Braziliya yığmasının sabiq futbolçusu Villianın yeni klubu müəyyənləşib.
"Report" xəbər verir ki, 37 yaşlı vinger ölkəsinin təmsilçisi "Qremio" ilə anlaşıb.
Bu barədə klubun mətbuat xidmətindən bildirilib. Onunla 2025/2026 mövsümünün sonuna qədər müqavilə imzalanıb.
Təcrübəli futbolçunun son klubu "Fulhem" (İngiltərə) olub. O, sözügedən komandada meydana çıxdığı 10 oyunda məhsuldar fəaliyyət göstərməyib.
Qeyd edək ki, karyerası ərzində Rusiyanın "Anji", İngiltərənin "Çelsi", "Arsenal", Yunıstanın "Olimpiakos" və Braziliyanın "Korintians" klublarında çıxış edib.
Braziliya millisi transfer "Qremio" klubu Villian