top
Vidadi Rzayevdən müsahibə: Şəmkirin icra başçısı mənə qızıl üzük hədiyyə etmişdi Idman.biz
Bu gün, 13:40
- +

Vidadi Rzayevdən müsahibə: Şəmkirin icra başçısı mənə qızıl üzük hədiyyə etmişdi

Azərbaycan futbolunun tanınmış veteranlarından olan Vidadi Rzayev dünən 58 yaşını geridə qoydu. O, karyerası ərzində ölkəmizin "Kəpəz", "Turan Tovuz", "Neftçi", "Şəmkir", "Karvan", "Olimpik Bakı", "Qarabağ", ölkə xaricində də isə Çeçenistanın "Terek Qroznı", İranın "Mes Kerman" və Türkiyənin "Erzurumspor" komandalarında çıxış edib.

Hazırda işsiz olan təcrübəli mütəxəssisin Teleqraf-a müsahibəsi

- Vidadi bəy, 58 yaşınızı necə qeyd etdiniz?

- Düzünü desəm, ad günü keçirməyi çox sevmirəm. Adam yaşlanır... Səmimi desəm, kənddə övladımın evində işlədim, xüsusi qeyd etmədim. Tanışlar yada saldı. Futbolçu dostlarımız, "Neftçi"də məşqçim olmuş Tofiq Mustafayev təbrik etdi. Elə adam var yadına düşməyib, onları da anlayıram. Yadında saxlayanlara isə "çox sağ ol" deyirəm.

- Bəs AFFA-dan təbrik gəldimi?

- Xeyr. Ümumiyyətlə, indiyə qədər AFFA tərəfindən ad günlərimi təbrik edən olmayıb.

- Futbol oynayarkən, məşqçi işləyərkən böyük hədiyyə almısınızmı?

- Sonuncu dəfə təmtəraqlı ad günü "Şəmkir"də (2002-2004) keçirmişəm. O vaxt Şəmkirin İcra başçısı Aslan Aslanov və klubun sponsoru Saşa ləqəbi ilə tanınan Şahbaz Süleymanov məni fərqli şəkildə təbrik etmişdi. Biri qızıl üzük, digəri qızıl bilərzik hədiyyə etmişdi. Allah hər ikisinə rəhmət eləsin, ən yaxşı hədiyyələrim bunlar olub...

- Ad gününüz ərəfəsində indi xatırlayarkən sizin üçün xüsusi önəm kəsb edən hansısa oyun olubmu?

- Düzü, ən pisi hansısa futbolçunun ad günü vaxtı oyuna çıxmağımız idi. Kimin ad günü olur-olsun, heç vaxt düşərli olmazdı... 1996-cı il avqustun 31-də Azərbaycan yığması İsveçrə ilə oynayırdı, 4 gün sonra isə mənim mənim ad günüm idi. 1:0 qalib gəldiyimiz oyundan sonra məni təbrik etdilər. Sonra gəldik "Neftçi"nin bazasına, orada qeyd etdik. Millidə isə heç vaxt ad günüm təmtəraqla qeyd ediləsi ərəfəyə düşməyib.

- 58 yaşınızı futboldan kənarda, işsiz mütəxəssis olaraq qeyd etmək sizi incitmir? Bunu özünüzə qarşı haqsızlıq sayırsız?

- Yox, heç kimdən incimirəm. Haqsızlıq görə-görə gəlmişik. Futbolda düz deyənə qulaq asmırlar. "Adamım yoxdu" deyənlər buradan çıxıb, ora girirlər. Deyirəm, mənim də adamım yoxdu, bəs mən niyə işləmirəm? Təəssüf ki, belədir.

Mən bu vəziyyətə öyrəşmişəm. 55 yaşım olanda soruşdular, niyə işləmirsən? Cavab verdim ki, indiki klub rəhbərlərinin çoxu futbol oynamayıb, amma futbolla oynamağı yaxşı bacarırlar.

- Futbolçu keçmişinizə baxanda hansı səhvinizi özünüzə bağışlamırsınız?

- Xaricdən aldığım təkliflərin heç birini qəbul etməyib Azərbaycandan getmədim. Bəlkə də ən böyük səhvim odur, çünki təkliflərim o qədər idi ki…

- Bir neçə əcnəbi klubda forma geymisiniz axı...

- "Erzurumspor"da legioner həyatı yaşadım. Orada zədələnib 4 ay yaşıl meydançadan kənarda qaldım. Bolqarıstanla yoldaşlıq görüşündə ayaq əzələm qırıldı. Bu dəqiqə hələ də şiş var. Ayağımdakı üç əzələdən biri qırılıb, yoxdur. Dörd ay oynamadığım üçün Türkiyədən qayıdıb "Şəmkir"də çıxış etdim. Oradan da buraxmadılar. Çeçenistan təmsilçisi "Terek"ə getdim.

Azərbaycandan gedəndə dedim, bir də bura qayıtmaram, tüpürüb çıxmışdım. "Turan Tovuz" rəhbərliyi Soçiyə gəldi, qayıtmadım, yenidən Qrozniya gəldilər. Klub rəsmisi Vidadi Əhmədov, valideynlərim də təkid etdilər ki, qayıt, gəl. Azərbaycana qayıtmaq fikrim yox idi, amma valideynlərim əl çəkmədi, döndüm.

Oradan çox yerə gedə bilərdim. İranın "Mes Kerman" klubunda da əsas heyətdə oynamağa qoymadılar. Bir dəfə "Traktor"la oyuna hazırlaşırdıq, Kənan Kərimov solaxay idi, sağdan oynamalı idi. O, hücumçudur, məşqçinin sağdan oynamaq tələbini başa düşmədi. Mən də onun işinə müdaxilə etdim ki, bu cür oynamağını istəyirlər, yəni başa saldım. Ondan sonra baş məşqçi mənimlə prinsipə düşdü. Həmin hadisədən sonra oynadımsa da, əvəzləmədə meydana girirdim. Kənana dedim ki, məni işə sən saldın (gülür).

Düzdür, sonra həmin baş məşqçi çıxıb getdi, amma mən daha o komandada qalmadım. Dedim, nə olsun, burada qalmaram. Azərbaycana qayıtdım, 5-6 ay futbolu atdım.

- 34 yaşdan sonra yenə oynadınız?

- "Neftçi"dən zəng etdilər ki, gəl komandaya kömək elə. O zaman 6-cı yerdə idilər. Dedim, 85 kiloyam, kökəlmişəm. Futbol oynamadığımdan çəki almışdım. Kazbek Tuayev baş məşqçi, Ramiz Mirzəyev isə klub prezidenti idi. Baxan kimi dedilər, sən nə boyda olmusan...

Həmin vaxt milli fasilə idi, dedim, gözləyin, çəkimi salım. 72 kiloqramdan aşağı düşə bilmədim. Bir də baxdım ki, "Kerman"ın yeni baş məşqçisi niyəsə Bakıya gəlib və bizim oyunumuza baxır. Oyundan sonra dedi ki, bunu İrana aparıram. Dedim, bərəkətə and olsun, geri qayıdası deyiləm. Ya burada oynayacağam, ya da futbolu buraxıram.

Sonra "Neftçi" rəhbərliyi dedi, nə qədər pul lazımdır, ödəyib səni qoymayacağıq. Orada qaldım və həmin il də çempion olduq. 2002/2003 mövsümü çempion oldu. 2007-ci ildə də "Azal"da karyeramı bitirdim.

- Bəs sizə vida matçı keçirmədilər?

- Yox. Niyə yalan deyim, keçirmədilər. Nə deyə bilərdim? Kişi kimi oynadıq, kişi kimi də futbolu bitirdik.

- Cavan olsaydınız, indiki dövrdə oynamaq istərdiniz?

- İndi iyrəncliklər çoxdur. Kimisə udsan, neçə min verirlər. O vaxt heç bilmirdik ki, heç-heçəyə nə qədər pul düşür... Belə şey yox idi. Təlim-məşq toplanışı keçirirdik, 70 dollar alırdıq. Onda da ildə bir dəfə təlim-məşq toplanışına getsəydik, böyük şey idi. Ən uzaq getdiyimiz yer Buzovna idi. Nadir hallarda Kiprə, Bolqarıstana gedərdik.

O vaxt çətin dövr idi. Amma bir oyun heç-heçə edirdiksə, 5 oyun udurduq. İndiki milli isə o boyda təlim-məşq toplanışı, yeməkləri, maliyyələri qaydasında olmaqla belə, nəticə qazana bilmir.

Bizi də qınayan tapılar ki, elə də yaxşı uğurlar qazanmamısınız. Amma bizdə maliyyə yox idi, qıtıydı, hazırda maliyyə var, nəticə yoxdur. İndiki vaxtda pul hər şeyi həll edir.

- Hazırkı futbolçularımıza nə arzulayardınız?

- Hər birinə uğurlar! Nə qədər cavandılar, çıxıb xaricdə oynasınlar. Azərbaycan futbolunun vəziyyətini bilirik. Bir belə şərait var, amma barmaqla sayılacaq azərbaycanlı oyunçu xaricdə oynayır. Sonra da deyirik, niyə milli D liqasına düşdü. İnkişaf etmək lazımdır, mən bunu arzu edərdim.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:20

"Şəmkir"də Rüstəm Quliyev köməkçi məşqçi təyin edildi

Futbol
Bu gün, 15:17

Aslan Kərimov: "Çempionlar Liqası transferləri bahalaşdırır, keyfiyyətli oyunçu gətirmək çətindir"

Basketbol
Bu gün, 15:13

"Quba" Mayk Raytla müqavilə imzalayıb

Futbol
Bu gün, 15:00

Luis Freyrenin Azərbaycan matçı öncəsi fikirləri: Qələbə haqda düşünürük

Futbol
Bu gün, 15:00

Saşa Yunisoğlu: Legioner limiti, Santuş, milli komanda və "Qarabağ"ın ÇL-dəki uğuru haqqında

Olimpiada
Bu gün, 14:43

"Koreya Səfiri Kuboku"nda 145 taekvondoçu mübarizə aparacaq

Futbol
Bu gün, 14:43

Altay Bayındır "Trabzonspor"a keçə bilər

Digər
Bu gün, 14:42

Françesko Acerbinin həyat yoldaşı Klaudiya haqqında məlumatlar: tanışlıq, yaş və peşəsi

Cüdo
Bu gün, 14:40

Azərbaycan Milli Taekvondo Komandası "Swiss Open" Turnirində İştirak Edəcək

Basketbol
Bu gün, 14:27

"Ordu" Basketbol Klubunun Hədəfləri: Liqada Birincilik və Kubokda Final

Futbol
Bu gün, 14:12

Vurğun Hüseynovdan İslandiya - Azərbaycan oyunu öncəsi: "Millimizi çox çətin oyun gözləyir"

Futbol
Bu gün, 14:09

Fransa - Lüksemburq U-21 oyunu Lüksemburq yığmasının qəzaya düşməsi səbəbindən təxirə salınıb

Futbol
Bu gün, 14:00

Branimir Subaşiç: Azərbaycan millisi İslandiyanı təəccübləndirməlidir

Futbol
Bu gün, 13:56

Kinqsli Onyeukvu "Sabah"ın maraq dairəsindədir

Basketbol
Bu gün, 13:40

"Lənkəran" Aydın İbrahimovla müqavilə imzaladı

Voleybol
Bu gün, 13:40

Azərbaycan Həndbol Federasiyası: Komandalarımızın təcrübəsi az olduğuna görə xatirə turnirində yüksək yerlər tuta bilmədilər

Basketbol
Bu gün, 13:24

Hüsniyyə Məhərrəmovanın oğlu ABŞ-də basketbol məşqində - VİDEO

Futbol
Bu gün, 13:20

Elçin Məsiyev Litva - Niderland oyununa baş hakim təyin edilib

Futbol
Bu gün, 13:07

Rahid Əmirquliyev: "İslandiya ilə oyunda Azərbaycan millisinin itirəcəyi heç nə yoxdur"

Basketbol
Bu gün, 13:04

"Ordu" klubu Azərbaycan Kubokunda finala yüksəlməyi və Basketbol Liqasında pley-offa vəsiqə qazanmağı hədəfləyir

Futbol
Bu gün, 13:00

Aslan Kərimovdan "Qarabağ"ın transferləri və ÇL-dəki şansları ilə bağlı Açıqlama

Futbol
Bu gün, 12:51

Elçin Məsiyev Litva - Niderland oyununa hakim təyin edilib

Basketbol
Bu gün, 12:40

"Sumqayıt" amerikalı basketbolçu transfer etdi

Oxşar xəbərlər