top
Vüsal İsgəndərli: Çempionluq üçün əlimizdən gələni edəcəyik Idman.biz
29 oktyabr 2025, 14:56
- ↺ +

Vüsal İsgəndərli: "Çempionluq üçün əlimizdən gələni edəcəyik"

"Hədəfimiz çempionluqdur. Baxmayaraq ki, xal fərqi var, amma məqsədimizə çatmaq üçün əlimizdən gələni edəcəyik".

Bunu Albaniyanın "Partizani" klubunda çıxış edən Vüsal İsgəndərli futbolinfo.az-a müsahibəsində deyib.

– İkinci dəfə Albaniya çempionatına qayıdarkən hansı çətinliklərlə üzləşdiniz?

– Bu ölkəni tanıyıram. Əvvəl də burada çıxış etmişəm, ona görə uyğunlaşmağım çətin olmadı. Amma stadion çətinliyi yaşadım. Çünki illərdir süni ot örtüklü meydançada nə məşq, nə də oyun keçirmirdim. Düzdür, "Eqnatiya"da məşq etdiyim stadionun qazonu süni idi, amma oynadığımız stadion təbii ot örtüyünə malik idi. Bu baxımdan bir qədər çətinlik yaşadım. Sonra iki dəfə məşqçi dəyişdi. Şükür, indi hər şey qaydasındadır.

– "Partizani" hazırda Albaniya çempionatında 8 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Bu nəticəni necə dəyərləndirirsiniz?

– İstədiyimiz yerdə deyilik. Yuxarı pillələrlə xal fərqi çox deyil. Özümüzə inanırıq. 2-3 qələbə qazansaq, yuxarı pillələrə qalxa bilərik. Əlbəttə ki, "Partizani" Albaniyanın ən böyük iki klubundan biridir. Tarixi, böyük klub olmasının fərqindəyik. Əlimizdən gələni edəcəyik. Hədəfimiz çempionluqdur. Baxmayaraq ki, xal fərqi var, amma məqsədimizə çatmaq üçün əlimizdən gələni edəcəyik.

– Ötən turlarda "Bilis"ə qarşı oyunda qol vurmuşdunuz. Həmin komandada azərbaycanlı futbolçu Amil Yunanov da çıxış edib, lakin 3 ay tamam olmadan geri qayıtmışdı. Doğrudanmı, Albaniya klublarında maliyyə problemləri yaşanır? Sizin komandanızda vəziyyət necədir?

– Amilin bura gəldiyindən xəbərim vardı. Hətta gələrkən özüm də danışıb uğurlar diləmişdim. Karyerası burada istədiyi kimi alınmadı, amma futbolda belə hallar yaşana bilir. Nə "Eqnatiya"da, nə də "Partizani"də heç vaxt maliyyə problemi olmayıb. "Bilis" barədə isə heç bir məlumatım olmadığından nəsə deyə bilmərəm, yalançı olaram.

– Digər həmyerlimiz Zamiq Əliyevlə eyni çempionatda çıxış edirsiniz. Hətta bir neçə gün öncə iki azərbaycanlının duelini izlədik, oyun bərabərliklə bitdi…

– Zamiqin Albaniyaya gəldiyindən ən başdan xəbərim vardı. Doğrudan da bəyəndiyim müdafiəçidir. "Eqnatiya"da məndən onun barədə məlumat soruşulanda, pozitiv fikirlər bildirmişdim. Oyun yaxşı keçdi. Mənim də epizodlarım oldu. Hətta yüzdəyüz dəyərləndirə biləcəyim epizodlar var idi, amma qol vura bilmədim.

– Matçlarda 90 dəqiqə meydanda olursunuz. Demək olarmı ki, formanızı tam bərpa etmisiniz?

– Deyərdim ki, heç vaxt fiziki baxımdan problemlərim olmayıb. Hər zaman məşqçilərin qərarına hörmət edirəm. Son oyunlarda əvəzlənmədən çıxış edirəm. Bu da əlbəttə ki, mənim üçün xoş haldır. Həm komandama 3 xal, həm də qol və məhsuldar ötürmələrlə xeyir verməyə çalışacağam.

– Hədəflərinizdən birinin milli komandaya dəvət almaq olduğunu demişdiniz. Azərbaycan millisinə Ayxan Abbasov baş məşqçi təyin olundu, amma yenə yığmanın qapıları üzünüzə qapalıdır…

– İstər ölkə xaricində, istər ölkə daxilində oynayan futbolçuların hədəfi milli komandadır. Mən də milliyə dəvət olunmaq istəyirəm. Amma bunları sözlə deyil, çıxışım və oyunlarımla göstərməyə çalışıram. Milli komandanın baş məşqçisi Ayxan Abbasov məni ən yaxşı tanıyanlardan biridir. Bu gün futboldayamsa, bunda böyük əməyi olanlardan biri Ayxan Abbasov, digəri isə Tərlan Əhmədovdur. Doğrudan da üzərimdə çox böyük əməkləri var. Ayxan müəllim nə zaman layiq görərsə, dəvət edər.

– Formada olan futbolçu kimi yığmaya dəvət edilməməyinizin səbəbini nədə görürsünüz? Axı, Mahir Emreli sizdən fərqli olaraq klubunda az şans qazandığı halda, millinin son oyunlarına çağırılmışdı…

– Öz millimizin futbolçusu haqqında rəy bildirməyim düzgün olmaz. Hər bir oyunçu öz klubunda oynamaq istəyir. Yığmaya da hər zaman oynayan futbolçular dəvət olunur. Bu, məşqçilərin qərarıdır, hörmətlə yanaşırıq. Mahirə də öz komandasında uğurlar diləyirəm.

– Qarşıda millinin İslandiya və Fransa ilə oyunları var. Bu görüşlərdən gözləntiləriniz necədir?

– Milli komandada hər görüş çətindir. Amma millidə hər zaman bu bayrağı təmsil etdiyimizi bilərək oynamaq lazımdır. Son oyunlarda dəvət almasam da, izləmişəm. Doğrudan da pozitiv haldır ki, oyunlarda istək, milli ruh hiss olunur. Qarşıdakı iki görüş da çətindir. Dəvət olunan, olunmayan hər kəs milli komandanın uğurunu istəyir. Arzu edirəm ki, uğurlu nəticələr əldə olunsun.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:42

Mingəçevir və Şahdağ Qusar 7-ci turda Azərbaycan Birinci Liqasında qarşılaşacaq

Basketbol
Bu gün, 11:20

"Gəncə" bu gün FIBA Avropa Kubokunda "Universitatya Krayova" ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Oxşar xəbərlər