top
Viktor Osimhen: Səfalətdən futbola - Ürək parçalayan hekayə Idman.biz
17 noyabr 2025, 14:43
- ↺ +

Viktor Osimhen: Səfalətdən futbola - Ürək parçalayan hekayə

"Qalatasaray"ın nigeriyalı ulduzu Viktor Osimhenin UEFA-ya verdiyi xüsusi müsahibə futbolçunun indiyədək məlum olmayan həyat hekayələrini üzə çıxarıb.

Sarı-qırmızılıların dünya şöhrətli hücumçusu çətin uşaqlığı, ailəsinin yaşadıqları və İstanbulda gördüyü mənzərə ilə bağlı səmimi açıqlamalar verib.

İdman.Biz xəbər verir ki, UEFA-ya danışan Osimhen keçmişinə və "Qalatasaray"a gəlişinə dair təsirli məqamlardan söz açıb:

"Ailəm və özüm üçün etməli olduğumu etdim. İstanbula gələndə həyatımda belə bir şey görməmişdim. Klubun əməkdaşlarından biri mənə "Çölə çıxanda çoxlu insan görəcəksən" dedi. Mən də soruşdum: "Necə yəni? Məni gözləyən çoxlu azarkeş var?" Oraya çatanda inanılmaz mənzərəylə qarşılaşdım. Elə bil üzümə təzə bir meh vurdu".

O, İstanbul təcrübəsinin "Qalatasaray"ın böyüklüyünü daha yaxşı anlamağa imkan verdiyini bildirib:

"Qalatasaray böyük klubdur, amma oraya daxil olmayınca nə qədər böyük olduğunu bilmirdim. Tökdüyün hər damla tərin bu forma üçün olduğunu anlamalısan! Sonda "Getmək istədiyim yer, indi isə olmaq istədiyim yer burasıdır" dedim".

"Anam yatdı və bir daha oyanmadı"

Osimhen uşaqlıq illərindən danışarkən ən ağır xatirəsini gizlətməyib:

"Anam çox gənc yaşda vəfat etdi. Qardaşım zəng edib dedi ki, anam yatıb və bir daha oyanmayıb... Çox çətin idi. Futbol mənim və ailəmin səfalətdən çıxması üçün yeganə yol idi."

Hücumçu böyüdüyü mühitin nə qədər ağır olduğunu da təsvir edib:

"Böyüdüyüm yerdə zibillik vardı. Dostlarımla ora gedib ayaqqabı axtarardıq. Sağ ayağa başqa, sol ayağa başqa marka ayaqqabı tapsaq, birləşdirib ertəsi gün oynamaq üçün istifadə edirdik."

"Onu gördüm və gələcəyini anladım"

Osimhenin ilk məşqçisi Paul Erikeve onunla bağlı ilk təəssüratını belə xatırlayıb:

"Onu ilk dəfə 9-10 yaşlarında küçədə oynayarkən gördüm. Hər şeyi görən qartal gözlərimlə dərhal hiss etdim ki, gələcəkdə əla futbolçu olacaq. Onu akademiyama dəvət etdim və o, tarix yazdı".

Bacısı: "O, döyüşçüdür"

Viktorun bacısı isə onun adının belə təsadüfi seçilmədiyini deyib:

"Anam onu dünyaya gətirəndə atam ona "Victory" adını verdi. O, möcüzə uşaq idi. İnsanlar bunu görmür, onun keçdiyi yolu bilmir. Onun nə qədər mübarizə apardığını da bilmirsiniz. Viktor əsl döyüşçüdür."

"Böyük yerlərə gedəcəyəm, amma çox çalışmalıyam"

Osimhen gələcəklə bağlı hədəflərindən də danışıb:

"Gələcəkdə özümü böyük bir yerdə görürəm… Amma çox çalışmalıyam, hər gün özümü inkişaf etdirməliyəm. Əminəm ki, ora çatacağam. Anamın ölümü bu gün də məni yaralayır. Uğrunda fədakarlıq etdiyi şeylərin dadını çıxarmağa ömrü çatmadı…"

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:35

Valdas Dambrauskas “Sabah” komandasını tərk edib “Fənərbağça” klubuna baş məşqçi ola bilər

Cüdo
Bu gün, 01:18

İbrahim Talıbov, Dakarda Azərbaycan üçün ilk qızıl medal qazandı

Futbol
Bu gün, 01:06

Unay Emeri, Barselona qarşısında oynamağından əvvəl Aston Villa futbolçularına xəbərdarlıq etdi

Futbol
Bu gün, 00:51

Jose Mourinho Real Madrid‑in 3‑0 qələbəsindən sonra açıqlama verdi

Digər
Bu gün, 00:31

Konor McGregor son döyüşünü planlayır, karyerasını bitirəcək

Formula 1
Bu gün, 00:18

FIA, Antonelli'nin Meksika Grand Prix'sində çempionluk kubokunu təqdim etmə xahişini rədd etdi

Tennis
Bu gün, 00:06

Karlos Alkaras Vyanada ATP 500 turnirini qazandı, karyerasının 28-ci titulunu əldə etdi

Futbol
Dünən, 23:32

“Qızıl top” mükafatının nəticələrini əvvəlcədən təxmin edənlər 200 min dollar qazandı

Cüdo
Dünən, 23:26

Dakar 2026-da Azərbaycan judoçusu İbrahim Talıbovun ilk qızıl medalı

Futbol
Dünən, 22:57

Zamiq Əliyev Qələbəni Qorudu

Cüdo
Dünən, 22:53

Cüdo millisinin baş məşqçisi: Olimpiya çempionu yetişdirmək mənim üçün böyük uğurdur

Futbol
Dünən, 22:31

Arsenal, Liverpul'u səfərdə 1-0 məğlub edərək Premyer Liqada liderliyini möhkəmləndirdi

Futbol
Dünən, 22:27

Malişeva 0:0-dan sonra birincilik mövqeyini qoruyur

Futbol
Dünən, 21:59

Eldar Tağızadə “Bistritsa”nın “Krşko”ya qarşı qələbəsində qapısını möhürlədi

Futbol
Dünən, 21:57

Premyer Liqada "Kəpəz" "İmişli"ni 1:0 hesabı ilə məğlub etdi - Videoicmal

Qarabağ FK
Dünən, 21:50

Azərbaycan Premyer Liqasının ilk üçdəbir hissəsində əsas beş iddiasının statusu: "Neftçi" liderliyə yüksəlsə də, "Sabah" temp və balansla öndədir

Futbol
Dünən, 21:35

Juventusun səkkiz futbolçusu Napoli ilə qarşılaşmadan məhrum olacaq

Güləş
Dünən, 21:27

Ali Tsokayev dünyəvi çempionatda bürünc medal qazandı

Futbol
Dünən, 21:05

İnter futbolçuları Pavar, Kons, Stounz, Martines və Luis Enrique-ne zədəsindən sağalma tarixi açıqlanıb

Güləş
Dünən, 20:58

İslam Bazarqanov dünya çempionatında medalsız qalır

Futbol
Dünən, 20:48

Zamiq Əliyevin komandası "Eqnatiya" səfərdə "Tiranayı" 2:1 hesabı ilə məğlub edib

Digər
Dünən, 20:43

Vüsal İsgəndərli "Malişeva"nın "Feronikeli-74" ilə 0:0 hesablı heç-heçəyə qalxdığı oyunda start heyətindədən yer alıb

Güləş
Dünən, 20:40

Azərbaycan güləşçisi Ali Tsokayev Astanada keçirilən dünya çempionatında bürünc medal qazanıb

Futbol
Dünən, 20:39

Azər Məmmədov: "Kəpəz"in "İmişli"yə qarşı qəhrəmanlığı və futbolçulara etibarım

Oxşar xəbərlər