"Sportinq"in hücumçusu Viktor Qyokeres hələ də "Mançester Yunayted"in oyunçusu ola bilər. Sport24.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
İsveçli futbolçu digər klubların marağına baxmayaraq, Mançester təmsilçisinə qoşulmağa hazır olduğunu bildirib. Daha əvvəl onunla "Arsenal"ın maraqlandığı söylənilirdi.
Qeyd edək ki, 27 yaşlı futbolçu ötən mövsüm bütün turnirlərdə 52 oyun keçirib, 54 qol vurub və 13 məhsuldar ötürmə edib. Onun "Sportinq"lə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.