top
Vild-Donald Gerye: “Azərbaycan millisi qələbə qazanmaq istəyirsə, çox çalışmalı olacaq” Sport24.az
22 mart 2025, 13:40
- +

Vild-Donald Gerye: “Azərbaycan millisi qələbə qazanmaq istəyirsə, çox çalışmalı olacaq”

Azərbaycan milli komandası 2025-ci ildə ilk oyununu bu gün Haiti yığmasına qarşı keçirəcək. Müxtəlif illərdə azsaylı haitili futbolçu Azərbaycan Premyer Liqasında çıxış edib. Onların içində ən tanınmışı və uğurlusu, şübhəsiz ki, Vild-Donald Geryedir.

 

Ölkəmizdə daha çox "Qarabağ"ın heyətindəki yüksək səviyyəli çıxışı ilə yadda qalan 35 yaşlı müdafiəçi, həmçinin "Neftçi" və "Zirə"nin də formasını geyinib.

 

Gerye Haiti millisinin heyətində 59 oyun keçirib, 10 qola imza atıb. 2023-cü ildən bəri yığmaya çağırılmayan sol cinah oyunçusu AFFA-nın mətbuat xidmətinə müsahibəsində qarşıdakı yoldaşlıq görüşü barədə fikirlərini bildirib. O, Azərbaycanda keçirdiyi illəri də yada salıb.

 

- Azərbaycan və Haiti milliləri arasında keçiriləcək yoldaşlıq oyunu barədə nə deyə bilərsiniz?

- Çox sevinirəm ki, millimiz mənə doğma olan Azərbaycan kollektivi ilə qarşılaşacaq. Bizim çox yaxşı futbolçularımız var. İndiki məqamda demək olmaz ki, hansı komanda güclü, hansı zəifdir. Maraqlı oyun alınacağına şübhə etmirəm. Matçın hansı axarda keçəcəyini, necə nəticələnəcəyini təxmin etmək çətindir. Azərbaycan millisi qələbə qazanmaq istəyirsə, çox çalışmalı olacaq. Çünki Haiti yığması heç də zəif deyil. Hər iki komandaya uğurlar arzulayıram. Onların ifasında maraqlı oyun izləmək istəyirəm. İnanıram ki, azarkeşlər həmin matçdan zövq alacaqlar. O ki qaldı hansı komandaya azarkeşlik edəcəyimə, hər iki komandanı dəstəkləyəcəyəm. Çünki Haiti də, Azərbaycan da mənim evimdir. Kim qalib gəlsə, onun da uğuruna sevinəcəyəm.

 

- Hər iki komanda DÇ-2026-nın seçmə mərhələsinə hazırlaşır. Bu oyun həm Azərbaycan, həm də Haiti millisinə nə dərəcədə fayda verəcək?

- Fikrimcə, bu qarşılaşmanın Azərbaycan və Haiti yığmalarına faydası böyük olacaq. Qarşıdakı rəsmi oyunlara – dünya çempionatının seçmə mərhələsinə hazırlıq baxımından komandalar uğurlu rəqib seçiblər.

 

- Azərbaycanda "Qarabağ", "Neftçi" və "Zirə"də çıxış etmisiniz. Haiti millisinin heyətində Azərbaycana qarşı oynamaq şansınız olmadığı üçün təəssüflənmirsiniz?

- Buna görə çox təəssüflənirəm. Hətta deyərdim ki, indi millidə olmadığım üçün peşmanam. Yığmada olduğum vaxtlarda Azərbaycana qarşı oynamaq şansım yaranmamışdı. Bu komandalar arasında yoldaşlıq görüşünün keçirilməsi üçün vaxtilə cəhdlər etmişəm. Ancaq bu, çox çətin prosesdir. Qarşıdakı matçda da iştirak edə bilməyəcəyim üçün məyusam.

 

- Oyunu izləmək üçün Azərbaycana gəlməyi planlaşdırmırsınız?

- Təəssüf ki, həmin görüşü Azərbaycanda izləyə bilməyəcəyəm. Buna görə məyusam. Matçı stadiondan izləyənlər arasında olmağı çox istərdim. Şərhçi və ya qonaq qismində ora gəlmək gözəl olardı. Çünki Azərbaycana qayıtmaq mənim arzularımdan biridir. "Qarabağ" klubu inkişafımda böyük rol oynayıb. Həmçinin "Neftçi" və "Zirə"yə, onların azarkeşlərinə də təşəkkürümü bildirirəm. Azərbaycanda bir dəfə ilin ən yaxşı əcnəbi futbolçusu seçilmişəm. Karyeramın ən gözəl anlarını "Qarabağ"da yaşamışam. Orada qazandığımız uğurlar möhtəşəm idi. Futbolçu kimi böyüməyimdə töhfəsi olan Qurban Qurbanova da buradan salamımı göndərirəm. Azərbaycana fərqli mentalitetdən gəlmişdim, xasiyyətimdə də bəzi nöqsanlar var idi. Bu səbəbdən Qurban müəllim ora uyğunlaşmağım üçün mənə güzəştlər etdi. Onun tələbkarlığı həyatımda çox şeyi dəyişdi. Bir neçə dəfə intizamsızlıq etsəm də, baş məşqçi məni bağışlamışdı. Qurban Qurbanov bizə ata kimi idi. Səhvlərimə göz yumurdu, mənə çox dəstək olurdu.

 

- Azərbaycana gələn ilk haitili futbolçulardan birisiniz. Ölkəmizlə bağlı xatirələriniz necədir?

- Azərbaycanda gözəl günlər keçirdim, çox xoşbəxt idim. Orada olduğum illər ərzində heç vaxt nə bir təhlükə, nə də irqçiliklə rastlaşdım. Bu oyunda da feyr-pleyə yüksək səviyyədə əməl olunacağına əminəm. Çünki Azərbaycan xalqından, oradakı azarkeşlərdən daim sevgi, xoş münasibət görmüşəm. Məni darıxmağa qoymurdular. Onların bu rəftarını heç vaxt unutmaram. Azərbaycan daim mənim qəlbimdədir. Əminəm ki, Azərbaycan xalqı, futbol azarkeşləri və yerli federasiya bizim futbolçuları yaxşı şəkildə qarşılayacaqlar. Bu, əsl dostluq oyunu olacaq. Azərbaycan barədə ancaq xoş sözlər deyə bilərəm. Övladım orada dünyaya göz açıb, qonaqpərvər və müasir ölkədir. Azərbaycanda beynəlxalq oyunlar zamanı meydanda və ondan kənarda xoşagəlməz hadisələr yaşanmır. Bu dəfə də neqativ heç nə olmayacaq. Hətta indidən deyə bilərəm ki, haitili futbolçular orada özlərini öz evlərindəki kimi hiss edəcəklər. Bunu onların özlərinə də demişəm. Gözəl ölkəyə gedəcəkləri barədə futbolçularımızı məlumatlandırmışam.

 

- Haiti millisi 2023-cü ilin oktyabrından bəri məğlub olmayıb. Komandanızın yüksəlişdə olması millimizin işini çətinləşdirə bilər?

- Razıyam ki, Haiti millisi hazırda yaxşı formadadır. Ancaq düşünürəm ki, daha yaxşı ola bilərlər. Çünki potensialları bundan da uğurlu nəticələr əldə etməyə imkan verir. Uzun müddətdir müsbət nəticələr qazanırlar, yüksəlişdədirlər. Oyun zamanı bunu özünüz də görəcəksiniz. Əlbəttə ki, Azərbaycan millisi də mübarizə aparacaq, asanlıqla təslim olmayacaq.

 

- Azərbaycan millisinin baş məşqçisi tanınmış portuqaliyalı mütəxəssis Fernandu Santuşdur. Sizcə, o, millimizə uğur qazandıra bilər?

- Fernandu Santuşu çox gözəl tanıyıram. O, dünya futbolunda sözünü demiş mütəxəssislərdəndir, uğurlu fəaliyyətini uzun illərdir həsədlə izləyirik. Onun Azərbaycan millisinə də xeyir verəcəyinə şübhə etmirəm. Sadəcə, bunun üçün zamana ehtiyac var.

 

- Haiti yığmasının heyətində hansı futbolçuları millimiz üçün daha təhlükəli hesab edirsiniz?

- Haiti millisi Frontdi Pyero kimi təhlükəli hücumçuya sahibdir. Düşünürəm ki, komandanız ona qarşı diqqətli olmalıdırlar. O, yüksək səviyyəli futbolçudur, millinin aparıcı üzvlərindən biridir. AEK klubunun heyətində Yunanıstanda çox yaxşı çıxış edir. Həmçinin Rikardo Ade də çox təcrübəli oyunçudur. O isə Ekvador çempionatındakı çıxışı ilə diqqət çəkir. Fiziki cəhətdən çox güclüdür. Onu bu göstəricilərinə görə "Qarabağ"dakı Kevin Medina ilə müqayisə edə bilərəm. Adeni hətta bir neçə il əvvəl "Qarabağ"a məsləhət görmüşdüm. Orta sahədə yer alan Denli Jan-Jakın da adını çəkə bilərəm. Gənc və istedadlı futbolçudur, yarımmüdafiə xəttində önəmli işlər görür. Bir sözlə, Haitinin heyətində çox yaxşı futbolçular var. Gənclər və təcrübəlilərdən ibarət möhkəm kollektiv formalaşıb. Azərbaycanlı futbol azarkeşləri də bunun canlı şahidi olacaqlar. Bəlkə də, bəziləri millimizin potensialının aşağı olduğunu düşünür. Ancaq Haiti yığmasının nəyə qadir olduğunu özünüz görəcəksiniz. Təbi ki, Azərbaycan millisi də keyfiyyətli, rəqibə problemlər yaradacaq futbolçulara sahibdir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Güləş
Dünən, 21:27

Azərbaycan yunan‑Roma güləşi millisinin növbəti təlim‑məşq toplanışı başlayır

Digər
Dünən, 21:19

Elit Polo Club yarımfinala yüksəldi – Sea Breeze 2026 beynəlxalq çimərlik polosu turniri

Futbol
Dünən, 21:10

Sumqayıt 1+2 illik müqavilə ilə Burkina Faso millisinin üzvü Mamadi Banqreyi transfer etdi

Futbol
Dünən, 21:05

Fərid Namazov: “Neftçi” matçda dominant oynadı, ancaq qalib gəlmədi

Futbol
Dünən, 20:21

Vernidub: “Müdafiə çox yersiz iki qol buraxdı, buna görə narahatıq”

Futbol
Dünən, 19:17

İmişli, “Neftçi”ni 3:2 hesabına məğlub etdi

Futbol
Dünən, 17:18

Azərbaycanda Litva-macının biletləri onlayn satışa çıxarıldı

Futbol
Dünən, 15:53

Tibo Kurtua Real Madrid ilə müqaviləsini uzatmaq üçün razılaşdı

Futbol
Dünən, 15:26

“Sabah” Çempionlar Liqası debüt matçında 11 fərqli assosiasiyanı təmsil edən ilk klub oldu

Minifutbol
Dünən, 15:01

“Buxar Sumqayıt” minifutbol komandası Avropa Kubokunun G qrupunda üç rəqib ilə qarşılaşacaq

Boks
Dünən, 12:52

Azərbaycanda 23 yaşadək boksçular Qazaxıstanın Aktau şəhərində beynəlxalq turnirə çıxacaq

Minifutbol
Dünən, 12:35

Çexiya yığması Gürcüstanla yoldaşlıq matçını 2-2 hesabı ilə başa çatdırdı

Futbol
Dünən, 06:34

Harry Kane Çempionlar Liqasında 10-cu sıraya çıxdı

Futbol
Dünən, 06:19

“Sabah” Çempionlar Liqasının ilk turunda 0:4 məğlubiyyəti və 34‑cü yer

Futbol
Dünən, 05:47

UEFA Çempionlar Liqasının ilk turunun həftə oyunçusu üçün dörd namizəd – Rafinya, Ferran Torres, Mark Bartra, Ermedin Demiroviç

Futbol
Dünən, 04:30

Aziz Yıldırım: “İsmail Kartal istefasına baxmayaraq işini davam etdirəcək”

Futbol
Dünən, 02:14

Manchester United baş məşqçisi Michael Carrick: “Sabah” güclü komandadır

Futbol
Dünən, 01:36

Benyamin Şeşko: Sabah qapıçısının irəli çıxması qol üçün əlverişli şərait yaratdı

Futbol
10 sentyabr 2026, 23:57

Chelsea, Barcelona gənc futbolçusu Mark Bernalın transferi üçün mübarizə aparır

Futbol
10 sentyabr 2026, 23:20

Rafael Vieqaş yenidən “İmişli”də imza imzaladı

Futbol
10 sentyabr 2026, 23:00

Elhad Nəziri Gəncəbasarın Xankəndi üzərindəki 2:1 qələbəsini şərh etdi

Futbol
10 sentyabr 2026, 21:26

“Sabah”ın keçmiş məşqçisi Murad Musayevə RPL‑in iyul‑avqust aylarının ən yaxşı məşqçisi mükafatı verildi

Futbol
10 sentyabr 2026, 21:01

Turan Tovuz Aleksa Yankoviçü 3 illik müqavilə ilə transfer etdi

Futbol
10 sentyabr 2026, 20:50

"Zirə" futbol klubu Mərakeşli müdafiəçi Mehdi Mişahşahı 3 illik müqavilə ilə transfer etdi

Oxşar xəbərlər