top
Vüqar Nadirov: Qarabağ top klublara qarşı rahat oynamaq gücündədir Idman.biz
04 noyabr 2025, 10:50
- ↺ +

Vüqar Nadirov: "Qarabağ" top klublara qarşı rahat oynamaq gücündədir

"Çelsi"nin son oyunlarını izləmişəm. Əla formadadırlar, amma inanmıram ki, "Qarabağ" rəqibinə o qədər rahatlıq versin ki, istədikləri oyunu göstərsinlər".

Bu sözləri QOL.az-a açıqlamasında Azərbaycan millisinin və "Qarabağ"ın sabiq futbolçusu Vüqar Nadirov deyib.

"Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda sabah İngiltərənin "Çelsi" klubunu qəbul edəcək. Veteran futbolçu qeyd edib ki, "Çelsi" nə qədər güclü olsa da, "Qarabağ" bu rəqibin öhdəsindən gələ bilər:

"Evdə oynayırıq, bundan maxsimum istifadə etməliyik. Qurban müəllimin bu kimi komandalara qarşı yaxşı təcrübəsi var və lazımi tapşırıqları verəcək. Qalır komandanın meydanda bu tapşırıqların öhdəsindən gəlməyi. "Çelsi"nin əks hucumlarında diqqətli olmalıyıq. Rəqibin heyətində Ceymi Qittens kimi sürətli futbolçu var. İlk hissədə oyuna nəzarəti itirməsək, sərfəli nəticə qazana bilərik".

V.Nadirov "Qarabağ"ın keçirdiyi hər 3 oyunda çox yaxşı təsir bağışladığını deyib. O, bu görüşlərə əsasən komandanın Liqa mərhələsini orta pillələrdə tamamlamaq gücündə olduğunu bildirib: "Benfika" üzərində qələbəni tarixi qələbə adlandırardım. Çünki hamımıza bəlli olduğu kimi Portuqaliya nəhəngi sıradan bir komanda deyil. Bu qələbə bir növ rəqiblərə həyacan siqnalı idi. "Kopenhagen" də bu il göz oxşayan mövsüm keçirib. Hiss olunurdu ki, Bakıdakı oyunda ilk dəqiqələrdən hücuma atılıb qol və qollar vurmaq istəyirlər. Amma hər şey tam başqa cür cərəyan etdi. "Atletik"lə qarşılaşmada da "Qarabağ" yaxşı çıxış etdi.

Bu görüşlərdən sonra həm "Qarabağ"ın özündə inam yaranıb, həm də futbol ictimaiyyəti və azarkeşlərdə. Amma növbəti rəqiblərimiz olduqca çətindir. Yenə də düşünürəm ki, bundan sonrakı görüşlərdən 4-7 xal ala bilərik. Futbolçular meydanda canlarını qoymalıdırlar. Bu xarakter isə onlarda var. Bir sözlə, verilən tapşırıqlar düzgün icra olunsa, "Qarabağ" top klublara qarşı rahat oynamaq gücündədir. Komanda bunu bütün dünyaya sübut edib".

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Futbol
Bu gün, 06:13

Arteta, formaların dartılması və tutulması ilə bağlı geniş videoarxiv topladığını açıqladı

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Futbol
Bu gün, 01:38

Eyden Makkarti: “Rəqibimiz də bizim güclü tərəflərimizi nəzərə almalıdır”

Futbol
Bu gün, 01:28

PSG Çempionlar Liqasında 16 dəqiqədə dörd qol vurarak rekord yaradı

Futbol
Bu gün, 01:11

Fənərbağça Emre Belözoğlu ilə 1,5 illik müqavilə imzaladı

Futbol
Bu gün, 01:01

Emre Belözoğlu "Fənərbaxça" klubunun yeni baş məşqçisi oldu - RƏSMİ

Futbol
Bu gün, 00:58

Sabah FK-nın baş məşqçisi Valdãs Dambrauskas: "Çempionlar Liqasında Vikinqə qarşı əsas problem sıx qrafikdə futbolçuları sağlam saxlamaqdır"

Futbol
Bu gün, 00:46

Noyer üçüncü mövqedə: Messi və Müller geridə, Çempionlar Liqasının rekordunu dəyişdi

Futbol
Bu gün, 00:38

Sabahın məşqçisi: ‘Vikinq’ə qarşı matçda tam hazırıq

Futbol
Bu gün, 00:27

Aşraf Hakimi tarixdə yeni rekord qırdı, Luis Enríqueyə isə 50-ci Çempionlar Liqası matçı ilə tarix yazıldı

Futbol
Bu gün, 00:08

Batrakov Ştутqart qarşılaşmasında ən yaxşı oyunçu seçildi - statistikasilə diqqət çəkdi

Futbol
Dünən, 23:38

Mareska açıqlayıb: Fodenin az oyunu fiziki hazırlığın marafoni

Futbol
Dünən, 23:24

Çempionlar Liqasında "Fənərbaxça"ya qarşı oynayacaq "Liverpul"da ciddi itki: Rayan Qravenberx sağlım deyil

Futbol
Dünən, 23:24

Reqraqi: Yamalın Qızıl topu alması halında Mbappé daha çox məyus olardı

Futbol
Dünən, 23:09

Harri Keyn İspaniyada və La Liqada oynamaq arzusundan danışdı

Futbol
Dünən, 22:54

İraola Fenerbahçənin gücünü vurğuladı: “Onlara qarşı təzyiq göstərməliyik”

Futbol
Dünən, 22:50

Makkarti: İlk qolumla özünəinamımı artırdım, növbəti oyunda da davam etmək istəyirəm

Futbol
Dünən, 22:39

Vikinq məşqçisi 'Sabah' haqqında: Çoxlarının eşitmədiyi, amma güclü komandadır

Futbol
Dünən, 22:33

Valdas Dambrauskas: Sıx oyun cədvəli bərpa prosesini çətinləşdirir

Futbol
Dünən, 22:25

Real Madridın yarımmüdafiəçisi Arda Güler zədə səbəbindən kənarda qaldı

Oxşar xəbərlər