"Real"ın hücumçusu Vinisius Junior "Qızıl top" mərasiminə niyə getmədiyini açıqlayıb. Sport24.az xəbər verir ki, braziliyalı futbolçu bu barədə "Mundo Deportivo"ya açıqlama verib.
"Qızıl top"? Klub məndən mərasimə getməməyi və Madriddə qalmağı xahiş etdi. Onların dediklərini etmişəm".
Qeyd edək ki, Vinisius 2018-ci ilin yayından "Kral klubu"nun formasını geyinir. 24 yaşlı forvard "Real"ın heyətində bütün turnirlərdə ümumilikdə 300 oyunda 102 qol vurub və 76 məhsuldar ötürmə edib.