top
Vüqar Nadirov: “Futbolumuzun qalxmasını istəyiriksə, belə hakimlik olmamalıdı” - MÜSAHİBƏ İdman.biz
11 noyabr 2024, 20:41
- ↺ +

Vüqar Nadirov: “Futbolumuzun qalxmasını istəyiriksə, belə hakimlik olmamalıdı” - MÜSAHİBƏ

Ölkə çempionatının 2-ci liqasının 9-cu turunda "Hypers Quba" "Şəfa"nın qonağı olub. Qubalılar "Şahdağ Qusar"ın ardından daha bir iddialı rəqibə uduzub.

İdman.biz football-plus.az-a istinadən "ASK Arena"dakı qarşılaşmadan sonra "Hypers Quba"nın baş məşqçisi Vüqar Nadirovla müsahibəni təqdim edir:

- "Şahdağ Qusar"dan sonra daha bir əsas rəqibinizi - "Şəfa"nı da üstələyə bilmədiz. Problem nədən ibarətdi?

- Futbolçularımdan heç vaxt razı qalmamışam. Zədəli oyunçularımız həddən artıq çoxdu. Oyunçu kasadlığı var idi. Epizodları incələyəcəm. Onu deməliyəm ki, belə hakimlik olmur. Konkret hakim idarəçiliyindən şikayətçiyəm. Birtərəfli hakim olmur. Dərhal bilinirdi ki, meydan sahibi komandaya simpatiyaları var. Hər şey göz qabağındadı. Amma biz əziyyətlə bura kimi gəlib çıxmışıq. Bəzən məşq etməyə, yuyunmağa yerimiz olmurdu, ancaq Region Liqasından pillə-pillə gəlib bura qədər çatdıq. Yəni heç nəyi asan qazanmamışıq. Özüm də xoşlayıram ki, əziyyət çəkib nəyisə əldə edim. Futbolda stress, belə şeylər olur. Lakin həmişə futbolçularımın yanındayam, yenə də olacam. Komandamız yaxşı futbol oynadı. "Şəfa"nı təbrik edirəm.

- Hansısa qərarlar istədiyiniz kimi olmadı, yoxsa ümumilikdə hakimlikdən narazısız?

- Xırda-xırda yığıldı. Epizodlar bizim əleyhimizə gətirib çıxarırdı. Birinci qolda baxmalıyıq ki, onların hücumçusunun ayağı topa dəyib, ya yox. Amma hakimlik konkret bərbaddı. Gedib premyer-liqada hakimlik edə bilmirlər, burda şans verirlər, o da belə. Yaxşı, biz futbol oynamayaq? Futbol kişi oyunudu, xarakter oyunudu. Futbolumuzun qalxmasını istəyiriksə, belə hakimlik olmamalıdı. Tərəfkeşlik düzgün deyil.

- Əsas "qol silahınız" Cavid İmamverdiyevin məhsuldarlığı son vaxtlar aşağı düşüb...

- Elə bir şey deyil. Sabit futbolçu yoxdu. Mövsümdən-mövsümə dəyişir. Bir də görürsən yaxşıya, bir də görürsən belə... Cavid təcrübəli futbolçudu, peşəkar karyerası var. Həmişə komandaya kömək edir. Digər məqamlar, məsələn çəki amili burda rol oynayır. Yavaş-yavaş çalışırıq ki, artıq çəkini aradan qaldıraq. Cavid "Kür-Araz"da çox çəkiliydi. Amma bura gələndən görürsüz ki, çəkisini azaldıb. Pillə-pillə üzərində işləyirik. Çünki işləməyə çox vaxt lazımdı. Yəni üç ayın komandasıyıq. Bu klubu sıfırdan qurmuşuq. Bir il əvvəl Region Liqasında başlasaq da, heyətin hamısını dəyişdik. Fərqli çempionatlardı. Ona görə də yaxşı işlər görmək üçün bizə zaman lazımdı.

- Orxan Sadıqlını əsas oyunçu kimi transfer etmisiz?

- Mən çalışdığım qədər qıraqda nə qədər peşəkar oyunçu varsa, komandama dəvət edirəm. Futboldan uzaqlaşmış futbolçuları meydana qaytarmağa çalışırıq. Yaxşı mənada "futbola ac" oyunçular axtarırıq. Maliyyə baxımından yox. Sadıqlı çox təcrübəlidi, bizə kömək edəcək. Premyer Liqada oynayıb. Həm xarakterinə, həm də oyununa görə düşünürəm ki, bizə köməyi deyəcək.

- Bəzən məşqçilər dost-tanışını da dəvət edir. Sizə kömək edəcək futbolçu yoldaşlarınız yoxdu, yoxsa özünüz istəmədiz?

- Məndə elə xarakter yoxdu. Kim güclüdüsə, onu da dəvət edirəm. Ən azı komandaya götürəndə də nizam-intizamına baxıram. Nizam-intizamı yoxdusa, güclü futbolçunu da komandaya götürmürəm.

- İstədiyiniz komandanı qura bilmisizmi?

- Çalışdığım qədər yaxşı heyət qurmuşam. Dekabr fasiləsində 6-7 oyunçu dəvət edəcəyik. Yəni bunun üzərində işləyəcəyik. Hələ güclənməyə ehtiyacımız var.

- Hədəfiniz nədi?

- Komamdamın yaxşı yerdə qərarlaşması. Medal qazanmaq istəyirik. Görək qismət olacaqmı...

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:32

Zəfər Günü: Vətən Müharibəsi İştirakçısı Araz Balayevlə Futbolun Moral Gücü

Futbol
Bu gün, 11:30

Napoli klubunun prezidenti baş məşqçisini mətbuat konfransından çəkdi

Cüdo
Bu gün, 11:29

Bakı şəhərində 483 cüdoçu iştirak edəcək yarış noyabrın 8-də yekunlaşacaq

Futbol
Bu gün, 11:14

Braziliyada 36 yaşlı futbolçu Bismark Vinisius silahlı hücuma məruz qalıb və öldürüldü

Qarabağ FK
Bu gün, 11:00

Turan Tovuz: 10,000 manatlı mükafat, tələskənlik və gələcək uğur üçün dərs

Basketbol
Bu gün, 10:58

Lebron Ceymsin evində şübhəli şəxs oğlu kimi təqdim oldu

Digər
Bu gün, 10:49

Bakıda Zəfər Kuboku çərçivəsində 14 kateqoriyalı yorğa yarışları keçirildi

Güləş
Bu gün, 10:40

İki qızıl medalla Azərbaycan üzgüçüləri Macarıstan Kubokunda qələbə qazandı

Futbol
Bu gün, 10:34

“Sabah” və “Şamaxı” Zəfər turunu yekunlaşdıracaq

Digər
Bu gün, 10:29

Azərbaycan kayakçılarının və kanoeçilerin Batumda beynəlxalq super sprintdə mükafatlar qazanması

Futbol
Bu gün, 10:25

Qubadlıda futbolun zafər sevincinə təsiri: Döyüşçü Araz Balayevin xatirələri

Futbol
Bu gün, 10:12

Manchester United 40 ildən sonra antirekordunu təkrarladı

Futbol
Bu gün, 10:06

Lionel Messi, MLS-in müntəzəm mövsümündə 26 qol vuraraq Qızıl buts mükafatını qazandı

Futbol
Bu gün, 10:00

Eşqin Əhmədov: Milliyə dəvət və debut gözləntiləri

Boks
Bu gün, 09:56

Şara Bullet və Adesanya 5 dekabrda Səudiyyə Ərəbistanında UFC Fight Night-də görüşəcək

Digər
Bu gün, 09:45

Trump, UFC prezidenti Dana White-a Ağ Evdə yüksək vəzifə təklif etdi

Futbol
Bu gün, 09:33

İmişli və Sumqayıt Yevlaxda son oyununda xallıq fərqini görəcək

Futbol
Bu gün, 09:30

Nadir Nəbiyev AFFA baş katibi ilə dörd rayonda futbol infrastrukturu yoxladı

Boks
Bu gün, 09:27

İstanbulda Murad Əliyev qazanan boksçusu fanlar tərəfindən hücum edildi

Minifutbol
Bu gün, 09:22

Azərbaycan futzal milli komandası Latviya ilə qarşılaşacaq: ilk qalibiyyət üçün mübarizə

Futbol
Bu gün, 09:16

Avropada 28 futbol mübarizəsi: Barselona, Liverpul, Yuventus və digər böyük klublar

Futbol
Bu gün, 09:08

Valverde: 62%-i uzaqdan qollar vurur

Futbol
Bu gün, 09:00

Bayquşlar Şamaxını qarşılaşacaqlar

Futbol
Bu gün, 08:40

UEFA, Arsen Vengeri FIFA prezidenti namizədi olaraq dəstəkləmək istəyir

Oxşar xəbərlər