Polşanın "Visla" klubunun əsas investoru Tomaş Kokosinski Krakov şəhərində restorana baş çəkdikdən sonra dünyasını dəyişib.
"Report" "wiadomosci.radiozet.pl"a istinadən xəbər verir ki, iş adamı klubda 5 milyon dollarlıq pay almaq üçün Krakov şəhərinə gəlib.
O, iyunun 4-də restoranlardan birinə şam yeməyinə gedib və orada qidadan boğulub. Zərərçəkmiş hipoksiya və beyin ölümü səbəbindən ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
İyunun 10-da isə T.Kokosinskinin ölümü qeydə alınıb.