top
Vüqar Mustafayev: Son oyunlar Qarabağın daha da böyüməsinə səbəb olacaq Idman.biz
26 fevral 2026, 15:40
- ↺ +

Vüqar Mustafayev: "Son oyunlar "Qarabağ"ın daha da böyüməsinə səbəb olacaq"

" Çempionun kim olacağını demək üçün tezdir. "Qarabağ" ÇL-də mübarizəni dəyandırdı, artıq bütün diqqəti ölkə çempionatına və kuboka yönəldəcəklər".

Bunu "Qarabağ"ın sabiq yarımmüdafiəçisi Vüqar Mustafayev futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında "Nyukasl"a 2:3 hesabı ilə uduzdu. Keçmiş komandanızın sərgilədiyi oyunu necə şərh edərdiniz? İngiltərədən heç-heçə ilə qayıtmaq üçün nə çatışmadı?

– Əvvəla, Azərbaycanı Çempionlar Liqası kimi böyük turnirdə layiqincə təmsil etdiklərinə, azarkeşlərə o həyəcanı yaşatdıqlarına görə "Qarabağ" klubunda əziyyəti olan hər kəsə həm təşəkkür, həm də təbrik düşür. Oyuna gəldikdə isə "Nyukasl" cütün taleyini artıq Bakıdakı görüşdə həll etmişdi. Cavab matçının əvvəlində buraxılan iki topa baxmayaraq, komandamız sınmadı, təslim olmadı. "Qarabağ"ın bu duruşu mənim ürəyimcə oldu. Bakıdakı oyunla müqayisədə cavab görüşündə komanda daha inamlı idi. Ümumilikdə "Qarabağ" yaxşı mübarizə apardı, rəqibə çətinliklər yaşatdı. Düşünürəm ki, "Nyukasl" həm individual cəhətdən, həm də keyfiyyət və sürətdə daha üstün idi.

– "Nyukasl"la cavab qarşılaşmasında "Qarabağ"ın heyətində ən çox kimin oyununu bəyəndiniz?

– Elvin Cəfərquliyevi deyərdim. Hücumların qurulmasında aktiv iştirakına, gediş-gəlişlərinə, komandanın ritmini yüksək tutmağa çalışmasına görə onun adını çəkdim.

– "Qarabağ"ın bu mövsüm Çempionlar Liqasındakı ümumi performansını necə şərh edərdiniz?

– Qurban Qurbanov demişkən, çox böyük təcrübə qazandılar. Əsasən də, son oyunlar komandanın daha da böyüməsinə səbəb olacaq.

– "Qarabağ"ın qarşıdakı illərdə bundan da yaxşı uğura imza atacağını gözləyirsiniz?

– Dediyim kimi, bu mövsüm böyük təcrübə qazanıldı. Fikrimcə, gələcək illərdə daha yaxşı nəticələrə və uğurlara imza atılacaq.

– Çempionlar Liqasında mübarizəni dayandıran "Qarabağ" Azərbaycan Premyer Liqasında "Sabah"ın üstünlüyünü aradan qaldıra biləcəkmi? Kimin mövsümü çempion kimi bitirəcəyini düşünürsünüz?

– Çempionun kim olacağını demək üçün tezdir. "Qarabağ" ÇL-də mübarizəni dəyandırdı, artıq bütün diqqəti ölkə çempionatına və kuboka yönəldəcəklər. "Sabah" da bu sezon çempionluq üçün yetərincə iddialıdır, göstərdikləri oyun və nəticələr buna sübutdur. Həqiqətən də yaxşı komanda formalaşıb. Bu turda "Qarabağ" "Sabah"la üz-üzə gələcək, nəticə hər iki komanda üçün önəmli olacaq. Həm "Qarabağ", həm "Sabah", həm də digər klublarımız üçün çempionatın son dövrəsi həlledici və gərgin keçəcək.

– Nəriman Axundzadə bu yaxınlarda ABŞ klubuna keçdi. "Qarabağ"ın başqa hansı futbolçularının tezliklə xarici klublara transfer olunacağını fikirləşirsiniz?

– Nəriman istedadlı futbolçudur, ona uğurlar arzulayıram. Ümid edirəm ki, Amerikada hər şey onun üçün yaxşı olar, öz potensialını daha da yaxşılaşdırar. Son zamanlardakı tənqidlər və təzyiqlər Nərimanın performansına təsir edirdi. İnşallah, orada bu tənqid və təzyiqdən uzaq olar. Ehtimal edirəm ki, ÇL-dəki uğurlu mövsümdən sonra "Qarabağ"ın bir çox oyunçusunun təklifi var və ya olacaq. Amma konkret kimlərin gedəcəyini demək mənim üçün çətindir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər