İngiltərə Premyer Liqası təmsilçisi "Mançester Siti"nin mərkəz müdafiəçisi Viktor Reis icarə əsasında "Jirona"da (İspaniya) çıxış edəcək.
"Report" xəbər verir ki, bu barədə "şəhərlilər"in mətbuat xidməti məlumat yayıb.
19 yaşlı futbolçu 2025/2026 mövsümünün sonuna qədər La Liqada top qovacaq.
Qeyd edək ki, V.Reisin "Mançester Siti" ilə müqaviləsinin müddəti 2029-cu ildə başa çatacaq.