"Real" Çempionlar Liqasının IV turunda "Milan"a uduzub – 1:3. Sport24.az xəbər verir ki, Madrid təmsilçisinin yeganə qolunu 23-cü dəqiqədə Vinisius Junior vurub.
Braziliyalı hücumçu bununla da turnirdə son iki mövsümdə vurduğu qolların sayını 10-a çatdırıb (6-sı keçən mövsüm).
Turnirdə son iki mövsümdə 10 və daha çox qol vuran digər futbolçu isə "Bavariya"lı Harri Keyndir. İngiltərəli hücumçu 2023/24 mövsümündə 8, bu mövsüm isə 5 qola imza atıb.