top
Vladislav Veremeyev: Mikels mənim səhvimə görə fərqləndi, üzr istəyirəm Idman.biz
25 avqust 2025, 16:25
- ↺ +

Vladislav Veremeyev: "Mikels mənim səhvimə görə fərqləndi, üzr istəyirəm"

"Şamaxı"nın ukraynalı müdafiəçisi Vladislav Veremeyevin futbolinfo.az saytına müsahibəsi

– "Sabah"la ev oyununda xal qazana bilmədiniz. Nəticəni necə şərh edərdiniz?

– Bu, cari mövsümdə ilk ev oyunumuz idi. Azarkeşlərimizi sevindirmək istəyirdik. Amma təəssüf ki, bunu bacarmadıq.

– Məğlubiyyətdə erkən qol rol oynadımı? 1-ci dəqiqədə qol buraxdıqdan sonra komandada ruh düşkünlüyü yarandı?

– Təbii ki, təsiri oldu. Lakin oyuna qayıda bildik. Bu, futboldur, hər şey bir dəqiqədə dəyişir. İstənilən vəziyyətdə həvəsdən düşmək olmaz, sonuna qədər oynamaq lazımdır. Düzdür, "Sabah"la ev görüşündə uduzduq. Ancaq mövsüm uzundur və biz növbəti matçlarda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik.

– "Sabah"ın hücumçusu Coy-Lens Mikels bu görüşdə 2 qol vuraraq komandasının qələbəsində mühüm rol oynadı. Yeri gəlmişkən, ilk qol zamanı sizi qabaqlayaraq fərqləndi. Mikelsə qarşı oynamaq çox çətindir?

– Düz qeyd etdiniz, birinci qolda mənim səhvim oldu. Mikels həmin anda məndən tez davrandı. Daha çevik hərəkət etməliydim. Həmin səhvə görə komandamızdan və azarkeşlərimizdən üzr istəyirəm. Mikelsə gəlincə, o, çox yaxşı futbolçudur. Amma həmin anda mən səhv etdiyim üçün fərqləndi.

– "Şamaxı" ikinci hissədə daha yaxşı təsir bağışladı. Fasilədə baş məşqçi Ayxan Abbasov siz futbolçulara nə dedi, hansı tapşırıqları verdi ki, ikinci yarıda daha yaxşı oyun göstərən "Şamaxı" gördük?

– Deyə bilərəm ki, məşqçi bizi ruhlandırdı, bizə lazım olanları dedi. Nəticədə fasilədən sonra daha aqressiv oynamağa başladıq.

– Növbəti turda "Sumqayıt"ın qonağı olacaqsınız. Rəqibin iki turdan sonra maksimum xal toplaması sizi qorxutmur? Şansları necə dəyərləndirirsiniz?

– Biz hər rəqibə hörmətlə yanaşırıq. "Sumqayıt" yaxşı komandadır. Hər oyuna son matç kimi çıxmalıyıq, yalnız o zaman nəticə olacaq.

– Hələlik yayda edilən transferlərdən Karim Rossi və Dioqo Balau daha aktiv görünür. Onlar və digər yeni transferlər komandanıza əlavə güc qata biliblər?

– Yeni oyunçularımız tədricən çempionata alışırlar. Azərbaycan çempionatı çox yaxşıdır. Bu mənada, təzə gələnlərin liqaya uyğunlaşması lazımdır. Əminəm ki, mövsüm ərzində hər biri özünü çox yaxşı göstərə biləcək.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər