futbol
Dünən, 23:44

Yunus Akgün Osimhenin Çempionlar Liqası rekordunu qırdı

Futbol
Dünən, 23:30

Fernandeş məğlubiyyətdən sonra taktiki qərarı qiymətləndirdi

Futbol
Dünən, 23:16

Mançester Yunayted Çempionlar Liqasında ilk iki dəqiqədə qol buraxan ilk İngiltərə klubu oldu

Futbol
Dünən, 22:55

Infantino: Bakıdakı U-15 Dünya Çempionatı və FIFA Festivalı Tarixi Mesajdır

Futbol
Dünən, 22:25

Juventus argentinalı müdafiəçi Nikolas Talyafikonu transfer etmək istəyir

Futbol
Dünən, 22:21

Şimali Koreyanın U-17 qadın millisinin hücumçusu dünya çempionatında 10 illik qol rekordunu qırdı

Digər
Dünən, 22:09

“Barselona” “PSJ”dən UEFA-ya şikayət etdi: mişarlı və “qətliam” yazılı pankart qalmaqal yaratdı

Digər
Dünən, 22:01

Plyuşenko Azərbaycana köçməklə bağlı qərarını açıqladı

Digər
Dünən, 21:56

"Fənərbaxça"da ciddi itkilər

Futbol
Dünən, 21:54

Betisin yarımmüdafiəçisi Fakundo Bernal iki dəfə başla zərbə vurduğu üçün dörd oyunluq diskvalifikasiya edildi

Digər
Dünən, 21:46

Ronaldudan Kvaratsxeliyaya dəstək mesajı

Digər
Dünən, 21:43

Beynəlxalq federasiya altı Azərbaycan güləşçisini dünya çempionatının medal iddiaçıları arasında göstərdi

Digər
Dünən, 21:34

İngiltərə “Mançester Yunayted” və “Liverpul”un istedadlarını Bakıya gətirir

Oxşar xəbərlər