"Qalatasaray"ın hücumçusu Viktor Osimhen Çempionlar Liqasının ikinci turunda "Liverpul" üzərində 1:0 hesablı qələbəni şərh edib. Sport24.az xəbər verir ki, nigeriyalı forvard bununla bağlı UEFA-nın rəsmi saytına açıqlama verib:
"bütün gücümüzü meydanda qoymaqla biz çox güclü komandanı məğlub etdik. Matçın ən yaxşısı kimi mən çox xoşbəxtəm. Lakin bu, baş məşqçimiz Okan Buruk da daxil olmaqla bütün komandanın uğurudur".
Qeyd edək ki, bu oyundan sonra "Qalatasaray" 3 xalla liqada 18-ci yerdədir. Aktivində 3 xal olan "Liverpul" isə 16-cıdır. Üçüncü turda "Qalatasaray" "Bodo-Qlimt"lə, "Liverpul" isə Franskfurt "Ayntraxt"ı ilə qarşılaşacaq. Hər iki oyun oktyabrın 22-də baş tutacaq.