"Samir Abasov Azərbaycanın ən yaxşı məşqçilərindən biridir. Ötən mövsüm komandaya sonradan qoşuldu. İkinci ilində istədiyi transferləri reallaşdırıb, komandanı gücləndirəcək".
İdman.biz xəbər verir ki, bu sözləri Futbolxeber.az-a açıqlamasında "Neftçi"nin sabiq müdafiəçisi Vojislav Stankoviç deyib.
O, keçmiş komandasının yaxşı nəticələr qazanmasını arzuladığını bildirib: "Yeni mövsümdə Samir Abasova və "Neftçi"yə uğurlar arzulayıram. Çox istərdim ki, komanda yaxşı nəticələr qazansın. "Neftçi" çempionluq uğrunda mübarizə aparmalıdır".
Stankoviç qeyd edib ki, yeni transferlər komandanı gücləndirəcək: "Bilirəm ki, artıq yay fasiləsində heyətə bir neçə yeni futbolçu cəlb olunub. Onlar komandaya kömək olacaqlar. Samir Abasov möhkəm komanda quracaq və çempionluq uğrunda mübarizə apacaq. Bunun öhdəsindən gəlib-gəlməyəcəyini birgə görəcəyik. Çox istərdim ki, "Neftçi" bunu bacarsın və yenidən çempion olsun".
Qeyd edək ki, Vojislav Stankoviç 2021-ci ildə "Neftçi" ilə birgə çempion olub.
İdman.biz