top
Vüqar Əsgərov: Futbol oynayanda öz-özümə düşünürdüm: bu nə vaxt bitəcək? Idman.biz
10 noyabr 2025, 12:06
- ↺ +

Vüqar Əsgərov: "Futbol oynayanda öz-özümə düşünürdüm: bu nə vaxt bitəcək?"

Peşəkar futbolçu Vüqar Əsgərov Sumqayıt şəhərində doğulub. O, uşaqlıqdan Latviyada böyüyüb və idman karyerasının böyük hissəsini orada keçirib.

2011-ci ildə Azərbaycan millisinin seçim təlim-məşq toplanışında iştirak edib və sonrakı illərdə dəfələrlə yığmaya çağırılıb. Əsgərov ölkədə "Sumqayıt", "Araz-Naxçıvan" və "Zirə" klublarında çıxış edib. Lakin doğma ölkədə karyerası uğurlu alınmadığından yenidən Latviyaya qayıdıb və orada oyunçu kimi fəaliyyətini davam etdirib.

Artıq təxminən beş ildir ki, o, peşəkar futboldan uzaqlaşıb və bütün diqqətini ailəsinə yönəldib.

Vüqar Əsgərov İdman.Biz-lə söhbətində Azərbaycan futbolunda keçirdiyi illəri xatırlayıb və Latviyadakı həyatından danışıb.

- Latviyaya necə gəldiniz?

- Uşaqlıqdan Latviyada yaşayıram. Atam hələ Sovet dövründə bura köçüb. Mən isə Azərbaycanda - Sumqayıtda doğulmuşam. Valideynlərim istəyiblər ki, uşaqları məhz Sumqayıtda dünyaya gəlsin. Onlar "Nasosnı"da (Hacı Zeynalabdin qəsəbəsi - red) böyüyüblər. Mən bir yaşım olanda ailəmizlə birlikdə Latviyaya köçdük və orada qaldıq. Amma anamla atam pensiyaya çıxandan sonra yenidən Azərbaycana qayıdıblar.

Beləliklə, futbolla Latviyada məşğul olmağa başladım. Düz yadımdadırsa, o vaxt təxminən doqquz yaşım var idi. Liepaya şəhərinin "Metallurq" klubunun uşaq məktəbində məşq edirdim.

- Ailənizdə futbolla məşğul olan olubmu?

- Atam əlbəttə, dostları ilə bir yerdə, "Nasosnı"da və ya Sumqayıtda hobbisi kimi futbol oynayırdı. Amma ailəmizdə peşəkar futbolçu olan ilk şəxs mənəm.

- Azərbaycan futboluna necə yolunuz düşdü?

- Məni seçim toplanışına dəvət etdilər və orada yaxşı təsir bağışladım. Xatırlayıram, bir yoxlama oyununda qol da vurmuşdum. Bundan sonra əsas milli komandaya çağırıldım. Yığmada sonuncu oyunum 2013-cü ildə olub, yadımdadır, rəqib Malta idi. O görüşdə 15 dəqiqə meydanda oldum.

Azərbaycan çempionatında da oynamışam. 2013-cü ildə mənim çıxış etdiyim Liepaya "Metallurq" klubu maliyyə problemləri yaşayırdı və iflasın astanasında idi. O vaxt Azərbaycanlı menecer mənimlə əlaqə saxladı və "Sumqayıt"a keçməyi təklif etdi. Təxminən dörd ay orada oynadım. Sonra "Araz-Naxçıvan" və "Zirə" klublarının da heyətində çıxış etdim. Sonda yenidən Latviyaya qayıtdım.

- Azərbaycanda karyeranız niyə alınmadı?

- Açığı, orada oynamaq mənim üçün çətin idi. Futbolun səviyyəsi yüksək idi, klubların maliyyə imkanları yaxşı, legionerlər isə çox güclü idi. Millidə də hücumçular o vaxt mənim üçün ciddi rəqiblər idi. Amma Latviyaya qayıdandan sonra mövsümün ən yaxşı futbolçusu seçildim. Bu fakt Azərbaycan və Latviya futbolu arasındakı fərqi açıq şəkildə göstərir.

Amma taleyə minnətdaram ki, Azərbaycan millisinin formasını geyinmək qismətim oldu. Bu, böyük şərəf idi. O dövrü həmişə xoş xatirələrlə yada salıram. Üstəlik, mən yığmaya əfsanəvi Berti Foqtsun baş məşqçi olduğu vaxt düşmüşdüm. Onu ilk dəfə görəndə belə mütəxəssislə eyni məkanda olmağıma inana bilmirdim. Millidə çox oyun keçirməsəm də, vətən uğrunda meydana çıxmağın nə demək olduğunu hiss etdim və bununla qürur duyuram.

- Sizə heç Latviya millisində oynamaq təklif olunubmu?

- Xeyr, belə söhbət olmayıb. Mənim Azərbaycan pasportum var idi və indi də elədir. Latviya klublarında çıxış etsəm də, həmişə legioner sayılmışam.

- Bu illər ərzində Latviya vətəndaşlığı almağı düşünmüsünüzmü?

- Xeyr, belə bir istək heç vaxt olmayıb. Mən tez-tez Azərbaycana uçuram, Azərbaycan pasportu ilə bu, mənim üçün daha rahatdır. Onu başqa pasporta dəyişməyə heç ehtiyac görmürəm və bu barədə düşünməmişəm də.

- Futbola qayıdaq. Hazırda Azərbaycan və Latviya çempionatlarının səviyyəsini necə müqayisə edərdiniz?

- Mən futbola gəldiyim vaxt Latviya millisində İlmars Verpakovskis kimi oyunçular çıxış edirdi. 2004-cü ildə Latviya ilk dəfə Avropa çempionatına vəsiqə qazanmışdı. Amma sonradan nəsil dəyişdi və 2009-cu ildə mən yüksək liqada çıxış etməyə başlayanda vəziyyət artıq pisləşmişdi.

Hazırda məncə, Azərbaycan çempionatı Latviyanınkından xeyli güclüdür. Beş il əvvəl Latviya liqası bir qədər balanslı idi - çempionluq uğrunda 4-5 klub mübarizə aparırdı. İndi isə yalnız iki güclü komanda qalıb - "RFS" və "Riqa". Onların səviyyəsi təxminən "Araz-Naxçıvan"a uyğundur, amma "Qarabağ"dan hələ çox uzaqdırlar.

- Bəs sizcə, Latviyada çempionatın səviyyəsi niyə aşağı düşüb?

- Ola bilsin, səbəb maliyyə imkanlarıdır. Bəlkə də oyunçuların səviyyəsi bir qədər geriləyib. Düzü, bu məsələlərə çox maraqlanmıram, çünki artıq Latviya futbolunu yaxından izləmirəm.

- Amma Azərbaycan futbolunu izləyirsiniz?

- Bəli! Evdə bütün Azərbaycan kanallarım var, ona görə də klublarımızın oyunlarını izləyirəm. Görünür, çox şey dəyişib: meydanlar, infrastruktur yaxşılaşıb, yeni stadionlar tikilir, gənclər fəal inkişaf edir. Arzulayıram ki, bu inkişaf davam etsin.

Klublar arasında ilk növbədə "Qarabağ"ı izləyirəm, xüsusən də onların Çempionlar Liqasındakı oyunlarını. "Sabah"ı da dəstəkləyirəm. Baş məşqçiləri – litvalı Valdas Dambrauskasla tanışam. O vaxt Latviya "RFA" klubunun başında idi, mən isə onun komandasına qol vurmuşdum.

- Sizcə, "Sabah" gələcəkdə "Qarabağ"a rəqib ola bilərmi?

- Qurban müəllim komandasını illər ərzində formalaşdırıb. Hətta Latviyada da "Qarabağ"ı və Qurban Qurbanovu tanıyır, hörmət edirlər. Yaxınlarda dostlarım "Çelsi" - "Qarabağ" oyununa baxmaq üçün bara getmişdilər və "bizimkiləri" dəstəkləmişdilər. Yəni "Sabah"ın həmin səviyyəyə çatması üçün hələ çox yol keçməsi lazımdır.

Amma nəzərə alsaq ki, "Qarabağ" indi bütün diqqətini Avropa Liqasına yönəldib, bəzən daxili çempionatda arxayınlaşa bilər. Bu zaman "Sabah" kimi komandalar şansdan yararlana bilər.

- Bəs millinin oyunlarını izləyirsinizmi?

- Düzünü desəm, o qədər də yaxından yox. Amma milli Latviyaya gələndə azərbaycanlı nümayəndə heyəti mənimlə əlaqə saxladı, uşaqlarla görüşmək üçün məni dəvət etdilər. Çox səmimi görüş oldu.

Əsas sevindiyim odur ki, millinin başında indi Ayxan Abbasovdur. Həmişə demişəm, yerli mütəxəssislərə şans vermək lazımdır. Robert Prosineçki və Canni De Byazidən sonra uzun müddət komandaya azərbaycanlı ruhunu hiss etdirən məşqçi gəlməmişdi. İndi hər şeyin doğru istiqamətdə getdiyini düşünürəm. Ukrayna ilə oyun da layiqli alındı - komanda mübarizə apardı, ruh hiss olunurdu. Uşaqlara növbəti matçlarda uğurlar arzulayıram.

- Təxminən beş il əvvəl karyeranızı bitirdiniz. Futbolu tərk etmək çətin olmadı?

- Xeyr, buna hazır idim. Gənc, iddialı futbolçular meydana çıxanda rəqabət səviyyəsi dəyişir. Amma etiraf edim ki, hələ 35 yaşımda olarkən də Latviya çempionatında ayın ən yaxşı futbolçusu seçilirdim. "Dauqavpils"də keçirdiyim son üç ili (2018–2020) karyeramın ən parlaq dövrü sayıram. Amma illər keçdikcə oynamaq çətinləşirdi. Başa düşürdüm ki, bu işi nə vaxtsa bitirmək lazım olacaq. Pandemiya başlayanda hər şey öz-özünə uyğun şəkildə yekunlaşdı.

- Bu qədər il futbolda olmağınız indi həyatınıza təsir edibmi?

- Deyə bilmərəm. Heç bir xüsusi imtiyazım yoxdur. Əlbəttə, bəzən küçədə tanıyıb yaxınlaşanlar olur, bu, xoşdur. Amma artıq futbol həyatı yaşamıram. Düzünü desəm, stadiona da getmirəm. Sonuncu dəfə Azərbaycan millisi Latviyaya gələndə olmuşdum, vəssalam. Bəlkə də sadəcə, futboldan yorulmuşam. Məşqçi kimi işləmək də məni maraqlandırmır, baxmayaraq ki, C kateqoriyalı məşqçi lisenziyam var. Bəzən sadəcə həvəskar liqalarda zövq üçün oynayıram.

- Karyeranı bitirəndən sonra nə ilə məşğul oldunuz?

- Artıq özümü hazırlamışdım, ona görə də "indi nə edəcəyəm" kimi narahatlıq yaşamadım. Çoxdan özümə qəlyan barı açmaq ideyam var idi. Azərbaycanda belə məkanlar populyardır, düşündük ki, bənzərini burada da yaradaq. İndi Latviyanın bir çox şəhərlərində azərbaycanlılar bu tip yerlər açıb.

Bundan əlavə, tam olaraq ailə həyatına yönəldim. Futbol oynayanda hər şey planlı olurdu: məşqlər, toplanışlar, oyunlar... Gənclikdə bu, zövqlüdür, amma yaş artdıqca çətinləşir. Bəzən öz-özümə düşünürdüm: "Bütün bunlar nə vaxt bitəcək?" Şəxsi həyata vaxt qalmırdı - hər şey futbol ətrafında fırlanırdı.

- Həyat yoldaşınızla necə tanış olmusunuz?

- Karyeramın sonuna yaxınlaşdığım vaxt tanış olmuşuq. Təsadüfən, hansısa kafedə. Açığı, detalları çox xatırlamıram. Sadəcə söhbət etdik, sonra münasibət başladı. İndi isə ailəmiz var, qızımız böyüyür - tezliklə bir yaşı olacaq. Hər şey sakit və qaydasındadır. Əvvəllər həyat məşqlər və oyunlardan ibarət idi, indi isə iş və ailədir.

- Xanımınız latviyalımıdır?

- Bəli.

- Azərbaycanda olubmu?

- Əlbəttə. Hətta bu il ilk dəfə qayınanamı da apardım. May ayında Bakıda idik, o, çox bəyəndi. Ümumiyyətlə, kim Bakıya gəlirsə, hamı heyran qalır.

Mən özüm də ildə bir neçə dəfə vətənə gedirəm. Valideynlərim orada yaşayır və Azərbaycana olan sevgim heç vaxt sönmür. Azərbaycan, oranın yeməklər, insanlar, ab-hava. Düzü, mən istirahət üçün Dubaya və ya Parisə deyil, Bakıya getməyi üstün tuturam. Mənim üçün dünyanın ən gözəl şəhəri Bakıdır. Azərbaycanda hər şey başqadır - təbiət, meyvələr. Amma Latviya da mənim ikinci vətənimdir, sevdiyim, böyüdüyüm və futbol həyatımın keçdiyi ölkədir.

- Latviyada azərbaycanlı diasporası böyükdürmü?

- Bəli, kifayət qədər böyükdür. Tələbələr, iş adamları çoxdur. Biz bir-birimizlə əlaqə saxlayır, görüşürük. Yaxınlarda azərbaycanlı dostumla "Qarabağ" - "Çelsi" oyununa baxdıq, böyük zövq aldıq.

- Hazırda Latviyada peşəkar azərbaycanlı futbolçular varmı?

- Bildiyim qədərilə, yoxdur.

- Sonda: özünüzü daha çox azərbaycanlı, yoxsa latviyalı hiss edirsiniz?

- Qəti şəkildə azərbaycanlı. Amma təbii ki, Latviya da mənə təsir edib. Desəm ki, "mən avropalı azərbaycanlıyam", səhv olmaz (gülür).

Leyla Eminova

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:30

Azərbaycan Kubokunun II mərhələsində cəzalar və cərimələr təyin edildi

Futbol
Bu gün, 15:29

Barselonada dörd müdafiəçi zədəli, Hans-Diter Flik məlumat verdi

Futbol
Bu gün, 15:20

Asiya Kubokunun keçirilmə vaxtı 2027-ci ilin sonundan 2028-ci ilin başlanğıcına dəyişdirilib

Digər
Bu gün, 15:20

Kolbi Kovinqton UFC çempionu İslam Mahaçevin karyerasını başa vurmağı məsləhət gördü

Futbol
Bu gün, 15:01

Barselona, Aston Villa futbolçusu Joan Manzambi-yə maraq göstərir

Futbol
Bu gün, 15:00

Roma, Brahim Diaza görə lazımi təzminatı ödəməyə hazır: Transfer planları

Voleybol
Bu gün, 14:54

Çempionlar Liqasında Azərbaycan təmsilçiləri: "Xilasedici" debüt edir, "Turan" isə əsas mərhələ uğrunda savaşır

Olimpiada
Bu gün, 14:45

İkiqat Olimpiya çempionu Yelena İsinbayeva bank hesabı yenidən bloklanıb

Futbol
Bu gün, 14:40

Eneri Keyn: "Bavariya"ya keçmək karyeramda mühüm addım oldu

Futbol
Bu gün, 14:24

İspaniyada "Tenerife" hücumçusu Xesus de Miguel ağır zədə alaraq vəfat etdi

Futbol
Bu gün, 14:20

"Sabah"ın "Vikinq"ə qarşı Çempionlar Liqası görüşündə anşlaq olacaq

Futbol
Bu gün, 14:09

Kriştianu Ronaldu Junior ilk dəfə Portuqaliyanın U-17 millisinə dəvət alıb

Güləş
Bu gün, 14:06

Arseni Çoyev noyabr 2026 reytingində birinci pillədə

Futbol
Bu gün, 14:01

Azərbaycan hakimləri UEFA Avropa Liqasının 4-cü tur oyunlarında rəhbərlik edəcək

Futbol
Bu gün, 14:00

Teneifefin futbolçusu Xesus de Miçel Alameda müalicə aldığı xəstəxanada dünyasını dəyişib

Futbol
Bu gün, 13:55

Gökdeniz Karadeniz: Azərbaycan futbolunda yaşanan inkişaf və Kurban Berdiyevin hamısı

Digər
Bu gün, 13:48

NFL matçında atəşfəşanlıq helikoptere tuş gəldi - VİDEO

Futbol
Bu gün, 13:41

Arteta futbolçularını sınağa çəkdi: Arsenal məşqçisinin maraqlı hiyləsi

Voleybol
Bu gün, 13:40

"Xilasedici" CEV Çempionlar Liqasında "Sportinq"ə qarşı mübarizəyə başlayır

Futbol
Bu gün, 13:26

UEFA Çempionlar Liqasının 4-cü turu: Doqquz qarşılaşma, favoritlər və tarixi rekordlar

Futbol
Bu gün, 13:20

Manchester United, Unai Emery'i potensial baş məşqçi kimi nəzərdə tutur

Futbol
Bu gün, 13:00

Samir Abasov: 'Sabah' 'Vikinq'ə öz oyununu qəbul etdirə bilsə, qələbə qazanacaq

Futbol
Bu gün, 13:00

Mahmud Qurbanov: "Kəpəz"in uğurlarında azarkeşlərinə dəstəyinin birbaşa rolu var

Futbol
Bu gün, 12:58

AFC 2027-ci il Asiya Kubokunun yeni tarixini 23 dekabr 2027 - 21 yanvar 2028 müəyyən etdi

Oxşar xəbərlər