"Real" Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda "Milan"a uduzub – 1:3. Sport24.az xəbər verir ki, görüşün 70-ci dəqiqəsində madridlilərin hücumçusu Vinisius Junior sarı vərəqə ilə cəzalanıb.
AS nəşri braziliyalı futbolçuya rəsmi xəbərdarlıq edilməsinin səbəbini açıqlayıb.
Belə ki, oyunun gedişində Vinisius baş hakimə bir neçə dəfə irad bildirib. Hücumçu daha sonra referi Slavko Vinçiçə "dəli" deyib və buna görə sarı vərəqə ilə cəzalanıb.